FHN əməkdaşları maşında dava etdi – Biri öldürüldü
Gəncədə qətl hadisəsi törədilib. Yenixeber.org xəbər verir ki, Avtovağzal adlanan ərazidə “VAZ-2106” markalı minik maşınında Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşı mübahisə edib. Mübahisədən sonra onlardan biri digərini odlu silahla vurub. 1998-ci il təvəllüdlü Mehrac Əsədov aldığı güllə yarasından hadisə yerində ölüb. Hadisə zamanı avtomobil yoldan çıxaraq ağaclığa düşüb. Hadisə ilə bağlı araşdırma aparılır. *** Gəncə […]
Goranboyda ağır yol qəzası baş verib, sürücü ölüb
Goranboyda ölümlə nəticələn ağır yol qəzası baş verib. Hadisə Goranboy-Tərtər magistral yolunun rayonun Xanqərvənd kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza nəticəsində sürücü 39 yaşlı Ə.Seyidov hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. APA
Polis təlim zamanı aldığı xəsarətdən vəfat etdi
Antiterror tədbirlərinin iştirakçılarından olan polis nəfəri V.Baratov iyunun 6-da təlim zamanı xidməti silahla ehtiyatsız davranması nəticəsində xəsarət alıb. Xəstəxanaya yerləşdirilən V.Baratov bir müddət sonra vəfat edib. Araşdırma aparılır. Məlumatı DİN-in Mətbuat Xidmətindən APA-ya təsdiqləyiblər.
Cəlilabadda faciə: Çoxlu sayda ölən və yaralanan var – YENİLƏNİB
İyunun 6-da saat 10 radələrində Y.Bağırovun idarə etdiyi “Mercedes” markalı mikroavtobusla Cəlilabad rayonunun Sadatlı kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib. Hadisə nəticəsində mikroavtobusda olan sərnişinlərdən S.Kazımova və K.Şükürova ölüb, bir neçə sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.Araşdırma aparılır. *** Cəlilabad rayonunda dəhşətli yol qəzası […]
MN-dəki 143 milyonluq mənimsəmə: Daha iki vəzifəli şəxs HƏBS EDİLDİ
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı müxtəlif hərbi hissələrdə çalışmış daha iki maliyyə xidmət rəisi həbs edilib. Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi çərçivəsində müxtəlif hərbi hissələrdə maliyyə xidmət rəisi vəzifəsində çalışmış Cəbrayıl Orucov və Vahid Novruzlu təqsirləndirilən şəxs qismində cəlb edilib. Onların hər ikisi barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda […]
Qazaxda toyuna bir gün qalan gənc özünü ASIB
Qazaxda dəhşətli intihar hadisəsi baş verib. Orta Salahlı kənd sakini 27 yaşlı Əhliman Omarov hələ ki bilinməyən səbəbdən özünü həyətlərindəki çardaxdan asıb. Dünən canına qıyan Əhlimanın bu gün toyu olacaqmış. Qazax Rayon Prokurorluğu hadisənin baş vermə səbəblərini araşdırır Qafqazonfo
Altıncı mərtəbədən yıxılan kişi öldü
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Xətai rayonu İnqilab İsmayılov küçəsində yerləşən çoxmərtəbəli binada yaşayan Rasim Abtalıb oğlu İsmayılov 6-cı mərtəbədən yıxılıb. Ehtiyatsızlıq səbəbindən mənzilin eyvanından yıxılan kişi ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
Bakıda avtobusdan yıxılan qadın təkərin altında qalaraq ölüb
Bakı şəhərinin Sabunçu rayonunda avtobusdan yıxılan qadın təkərin altında qalıb. “Report”un məlumatına görə, Məhərrəmov Sarvan Şahlar oğlunun idarə etdiyi “Daewoo” markalı avtobus Bakı şəhəri, Sabunçu rayonu, Babək küçəsi 157 ünvanında yerləşən “Ayxan” marketin yaxınlığında yerləşən dayanacaqdan hərəkətə başlayarkən avtobusun içərisində olan sərnişin – 1964-cü il təvəllüdlü Cəfərova Tamella Nadir qızı ön giriş qapısından yıxılaraq avtobusun […]
Tərtərdə mina partladı – Ölən var
Tərtər rayonunda mina partlayışı baş verib. “Hadisə bu gün Həsənqaya kəndi ərazisində qeydə alınıb. Belə ki, 1965-ci il təvəllüdlü Hacıyev Arzu Nəcəf oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən minaya düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
General Orucov və digərlərinin cəzası azaldıldı
“Tərtər işi” ilə bağlı təqsirli bilinən general-mayor Bəkir Orucov və digərləri barəsindəki hökmdən verilmiş apellyasiya şikayətlərinə baxılıb. Bakı Apellyasiya Məhkəməsində keçirilən sonuncu iclasda birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. General Bəkir Orucova qarşı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma-ehtiyatsızlıqdan zərərçəkmişin ölümümə səbəb olduqda ) maddəsi ittihamdan xaric edilib. Generalın cəzası 9 il 6 aydan […]