Ermənistan COP17-nin ev sahibi seçildi

Ermənistan 2026-cı ildə BMT-nin Biomüxtəliflik Konvensiyası Tərəflərinin 17-ci konfransına ev sahibliyi edəcək. Bu barədə məlumatı Ermənistanın ətraf mühit naziri Akop Simidyan öz sosial şəbəkə hesablarında paylaşıb.  Bildirilib ki, Kolumbiyada keçirilən COP16 iqlim konfransının iştirakçı ölkələri Ermənistanı sözügedən tədbir üçün ev sahibi seçib.  Qeyd edək ki, COP16 oktyabrın 21-dən noyabrın 1-nə qədər Kolumbiyanın Kali şəhərində baş […]

Avtobusun törətdiyi qəzada ölən Cavidin – Fotosu

Xəbər verdiyimiz kimi, oktyabrın 30-na keçən gecə paytaxtın Binəqədi rayonunda marşrut avtobusu ağır qəza törədib. “Çinar Trans” MMC-nin istismarında olan 133 saylı xətt üzrə hərəkət edən avtobusun törətdiyi qəzada ölən Cavid Məmmədov özəl şirkətlərin birində çalışırmış. Hadisə zamanı onun olduğu “Opel Corsa” markalı avtomobilin sürücüsü Azər Əyyubov da vəfat edib. Bildirilir ki, hadisəni törədən “Karsan” […]

Norveç Ukrayna üçün 1,3 milyard əlavə vəsait ayırır

Norveç hökuməti 1,3 milyard kron (118,4 milyon dollar) məbləğində əlavə yardım ayırmaqla Ukrayna Hərbi Hava Qüvvələrinə dəstəyi artıracaq. Bu barədə Norveçin müdafiə naziri Byorn Arild Qram məlumat verib. Onun sözlərinə görə, ayrılan vəsait xüsusilə F-16 qırıcıları üçün silah və ehtiyat hissələrinin alınmasına sərf olunacaq.

Okamponun cızmaqarası – terrorçuların “siyasi məhbus” kimi təqdimatı – ŞƏRH

Erməni lobbisinin muzdlusu, Beynəlxalq Cinayətlər Məhkəməsinin keçmiş hakimi Luis Okampo Azərbaycanı hədəfə alan növbəti riyakarlığa imza atıb. O, Qarabağdakı keçmiş separatçıları, dolayısı ilə terrorizmi dəstəklədiyini bir daha bəyan edib. Bu dəfə cəfəngiyyat dolu, faşist lideri Adolf Hitlerin “Mənim mübarizəm” əsərinin bənzəri, cızmaqaralarla dolu “Müharibə və yaxud ədalət məhkəməsi: cəzasızlığın sona çatdırılması” “kitabı”nı dərc edib. Başdan-ayağa […]

Uqandada sektantların hücumu nəticəsində 8 nəfər ölüb

Uqandada sektantların hücumu nəticəsində dördü uşaq olmaqla ən azı səkkiz nəfər ölüb. Bu barədə Uqanda Xalq Müdafiə Qüvvələri məlumat yayıb. “İlkin araşdırmalar nəticəsində məlum olub ki, hələlik şəxsiyyəti bilinməyən təriqət üzvləri insanlara hücum edərək onları öldürüblər”, – məlumatda qeyd olunub. Polis hücum edənlərdən ikisinin təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyünü bildirib.

Sülhə çox yaxın idilər, ABŞ istəmədi – Qurtulmuş

ABŞ Rusiya ilə Ukrayna arasında sülh istəmir. Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuş Hacattəpə Universitetinin yeni tədris ilinin açılışında çıxışı zamanı deyib. N.Qurtulmuş bildirib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında müharibənin diplomatik yolla həllində maraqlıdır: “Əslində vaxtilə hər iki tərəf sülhə çox yaxın idi. Amma Qərb və ABŞ bunu istəmədiyinə görə, tərəflər […]

İranda həkim çatışmazlığı: Xəstələr xaricə göndəriləcək

Ölkədə həkim çatışmazlığına görə xəstələrin müalicəsi problemə çevrilib. Belə davam edərsə, 7-8 ildən sonra xəstələri müalicə üçün xarici ölkələrə göndərmək məcburiyyətində qalacağıq. Bunu İran Səhiyyə Nazirliyinin rəsmisi Əli Cəfərian deyib. “İnqilabın ilk illərində xarici həkimlərin xidmətindən istifadə etsək də, sonradan vəziyyət dəyişdi. 3 il əvvələ kimi xəstələrin xaricdə müalicə olunması az hallarda baş verirdi, indi […]

Türkiyə indi dünyada ən böyük dron istehsalçısıdır – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Ankara ölkənin milli təhlükəsizliyi ilə bağlı qərarlar qəbul edərkən artıq heç kimdən icazə almır və ya başqalarının fikri ilə maraqlanmır. Ədoğan qeyd edib ki, Ankara indi dünyada ən böyük dron istehsalçısıdır. “Əvvəllər bizi silahla təmin edənlər atdığımız güllələrin sayını hesablayır və mütəmadi olaraq hesabat tələb edirdilər. Terrorla […]

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının binası zədələnib

Ukrayna Silahlı Qüvvələrinin Kiyevdəki Baş Qərargahının binası PUA mərmisinin qalıqlarının düşməsi nəticəsində zədələnib. Bu barədə Ali Radanın keçmiş deputatı İqor Mosiyçuk “Telegram” kanalında məlumat verib. O, hadisə yerindən fotoşəkillər də dərc edib. Ukrayna hakimiyyəti bu məlumatı hələ təsdiqləməyib.

İsrail Ordusu döyüşlər zamanı 5 hərbçinin öldüyünü açıqlayıb

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında Fələstinin HƏMAS hərəkatı və Livanın cənubunda şiə Hizbullah təşkilatına qarşı döyüşlər nəticəsində 5 hərbçinin öldüyünü bildirib. Kapitan, həmçinin üç çavuş Fələstin anklavının şimalındakı Cəbəliyyədə öldürülüb. Ərəb Respublikasının cənubunda gedən döyüşdə ağır yaralanan daha bir çavuş xəstəxanada dünyasını dəyişib.(APA)