Əhmədin məhkəməsi başlayır
İkisi azyaşlı olmaqla beş ailə üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun məhkəməsi başlayır. “Qafqazinfo”nun məlumatına görə, ilin ən dəhşətli cinayəti Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə araşdırılır. İş üzrə hazırlıq iclas keçirilir, yəni işə mahiyyəti üzrə baxılmır. Məhkəmə Əhmədin anket məlumarları ilə tanış olur, ilkin dinləmələr keçirilir. 25 yaşlı Əhmədin prosessual […]
Bakıda əməliyyat zamanı həlak olan polis əməkdaşlarının – Fotosu
Paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı il təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən iyunun 24-də saxlanılarkən silahlı müqavimət göstərilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilib. Məlumata görə, o, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və […]
General indi də bu səbəblə azadlığa çıxmaq istəyir
Doqquz ildir həbsdə olan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalı Elçin Quliyev indi də səhhəti ilə bağlı azadlığa buraxılmasını istəyir. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, general Quliyev ərizəsində yazır ki, uzun müddətdir çəkdiyi xəstəlik cəzasını çəkməkdə ona əziyyət verir. Bu səbəbdən cəzasının çəkilməmiş 1 ildən bir qədər çox hissəsindən şərti olaraq azad edilmək istəyir. Bir qədər […]
Qubada çay məcrasından çıxdı: kəndi su basdı – Foto
Quba rayonunda Cağacıq çayı daşıb, Rustov kəndini su basıb. “Report”un Şimal bürosunun məlumatına görə, güclü leysan yağışları nəticəsində, Cağacıq çayı məcrasından çıxıb. Nəticədə çayın üzərindəki körpü qəzalı vəziyyətə düşüb, Rustov kəndindəki fərdi yaşayış evlərinə və təsərrüfatlara ziyan dəyib. Qeyd edək ki, hazırda da Quba rayonunun yüksək dağlıq ərazilərində leysan xarakterli yağış müşahidə edilir.
Sevgilisinə yatdığı yerdə siqaretlə işgəncə vermişdi – Həbs edildi
Bakıda sevgilisinin dodağını siqaretlə yandıran, həmçinin onu dəfələrlə döyərək xəsarətlər yetirən şəxs həbs edilib. Hadisə paytaxtın Yasamal və Nərimanov rayonları ərazisində baş verib. Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət edən Səidə Fətəliyeva (ad-soyad şərtidir) sevgi münasibətində olduğu Elman adlı şəxsin ona iztirablar verdiyini bildirib. Bundan sonra 1995-ci il təvəllüdlü E.Məmmədov barəsində Cinayət Məcəlləsinin 133-cü (Əzab […]
Həcc ziyarətində bədbəxt hadisə: Azərbaycanlı zəvvarlar YARALANDI
Həcc ziyarətində olan iki azərbaycanlı xəsarət alıb. İyunun 14-də səhər Məkkədə hoteldə qalan iki zəvvar qadın liftin şaxtaya düşməsi nəticəsində yaralanıb. Zəvvarların səhhəti barədə açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri qeyd edib ki, xəsarət alanların sağlamlıq durumunda ciddi problem yoxdur. “Zəvvarlar yüngül xəsarət alıblar, […]
Şəkidə 34 yaşlı kişini “tok” vurub ÖLDÜRÜB
Şəkidə 34 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb. Hadisə Şəki rayonunun Şin kəndində baş verib. Kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov Asim Ağasəf oğlunu elektrik cərəyanı vuraraq öldürüb. Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.
Polkovnikin hərbçi oğlu həbs edildi
Müdafiə Nazirliyinin Quru Qoşunlarının İnspeksiya İdarəsinin sabiq rəisi polkovnik Saleh Kələntərovun oğlu Rəşid Kələntərov həbs edilib. Barəsində Respublika Hərbi Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 178.2.3-ci (Rüşvət alma və dələduzluq) maddələri ilə cinayət işi açılan R.Kələntərov Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs edilib. Onun barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs qətimkan […]
Əhməd ifadəsində nələr danışıb? – Dəhşətli cinayətin DETALLARI
İlin ən dəhşətli cinayət hadisəsinin ilkin istintaqı tamamlanıb. Söhbət ikisi azyaşlı olmaqla beş ailə üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun işindən gedir. Məlum olduğu kimi, ekspert rəyləri ilə Əhməd Əhmədovun hadisəni anlaqsız vəziyyətdə törətdiyi sübut edilib. Rəydə yazılıb ki, təqsirləndirilən şəxsin psixoloji vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Rəyə əsasən, Əhməd hadisəni törətdikdən […]
Casusluq edən əcnəbi saxlanıldı
Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla Azərbaycanda casusluq edən əcnəbi vətəndaş tutulub. Sohrabi Akbar Ghesmat Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi və strateji obyektlərlə bağlı məxfi sənədlərdə olan məlumatların ələ keçirilməsi istiqamətində fəaliyyət göstərib. DTX İstintaq baş idarəsində ona qarşı Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham irəli sürülüb. […]