Səfirlik təhdid edildi – İÇİNDƏ BARIT OLAN MƏKTUB – Özəl

Finlandiyanın Rusiyadakı səfirliyinə içində barıt olan məktub göndərilib. Aktualtv.az xəbər verir ki, bu barədə Finlandiya səfirliyindən bildirib. Qeyd olunub ki, səfirliyə 3 məktub göndərilib və onlardan birinin içində barıt olub. Səfirlik hadisə ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinə məlumat verib. Murad Həsənov / aktualtv.az

Əsir düşən əsgərlərimizdən XƏBƏR VAR – Özəl

Hazırda Ermənistanda əsir saxlanılan və ağır işgəncələrə, qeyri-insani rəftara məruz qalan azərbaycanlı hərbçilər bu ölkənin Milli Təhlükəsizlik Xidmətinə təhvil verilib. Aktualtv.az xəbər verir ki, bu barədə Ermənistan Polis İdarəsindən bildirilib. Qurum məsələ ilə bağlı əlavə açıqlama yaymayıb. Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü […]

Çin müharibənin “hansı” tərəfindədir? – AÇIQLAMA – Özəl

Çinin xarici işlər naziri Qin Qanq Ukrayna böhranı ilə bağlı mövqeyini bildirərək ölkəsinin döyüşən heç bir tərəfə dəstək verməyəcəyini deyib. Aktualtv.az xəbər verir ki, o, bu barədə Pekində almaniyalı həmkarı Annalena Baerbok ilə görüşündən sonra açıqlama verib. Çinli nazir bütün tərəflərin böhranı dərindən düşünməli olduğunu deyib. Qeyd edək ki, Çin Rusiyanı Ukraynadakı müharibəyə görə qınamaqdan […]

Makronun qərarı yoxlanacaq – Etirazlar artır – Özəl

Fransanın Konstitusiya Şurası bu gün prezident Emmanuel Makronun mübahisəli pensiya islahatı təklifinin ölkə konstitusiyasına uyğunluğunu yoxlayacaq. Aktualtv.az xəbər verir ki, bununla ölkənin 3 ən yüksək hüquqi orqanından biri olan Şura islahatın qəbul edilib-edilməməsi, dəyişdirilməsi və ya rədd edilməsi ilə bağlı hökm çıxaracaq. Sabiq baş nazir Loren Fabiusun rəhbərlik etdiyi doqquz üzv əsasən iki məsələ ilə […]

“Dünyanın sabahki tarixi Çinin gücündən asılıdır” – Özəl

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrel Aİ-nin Çinin yüksəlişindən qorxmadığını bildirib, həmçinin Pekini sülh və təhlükəsizlik də daxil olmaqla daha çox məsuliyyət götürməyə çağırıb. Aktualtv.az xəbər verir ki, bu barədə Avropa diplomatiyasının başçısı ertələnmiş Çin səfərində çıxış etməli olduğu nitqi öz bloqunda dərc edərək yazıb. “Bununla belə, biz bilirik […]

Kim Çen In rəhbərliyində yeni ballistik raket atıldı – Özəl

Şimali Koreya yeni “Hvason-18” qitələrarası ballistik raketini sınaqdan keçirib. Aktualtv.az xəbər verir ki, bu barədə Koreya Xalq Demokratik Respublikasının rəsmi KİV-i məlumat yayıb. Qeyd olunub ki, sınağa şəxsən Şimali Koreya lideri Kim Çen In rəhbərlik edib. Bildirilib ki, yeni raket Pxenyanın nüvə əks-hücumunun effektivliyini əhəmiyyətli dərəcədə artıracaq. Xatırladaq ki, Şimali Koreya ötən gün Pxenyan yaxınlığındakı […]

Prezident dollardan imtina etməyə ÇAĞIRIŞ ETDİ – Özəl

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva Çinə ilk dövlət səfəri zamanı inkişaf etməkdə olan ölkələri dollardan imtina etməyə çağırıb. Aktualtv.az xəbər verir ki, Silva BRİKS ölkələri qrupuna dolların hökmranlığına son qoymaq məqsədilə ticarətdə istifadə üçün alternativ valyutalarını inkişaf etdirməyi təklif edib. “Kim qərar verib ki, valyutalarımız zəifdir və başqa ölkələrdə heç bir dəyəri yoxdur? […]

Tanınmış hakimin oğlu qəfil vəfat etdi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevə ağır itki üz verib. Aktualtv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, tanınmış məhkəmə hakiminin oğlu, 1982-ci il təvəllüdlü Rəşadət Quliyev vəfat edib. Onun səhhətində yaranan qəfil problem səbəbindən dünyasını dəyişdiyi bildirilir. Qeyd edək ki, Əhməd Quliyev 1998-2000-ci illərdə Naxçıvanda ədliyyə nazirinin müavini olub. O, 2011-ci ildən Bakı Ağır Cinayətlər […]

İranda fəlakət həyatı iflic edib – Özəl

İranda sel insan tələfatına səbəb olub. Aktualtv.az xəbər verir ki, Bukan, Ələmur və Mehran şəhərlərində baş verən sel nəticəsində üç nəfər həyatını itirib. 24 əyalətdə baş verən daşqınlar Qərbi Azərbaycan, Şərqi Azərbaycan, İlam, Kürdüstan, Kirmanşah və Loristan əyalətlərində daha ciddi fəsadlara səbəb olub. Hazırda qeyd olunan əyalətlərin 16 şəhərində xilasetmə işləri aparılır. Daşqınlar nəticəsində körpülər, […]

Məxfi sənədləri sızdıran şəxs kimdir? – Özəl

Məxfi milli müdafiə məlumatlarının sızmasında əlaqəsi olan Massaçusets Hava Milli Qvardiyasının üzvü Cek Teşeranı FTB həbs edib. Aktualtv.az “CNN”ə istinadən xəbər verir ki, bu barədə baş prokuror Merrik Qarland açıqlama yayıb. Birləşmiş Ştatlar Prokurorluğundan verilən məlumata görə, onun ilk məhkəmə çıxışı sabah Bostonda olacaq. Hərbi Hava Qüvvələrinin məlumatına görə, Teşeranın rəsmi işi xidmətin Kiber Transportasiya […]