Nazir 6 ay avtomobil idarə edə bilməyəcək – QADAĞA – Özəl

Böyük Britaniyanın miqrasiya üzrə naziri Robert Jenrik 6 ay avtomobil idarə edə bilməyəcək. Aktualtv.az xəbər verir ki, səbəb nazirin ötən ilin avqustunda Londonu Lids şəhəri ilə birləşdirən yolda sürət həddini pozmasıdır. Məhkəmədə saatda təxminən 110 kilometr sürətlə getdiyini etiraf edən Jenrik, 1639 funt sterlinq cərimə də ödəyəcək. Büllur Məmmədova / aktualtv.az

ABŞ-dən Rusiyaya ÇAĞIRIŞ – Onu azad et! – Özəl

Ağ Ev Rusiyanı Voul Strit Jurnalının müxbirini azad etməyə çağırıb. Aktualtv.az xəbər verir ki, bununla bağlı Ağ Evin mətbuat katibi Karin Jan Pyer brifinqdə bildirib. Qeyd edək ki, amerikalı müxbiri Evan Gerşkoviç ötən həftə casusluq ittihamı ilə Rusiyada saxlanılıb, haqqında cinayət işi açılıb. Jurnal ittihamları kəskin şəkildə rədd edib və onun azadlığa buraxılmasını tələb edib: […]

İranda hicabsız qadınlara güclü təzyiq – Özəl

İranda məcburi hicab qaydalarını riayət etməyən qadınlara qarşı təzyiqlər güclənib. Aktualtv.az xəbər verir ki, İsfahanda məcburi hicab qaydalarını riayət etməyən qadınların metroya girməsinə icazə verilməyib, metro girişində “Hicabsız şəxslərə bilet satılmayacaq” məzmunlu xəbərdarlıq bildirişləri yapışdırılıb. Sosial mediada bir neçə yerdə metroya buraxılmayan qadınlarla məmurlar və nəzarətçilər arasında insident yaşandığı barədə məlumatlar paylaşılıb. Gilan əyalətinin mərkəzi […]

Rusiya ilə bağlanmış müqavilə ləğv edildi – Özəl

Polşanın ən böyük neft emalı şirkəti “Orlen” Rusiya Federasiyasının “Tatneft” şirkəti ilə neft tədarükünə dair son müqavilədən imtina edib. Aktualtv.az xəbər verir ki, bu barədə şirkət rəhbəri Daniel Obaitek “Polsat” telekanalının efirində bildirib. “Müqavilənin şərtlərində belə bir bənd var idi ki, neft müəyyən müddət ərzində tədarük olunmazsa, o zaman bizim müqaviləni ləğv etmək hüququmuz var”, […]

Zəlzələdə həyatını itirənlərin sayı artdı – Özəl

Türkiyədə baş vermiş zəlzələlərdə ölü sayı 50 min 399-a çatıb. Aktualtv.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib. Xatırladaq ki, fevralın 6-da səhər saatlarında və ondan 9 saat sonra Türkiyənin Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Büllur Məmmədova / aktualtv.az

Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə qəfil vəfat edib.  Aktualtv.az xəbər verir ki, Azərbaycan Dillər Universitetinin tələbəsi Nəzakət İbadlı beyninə qan sızması səbəbindən dünyasını dəyişib O, universitetin Filologiya fakültəsinin birinci kurs tələbəsi olub.

Rusiya vətəndaşlarına qadağa qoyuldu – Özəl

Litva parlamenti Rusiya vətəndaşlarına bu ölkədə daşınmaz əmlak almağı qadağan edib. Aktualtv.az “Reuters”ə istinadən xəbər verir ki, bu qərar milli təhlükəsizlik riskləri ilə əlaqələndirilir. 2024-cü ilə qədər qüvvədə olacaq qadağa, ölkədə yaşamaq hüququ olan ruslara şamil edilməyəcək. Murad Həsənov / aktualtv.az

Ermənistanda mitinq – Paşinyan istefanın astanasında – Özəl

Ermənistan parlamentinin binası qarşısında mitinq keçirilir, Paşinyanın istefası tələb olunur. Aktualtv.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. Bildirilib ki, aksiyada iştirak edənlər arasında 44 günlük müharibədə həlak olan hərbçilərin valideynləri də var. Onlar Ermənistan dövlətinin təhlükəsizliyini təmin etmək üçün Nikol Paşinyan rejiminin istefasını tələb edirlər. Məlumata görə, aksiya dinc şəkildə keçirilir və […]

İsraildə helikopter qəzası – Ölən var – Özəl

İsrailin şimal-qərbində yerləşən Netanya şəhəri yaxınlığında helikopter qəzaya uğrayıb. Aktualtv.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb. Məlumata görə, təyyarədə yalnız pilot olub: “Hadisə yerinə gələn həkimlər onu dağıntılar altından çıxararaq köməklik göstərməyə çalışsalar da, pilot aldığı xəsarətlərdən keçinib. Hadisənin səbəbləri barədə hələlik məlumat verilməyib”. Murad Həsənov / aktualtv.az

BMT İrana qarşı qətnamə qəbul edib – Özəl

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasının “İranda insan haqlarının vəziyyəti” adlı qətnamə layihəsi təsdiq edilib. Aktualtv.az xəbər verir ki, BMT-nin İnsan Hüquqları Şurasının səsvermə sessiyasında 47 ölkə iştirak edib, onlardan 8 ölkə bu qətnamənin əleyhinə səs verib, 16 ölkə isə bitərəf qalıb. Bu iclasda BMT-nin İranda insan haqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi Cavid Rəhmanın missiyası […]