Ərdoğan Rutteni qəbul etdi – Foto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada NATO-nun baş katibi Mark Rutteni qəbul edib. Bu barədə “Milliyet” məlumat yayıb. NATO-dan verilən yazılı açıqlamada Ruttenin bu gün Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülər ​​ilə görüşəcəyi bildirilib.

Heç vaxt bu silaha əl atılmamışdı, Putin isə əmr verdi!

Rusiyanın Dneprdə “Oreşnik” ballistik raketindən istifadə etməsi Ukraynada müharibənin son eskalasiyasıdır. Bu barədə CNN nəşri yazıb. Nəşr sözügedən ballistik raketdən istifadəni Moskvanın Qərblə münaqişəsində həlledici və potensial təhlükəli məqam hesab edib. Bildirilir ki, Soyuq müharibədən bu yana heç vaxt bu cür silahdan düşməni vurmaq üçün istifadə edilməyib. Amerikalı alim, nüvə sahəsi üzrə mütəxəssis Hans Kristensen […]

Ermənistan ehtiyatda olan hərbçiləri təlimə çağırır

2025-ci il fevralın 4-dən aprelin 18-dək Ermənistanda ehtiyatda olan hərbçilərin təlim-məşq toplanışlarının keçirilməsi planlaşdırılır. Müvafiq qərar layihəsi Ermənistan Müdafiə Nazirliyi tərəfindən təqdim olunub. Bildirilib ki, qərar layihəsi rütbəli zabitlərin və birinci qrup ehtiyatda olan zabitlərin hərbi vərdişlərinin təkmilləşdirilməsi, hazırlanması, zərurət yarandıqda ehtiyatda olan zabitlərin döyüş növbətçiliyinə cəlb edilməsi zərurəti ilə əlaqədardır.  Ehtiyatda olan hərbçilərin 25 […]

Paraqvay Prezidenti G20 sammitində xəstəxanalıq oldu

Paraqvay Prezidenti Santiaqo Penya sinə ağrısı səbəbilə Rio-de-Janeyroda keçirilən G20 zirvəsini təcili yardım maşını ilə tərk edib. Bu barədə “Ultima Hora” qəzeti məlumat yayıb. Qeyd olunub ki, 46 yaşlı dövlət başçısı ürək nahiyəsində ağrılardan şikayətlənib. Penya xəstəxanaya yerləşdirilməzdən əvvəl sammitin keçirildiyi Müasir İncəsənət Muzeyində həkimlər briqadası tərəfindən müayinə olunub. Daha sonra Rio-de-Janeyroda yerləşən “Samaritano” xəstəxanasına […]

Paşinyan üçtərəfli bəyanatı imzalamasından danışdı: “..mən bunu niyə etdim?”

Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibədə atəşkəs yaradan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı hansı situasiyada imzalamasından danışıb. Modern.az-ın məlumatına görə, noyabrın 14-də parlamentdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı baş naziri Nikol Paşinyan deyib: “9 noyabr 2020-ci il tarixində bildirdim ki, hazırda heç kimin fikri ilə maraqlanmıram, məsuliyyəti öz üzərimə götürürəm […]

Azərbaycan Prezidentindən Ermənistan və havadarlarına mühüm mesajlar: Qərbin “oxları daşa dəyir”

İkinci Qarabağ müharibəsi və birgünlük antiterror tədbirlərindən sonra Cənubi Qafqazda yeni reallıqlar yarandı. Azərbaycan öz qələbəsi və ərazi bütövlüyünü təmin etməsi nəticəsində regionda oyun qaydalarını dəyişdi. Prezident İlham Əliyevin 2024-cü il noyabrın 8-də Zəfər Günündə çıxışı zamanı səsləndirdiyi fikirlər də bu baxımdan səciyyəvidir. Belə ki, ölkə rəhbəri nitqində bir çox mühüm məqamlara diqqət çəkdi. Dövlət […]

Şarl Mişel Azərbaycana gələcək

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel COP29-da iştirak etmək üçün Azərbaycana səfər edəcək. Bunu “Report”a açıqlamasında Avropa İttifaqı Şurasının prezidentinin mətbuat katibi Yekaterina Kazinqe deyib. Xatırladaq ki, COP29 bu il noyabrın 11-22-də Bakıda keçiriləcək.

Politico: Bayden Trampın andiçməsinədək Ukraynaya silah üçün 6 milyard dollar xərcləməyi planlaşdırır

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası seçilmiş prezident Donald Trampın yanvarın 20-də baş tutacaq andiçmə mərasiminədək Ukraynaya hərbi yardım üçün ayrılmış bütün qalan vəsaiti istifadə etməyi planlaşdırır. Bu barədə Ağ evin iki rəsmisi “Politico”ya deyib. Sentyabrın 30-da başa çatmış 2024-cü maliyyə ilinin sonunda ABŞ administrasiyasının sərəncamında Ukraynaya hərbi yardım göstərmək üçün 6 milyard dollardan çox vəsait […]