DSX-nin əsgəri silahdan açılan atəşdən ölüb

İyul ayının 11-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Əliyev Cahid Müşfiq oğlu xidmətdə olarkən təhkim olunmuş silahdan açılmış atəş nəticəsində həyatını itirib. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Qeyd olunub ki, faktla bağlı Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Səfərbərlik Xidmətinin daha 2 zabiti həbs edildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib. Aktualtv.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olan müraciətlə bağlı araşdırma aparılıb. Araşdırmalarla qeyd olunan idarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi vəzifəsini icra edən baş zabiti […]

Naxçıvanda DSX-nin əsgəri özünü güllələyib ÖLDÜRDÜ

Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bəkiyev Kənan Seymur oğlu odlu silahdan atəş açmaqla özünü öldürüb. Bu barədə Aktualtv.az a Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Firad Əliyev məlumat verib. Daxil olmuş məlumat əsasında Naxçıvan Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, eləcə də digər hərəkətlər icra edilib. Fakt […]

DTX-dən ƏMƏLİYYAT: Azərbaycanda terror törətmək istəyən şəxs saxlanıldı (VİDEO)

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkəmizin milli təhlükəsizliyinə və dövlət maraqlarına qarşı yönələn terror-təxribat və kəşfiyyat-pozuculuq fəaliyyəti ilə mübarizə istiqamətində əməliyyat-istintaq tədbirlərini davam etdirir.  DTX-dən verilən məlumata görə, aparılan araşdırmalarla Əfqanıstan İslam Respublikasının vətəndaşı, 1990-cı il təvəllüdlü Favzan Musa Xanın digər şəxslərlə qabaqcadan əlbir olaraq Azərbaycan Respublikası ərazisində ictimai sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət […]

Vəzifəli şəxsdən pul alarkən tutuldular – Restoranda əməliyyat

Sabirabad şəhərində yerləşən “Narşərab” restoranında polis tərəfindən əməliyyat keçirilib. “Qafqazinfo”nun məlumatına görə, əməliyyat zamanı iki nəfər saxlanılıb. Bildirilib ki, rayon sakini, 1986-cı il təvəllüdlü Həsənov Azər Qərib oğlu və Əmirov Zamin Mirsəftər oğlu Sabirabad MRX publik hüquqi şəxsin inzibati işlər üzrə direktor müavininindən hədə-qorxu yolu ilə pul tələb ediblər. Onlar direktor müavini Bayram Mikayılova barəsində […]

Ağcabədidə toyda kütləvi zəhərlənmə olub

Ağcabədidə toyda kütləvi zəhərlənmə olub. Rəncbərlər kəndində yerləşən toy mərasimində 34 nəfər, o cümlədən 16 yetkinlik yaşına çatmayan şəxs qidadan zəhərlənib. Onlar xəstəxanaya yerləşdirilib. Zəhərlənən şəxslərin bir çoxuna ilkin tibbi yardım göstərilib və evə buraxılıb.

İcra Hakimiyyətinin əməkdaşı faciəli şəkildə ÖLDÜ

Ucar Rayon İcra Hakimiyyətinin (RİH) əməkdaşı Ramin İsmayılovu paytaxt ərazisində maşın vurub. “Unikal”ın əldə etdiyi məlumata görə, RİH-nin Hüquq Şöbəsinin məsləhətçisi olan R.İsmayılov 7 gün komada qalıb və bu gün dünyasını dəyişib. Qeyd edək ki, o ailəli idi və bir qız övladı var.

Restoranda kütləvi dava – Bıçaqlananlar var

Bakının Binəqədi rayonunda dava zamanı iki nəfər bıçaqlanıb. Hadisə 7-ci mikrorayonda qeydə alınıb. Belə ki, iaşə obyektində müştərilər arasında dava düşüb. Dava zamanı 1987-ci il təvəllüdlü Samir Xıdır oğlu Rəfiyev və 1986-ci il təvəllüdlü Müşfiq Kamran oğlu Cəfərov bədənin müxtəlif nahiyələrindən bıçaqlanıblar. Yaralılar ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin […]

Tural Zeynalov azadlığa buraxıldı

2021-ci ilin iyununda Şəmkir rayonunda həbs edilən “Qala” restoranının sahibi Tural Zeynalov azadlığa buraxılıb. Aktualtv.az xəbər verir ki, bu barədə onun yaxınları bildiriblər. Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə həbsə məhkum edilən iş adamı ötən gün cəzaçəkmə müəssisəsindən buraxılıb. Qeyd edək […]

Əmisinin 90 min dollarını oğurlayıb özünə ev aldı

Yevlaxda əmisinə məxsus 90 min dolları oğurlayan və yerinə saxta pul qoyan 29 yaşlı Bəxtiyar Məmmədovun məhkəməsi keçirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Varvara kəndində yaşadığı evin zirzəmisində gizlədilən pulları gizli talayan gənc Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirli bilinib. Araşdırmalar zamanı məlum olub ki, Bəxtiyar Rusiyada biznes fəaliyyəti ilə məşğul […]