İranla razılaşma – Səfirliklər bu tarixdə açılacaq – Özəl

Tehran və Ər-Riyadda səfirliklər mayın 19-dək açılacaq. Aktualtv.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin Körfəz məsələləri üzrə İdarəsinin rəisi Əlirza Enayəti IRNA-ya açıqlamasında deyib. Diplomat bildirib ki, razılaşmaya əsasən, iki ölkənin səfirlikləri mayın 19-dək açılacaq və bu arada xarici işlər nazirləri görüşəcəklər. Murad Həsənov / aktualtv.az

İran vətəndaşından onlayn yolla narkotik alan şəxs saxlanılıb

Ağcabədidə polislər şərti adı “Peyman” olan İran vətəndaşından onlayn yolla narkotik alan şəxsi saxlayıb, ondan külli miqdarda narkotik vasitələr götürülüb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Aktualtv.az a bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, rayonun Kəhrizli kənd sakini əvvəllər məhkum olunmuş […]

İrəvanda gərginlik – Paşinyanla görüş tələb olunur – Özəl

Ermənistanın paytaxtı İrəvanın Firdusi məhəlləsinin sakinləri hökumət binasının önünə toplaşıblar. Aktualtv.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlar baş nazir Nikol Paşinyanla görüş tələb edirlər. Lakin o, vətəndaşlarla görüşdən boyun qaçırıb. Hökumətdən bildiriblər ki, N.Paşinyan hazırda işdə deyil. Sakinlərə baş nazirin onları gələn həftə qəbul edəcəyi vəd edilib. Amma vətəndaşlar bu gün görüşməkdə təkid edirlər. […]

Makron etirazlara tab gətirmir – Etirazçılarla görüşəcək – Özəl

Fransa Prezidenti Emmanuel Makron həmkarlar ittifaqları və işəgötürmə təşkilatlarının nümayəndələrini pensiya islahatlarını müzakirə etmək üçün görüşə dəvət edib. Aktualtv.az xəbər verir ki, bu barədə BFM telekanalı Prezidentə yaxın mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, Konstitusiya Şurasının qərarının necə olacağından asılı olmayaraq Emmanuel Makron həmkarlar ittifaqları və işəgötürmə təşkilatlarının nümayəndələrini aprelin 18-də müzakirə üçün Yelisey Sarayına […]

Ukrayna Rusiyanın təcavüzündən yalnız bu yolla xilas ola bilər – Özəl

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Rusiyanın gələcək təcavüzünün qarşısını almaq üçün NATO-ya üzv olmaqdan başqa çarə görmür. Aktualtv.az xəbər verir ki, o, Qara Dəniz və onun Ukrayna sahillərinin müharibənin əsas göstəriş meydanı olduğunu xatırladıb. Bildirib ki, NATO-ya üzv olan digər Qara dəniz ölkələri kimi Ukrayna da alyansa yol tapmalıdır. Əks halda qeyri-müəyyən vəziyyət hələ çox […]

Kreml Pentaqona bu məsələdə şübhə edir – Özəl

Rusiya Pentaqondan sızma ilə bağlı məlumatlara şübhə ilə yanaşır. Aktualtv.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. O, ölkəsinin Pentaqondan sızma ilə bağlı məlumatlara şübhə ilə yanaşdığını, lakin bu məlumatların diqqətlə öyrəniləcəyini söyləyib. “Kreml Pentaqonun məlumat sızması ilə bağlı mətbuatda yayılan xəbərlərlə tanışdır, lakin onları öyrənmək xüsusi xidmət orqanlarının səlahiyyətindədir”-deyə, Putinin mətbuat […]

ABŞ Lavrova icazə verdi – Özəl

ABŞ Rusiya xarici işlər naziri Sergey Lavrova BMT Təhlükəsizlik Şurasının iclaslarında iştirak etmək üçün viza verib. Aktualtv.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən məlumat verilib. “A BŞ Lavrovun başçılıq etdiyi Rusiya nümayəndə heyətinə BMT Təhlükəsizlik Şurasının iclaslarında iştirak etmək üçün viza verməyə başlayıb”-deyə, qurumdan bildirilən açıqlamada qeyd olunub. Murad Həsənov / aktualtv.az

Yaponiya BMT-dən kömək istəyir – Şimali Koreyanın raket təhdidi artır – Özəl

Yaponiya Şimali Koreyanın raket buraxması ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsi üçün müraciət edib. Aktualtv.az xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno mətbuat konfransında bildirib. Onun sözlərinə görə, hazırda iclas razılaşdırılır və bu barədə danışıqlar aparılır. Xatırladaq ki, dünən Şimali Koreya lideri Kim Çen Inın rəhbərliyi ilə, ilk […]

Zəlzələ nəticəsində həyatını itirənlərin sayı artıb – Özəl

Fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş zəlzələdə ölənlərin sayı 50 min 500 nəfərə çatıb. Aktualtv.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib. Nazir zəlzələrdə həlak olan 5 min şəxsin yaxınlarını, həlak olanlardan 1 020 şəxsin isə kimliyinin müəyyənləşdirilməsinin mümkün olmadığını açıqlayıb. Murad Həsənov / aktualtv.az

Ukrayna ölən hərbçilərin meyitini geri qaytarıb – Özəl

Ukrayna müharibədə həlak olmuş hərbçilərinin meyitlərini Rusiyadan qaytarıb. Aktualtv.az xəbər verir ki, bu barədə Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərinin Reinteqrasiyası Nazirliyi məlumat yayıb. Bildirlib ki, daha 82 ukraynalı hərbçinin meyiti Rusiyadan geri alınıb. Qeyd olunub ki, ölənlərin meyitlərinin təhvil verilməsi Cenevrə Konvensiyasının normalarına uyğun həyata keçirilib. Murad Həsənov / aktualtv.az