Bakıda daha bir avtomobil partladı – Video

Gecə saatlarında paytaxtın Binəqədi rayonu ərazisində partlayış olub. “Qafqazinfo” xəbər verir ki, Sulutəpə qəsəbəsində küçədə park halında olan minik avtomobilində güclü partlayış baş verib. Nəticədə nəqliyyat vasitəsi tamamilə yararsız hala düşüb. Zərbənin təsirindən kənardakı avtomobillərə də zərər dəyib. Bildirilir ki, partlayışa avtomobildə quraşdırılmış qaz balonu səbəb olub. Qeyd edək ki, bir neçə gün əvvəl paytaxtın […]
Bakıda, “Dərnəgül”də taxta bazarında yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda yerləşən “Dərnəgül” taxta bazarı adlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub. Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində bazar ərazisində taxta satışı məntəqəsində […]
Səfərbərliyin idarə rəisi və müavini rüşvətə görə HƏBS EDİLDİ

Hərbi xidmətə çağırış sahəsində verilən qanun pozuntularına qarşı Baş Prokurorluq tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə kompleks tədbirlər davam etdirilir. Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti birgə məlumat yayıb. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon […]
Neft Emalı Zavodunun ərazisində yanğın başlayıb, polis əməkdaşları cəlb olunub – YENİLƏNİB

Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başlayıb. Bu barədə FHN Mətbuat xidməti məlumat yayıb. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri […]
Bakıda daha bir nəfər spirtli içkidən öldü

Bakıda daha bir nəfər qəbul etdiyi spirtli içkidən zəhərlənərək ölüb. Fevralın 26-sı saat 19 radələrində Səbail rayonu A.İsmayılov küçəsində yaşayan 1970-ci il təvəllüdlü Z.Əliyev spirtli içkidən zəhərlənib. O, yaşadığı evdə vəfat edib. Z.Əliyevin hansı növ spirtli içki qəbul etdiyi məlum deyil. Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, son günlərdə paytaxtın Sabunçu, […]
“OBA”da partlayış oldu – Yaralananlar var

Bu gün səhər saat 06:45 radələrində “OBA” marketlər şəbəkəsinin “Binə 3” filialında partlayış baş verib. Bu barədə “OBA” marketlər şəbəkəsinin mətbuat katibi Ülkər Qasımova məlumat verib. İlkin ehtimala görə, partlayışın qazsızmadan baş verdiyi bildirilir. Hadisə nəticəsində “OBA”nın qeyd olunan mağazasında çalışan iki əməkdaşı xəsarət alıb. Hazırda hadisənin təfərrüatları araşdırılır. Daha ətraflı məlumat veriləcək.
Bakıda dəhşət – Bir yerdə yeyib-içən 4 dostun meyiti tapıldı

Bakıda 4 nəfərin meyiti tapılıb. Hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. Belə ki, Bakıxanov qəsəbəsində iki qonşunun meyiti öz evlərində aşkar edilib. Araşdırmalar zamanı meyiti tapılan qonşuların ötən gecə başqa iki nəfərlə birlikdə yeyib içdiyi məlum olub. Dərhal digər iki nəfərin evinə gedən əməliyyatçılar həmin şəxslərin də öldüyünü müəyyən ediblər. Hadisə ilə bağlı polis, […]
Samuxda oğul 84 yaşlı atasını baltaladı

Samuxda oğul atasına balta ilə xəsarət yetirib. Hadisə rayonun İnstitut qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1978-ci il təvəllüdlü Ş.Zeynalov yaşadığı evdə atası 1941-ci il təvəllüldü A. Zeynalovun müxtəlif nahiyələrinə balta ilə xəsarət yetirib. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Ş. Zeynalovun ruhi xəstə kimi qeydiyyatda olduğu, hadisədən sonra Gəncə şəhər Psixiatriya Xəstəxanasına yerləşdirildiyi bildirilib. Faktla bağlı […]
Mərkəzi prospektdə QƏZA

Nərimanov rayonu, Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Yolun buz bağlaması səbəbindən Bakı Beynəlxalq Avtovağzalın qarşısından, Bakı Dariəvi avtomobil yolu-Lökbatan dairəsi istiqamətində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb. Hazırda polis əməkdaşları hadisə yerindədir və yük avtomobilinin yoldan kənarlaşdırılması işləri görülür.
Ağdamda yol qəzası olub, ölən və xəsarət alanlar var

Ağdam rayonunda bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. “Report”un Qarabağ Bürosunun əldə etdiyi məlumata görə, hadisə rayonun Xıdırlı kəndi ərazisində baş verib Hərəkətdə olan “VAZ-2107” markalı avtomobil idarəetməni itərərək aşıb. Nəticədə Ilyas Allahyar oğlu Allahverənov hadisə yerində ölüb. Avtomobildə olan 1992-ci il təvəllüdlü Məmmədov Natiq Zakir oğlu, 1997-ci […]