BMT Ukraynaya F-16 qırıcılarının verilməsinə münasibət bildirib – Özəl
BMT Ukraynada münaqişənin beynəlxalq hüququn müddəalarına uyğun olaraq sona çatmasını istəyərdi. Aktualtv.az xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dyujarrik Qərbin bir sıra ölkələrinin F-16 qırıcılarını Kiyevə təhvil vermək niyyətini şərh edərkən söyləyib. “Bizim məqsədimiz BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və müvafiq qətnamələrə uyğun olaraq bu münaqişənin sona çatmasını görməkdir”, – deyə Stefan […]
ABŞ-də defolt həyəcanı– Maliyyə nazirindən AÇIQLAMA – Özəl
ABŞ-nin maliyyə naziri Canet Yellen bildirib ki, Ağ Ev və ABŞ Konqresinin milli borc tavanının artırılması ilə bağlı razılığa gəlməyə vaxtı olmasa, ölkənin iyunun 1-də federal borcunu defolt edə biləcəyinə hələ də inanır. Aktualtv.az xəbər verir ki, bu barədə onun Konqresin rəhbərliyinə göndərdiyi məktubda deyilir. “Bizim hesablara görə, Konqres iyunun əvvəlinə, hətta bəlkə də iyunun […]
Baş nazir yeni hökuməti formalaşdırmaqdan imtina etdi – Özəl
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis rəhbərlik etdiyi “Yeni Demokratiya Partiyası”nın parlament seçkisində qalib gəlməsinə baxmayaraq, hökumət qurmaq mandatını prezident Katerina Sakellaropoulouya qaytarıb. Aktualtv.az xəbər verir ki, Mitsotakis vurğulayıb ki, ölkəyə ən qısa zamanda 4 illik müddət üçün güclü hökumət lazımdır. Parlamentin indiki tərkibi ilə belə bir hökumətin qurulması üçün heç bir ilkin şərt yoxdur. Büllur […]
Nyu-Yorkda Türk Evinə hücum edildi – Özəl
ABŞ-nin Nyu-York şəhərində yerləşən Türk Evinə hücum edilib. Aktualtv.az “Sabah”a istinadən xəbər verir ki, səhərə yaxın naməlum bir şəxs əlində dəmir parçası ilə binanın aşağı mərtəbələrinin şüşələrini sındırıb. Hazırda şəhər polisi hadisə ilə bağlı araşdırma aparır. Qeyd olunur ki, hazırda Türk Evində ölkədəki prezident seçkilərinin ikinci turu ilə bağlı seçki məntəqəsi də fəaliyyət göstərir.
“Bu davranış münasibətlərin gərginləşməsinə səbəb ola bilər” – Özəl
Rusiya ilə viza rejiminin tətbiq edilməsi, sərhədlərin bağlanması, uçuşlara qadağa kimi istənilən addım sanksiyadır və bütün bunlar Gürcüstanın Rusiya ilə münasibətlərinin gərginləşməsinə səbəb ola bilər. Aktualtv.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib. O, bildirib ki, Gürcüstanı Rusiyaya sanksiya tətbiq etməyə çağıranlar ölkənin təhlükəsizliyinə və iqtisadiyyatına zəmanət vermirlər: “Bu məsələ […]
“Rusiya bizim üçün strateji tərəfdaş deyil” – Prezidentdən AÇIQLAMA – Özəl
“Rusiya Moldova üçün strateji tərəfdaş deyil”. Aktualtv.az xəbər verir ki, bu barədə Moldova prezidenti Maya Sandu açıqlama verib. Sandu qeyd edib ki, Kişinyovla Moskva arasında heç vaxt strateji tərəfdaşlıq olmayıb. “Əgər sizə hörmət edilmirsə, deməli, bu, strateji tərəfdaşlıq deyil. Əgər Rusiya xalqımızın iradəsinə zidd olaraq 30 ildir bizim ərazimizdə qoşun saxlayırsa, o zaman bunu strateji […]
Avropa İttifaqından İrana qarşı yeni SANKSİYALAR – Özəl
Avropa İttifaqı insan haqlarının pozulmasına görə İrana qarşı sanksiyaları genişləndirib. Aktualtv.az xəbər verir ki, bu barədə Avropa İttifaqının rəsmi jurnalında məlumat verilib. Qeyd edilib ki, Aİ İranın 5 vətəndaşını və bu ölkənin 2 təşkilatını “qara siyahı”ya salıb. Murad Həsənov / aktualtv.az
Şimali Avropanın 12 ölkəsinin müdafiə nazirləri bir araya gəliblər – Özəl
Şimali Avropanın 12 ölkəsinin müdafiə nazirləri və yüksək səviyyəli müdafiə rəsmiləri NATO-nun yay sammiti ərəfəsində Alyansın şərq cinahında təhlükəsizliyi artırmaq və Ukraynanın müdafiəsinin gücləndirməyi müzakirə etmək üçün Polşada bir araya gəliblər. Aktualtv.az xəbər verir ki, onlar NATO və Avropa İttifaqı üzvləri üçün təhlükəsizlik təşəbbüslərinin inkişaf etdirilməsi Varşava yaxınlığındakı hərbi obyekdə görüşüblər. Toplantıda NATO-nun iyulda Litvanın […]
Paşinyan əsir saxlanılan Azərbaycan hərbçiləri haqda danışıb – Özəl
Ermənistan iki Azərbaycan hərbçisinin ekstradisiyasını müzakirə etməyə hazır olduğunu açıqlayıb. Aktualtv.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib. “Ermənistan iki Azərbaycan əsgərinin ekstradisiyasını müzakirə etməyə hazırdır, lakin bu proses birtərəfli ola bilməz”, – deyə Paşinyan bildirib. Qeyd edək ki, bir müddət əvvəl Şahbuzun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz […]
“İranın bu davranışlarına qarşı təcili tədbir görülməlidir” – Özəl
“Məktəbli qızları hədəf alan şübhəli zəhərlənmələr və qadınların hüquqlarından məhrum edilməsi qəbulolunmazdır. Bununla bağlı təcili tədbirlər görülməlidir.” Aktualtv.az xəbər verir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Annalena Berbok Avropa xarici işlər nazirlərinin Brüssel görüşündən əvvəl jurnalistlərə açıqlamasında deyib. O, İranda insan hüquqlarının pozulmasını kəskin şəkildə pislədiyini və Avropa xarici işlər nazirlərinin İrana qarşı əlavə […]