İsrail Kiyevə silah ötürüb? – MƏXFİ SƏNƏDLƏR – Özəl
ABŞ-də Ukrayna Silahlı Qüvvələrinin vəziyyəti ilə bağlı məxfi sənədlərin ictimailəşməsi səbəbindən Kiyevdə hərbi planlara yenidən baxılıb. Aktualtv.az xəbər verir ki, lakin nələrdən imtina edildiyi açıqlanmır. Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ səlahiyyətliləri hələ ki, məxfi sənədlərin necə sızması ilə bağlı yekdil fikrə gəlməyib. Söhbət aprelin 6-ı və 8-də baş verən […]
Havaya atəş açanlar cinayət məsuliyyətinə cəlb olunacaq – Özəl
Əfqanıstanda havaya atəş açanlar cinayət məsuliyyətinə cəlb olunacaq. Aktualtv.az xəbər verir ki, bu məqsədlə “Taliban”ın yaratdığı xüsusi komissiyada Baş Kəşfiyyat İdarəsinin rəis müavini, Kabil polis idarəsinin rəisləri, həmçinin Daxili İşlər və Müdafiə Nazirliyinin nümayəndələri də yer alıb. Büllur Məmmədova / aktualtv.az
Türkiyə və Ermənistan quru sərhədinin açılması üzərində işləyir – Özəl
Ermənistanın Türkiyədə səfirliyinin açılması gündəmdə deyil, lakin ölkələr sərhəd-keçid məntəqələrinin açılması üzərində işləyir. Aktualtv.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, Ermənistan üçün hava məkanlarını açıblar, lakin yerüstü keçid məntəqələrinin açılması üçün siyasi şərtlərlə yanaşı, ilk növbədə yolları hazırlamaq, körpünü bərpa etmək lazımdır. Artıq körpünün tikintisi ilə bağlı […]
İranda kütləvi etirazlar gözlənilir – Özəl
İranda aprelin 10-na kütləvi etirazlar təyin edilib. Aktualtv.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. Məktəblilərin kimyəvi qazdan müəmmalı zəhərlənməsinə görə bu günə ümumxalq etirazlarına çağırışlar yayılmaqdadır. Büllur Məmmədova / aktualtv.az
“11 sentyabr” təkrarlana bilər – ABŞ narahatdır – Özəl
ABŞ-da 11 sentyabr 2001-ci ildə baş vermiş terror aktının təkrarlanacağından narahatlıq ifadə olunur. Aktualtv.az xəbər verir ki, bu barədə senator Lindsey Qraham, “Fox News” telekanlına müsahibəsində bidlirib. O, belə bir ssenarinin ABŞ Prezidenti Co Bayden administrasiyasının Əfqanıstanda etdiklərinə görə mümkün ola biləcəyinə diqqət çəkib. Senator Pentaqonun sözçüsünə istinadən bildirib ki, yaxın 6 ay ərzində ABŞ […]
Ruslardan “yandırılmış torpaq” taktikası – Özəl
Ruslar Baxmutda “yandırılmış torpaq” taktikasından istifadə etməyə başlayıblar. Aktualtv.az xəbər verir ki, bunu Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Sırski deyib. “Düşmən Suriyadakı kimi yandırılmış torpaq taktikasına keçib. Binaları və mövqeləri aviasiya və artilleriya atəşi ilə məhv edir. Baxmutun müdafiəsi davam edir. Vəziyyət çətindir, amma nəzarət altındadır”, -deyə Sırski bildirib. Səbinə Kərimova / aktualtv.az
KTMT missiyası Ermənistana gedəcək? – Səfirdən AÇIQLAMA – Özəl
“KTMT missiyası Ermənistana gəlməyə hazırdır”. Aktualtv.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkin jurnalistlərə bildirib. “Bu məsələ təsdiqlənib və bu məsələlər üzərində iş gedir. Düşünürəm ki, nəticədə hansı qərarlara gələcəyimizi öyrənəcəyik”, – deyə səfir qeyd edib. Murad Həsənov / aktualtv.az
Lukaşenko Şoyqu ilə görüşdü – Döyüş hazırlığı? – Özəl
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşüb. Aktualtv.az xəbər verir ki, görüşdə “Belarusa təcavüz olacağı təqdirdə Rusiyadan təhlükəsizlik və zəmanət“ və “Birgə qoşun qruplaşmasının döyüş hazırlığı və koordinasiyası” mövzularının müzakirə olunduğu bildirilir. Murad Həsənov / aktualtv.az
Qar uçqunu 6 nəfərin həyatına son qoydu – Özəl
Alp dağlarında baş vermiş qar uçqunu nəticəsində azı 6 nəfər ölüb. Aktualtv.az xəbər verir ki, xilasedicilər 39 yaşlı xizəkçinin və daha bir nəfərin cəsədini aşkar ediblər. Axtarış-xilasetmə əməliyyatına iki helikopter, həmçinin çox sayda xilasedici və texnika cəlb olunub. Murad Həsənov / aktualtv.az
Erməni deputata cinayət işi açılır – Özəl
Ermənistanın Baş prokuroru Anna Vardapetyan müxalifətçi deputat Mher Saakyana qarşı cinayət işinin başlanması üçün parlamentin spikeri Alen Simonyana vəsatət göndərib. Aktualtv.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Müraciətə səbəb müxalifətçi deputatın hakim partiyadan olan həmkarını parlamentdə vurması hadisəsi olub. Xatırladaq ki, martın 31-də Ermənistanın “Hayastan” fraksiyasının deputatı Mher Saakyan hüquq-mühafizə orqanları tərəfindən […]