Bu ölkə gələn ay hava məkanını bağlayacaq – SƏBƏB– Özəl

Moldova hakimiyyəti iyunun 1-2-də hava məkanını bağlayacağını elan edib. Aktualtv.az xəbər verir ki, bu barədə Moldova Baş Polis Müfəttişliyi məlumat yayıb. Bildirilir ki, qərar ölkədə Avropa siyasi ictimaiyyətinin sammitinin keçirilməsi ilə bağlıdır. “Moldova hava məkanını iyunun 1-dən yerli vaxtla saat 00:00-dan – iyunun 2-si yerli vaxtla saat 07:00-a qədər bağlayacaq”, – deyə məlumatda vurğulanıb. Qadağa […]

Ukraynanın gözlədiyi qırıcı təyyarələr – F-16-lar veriləcək? – Özəl

Niderland Ukraynaya müasir təyyarələrin tədarükü ilə bağlı Avropa ölkələri və digər tərəfdaşlarla işləyir. Aktualtv.az xəbər verir ki, bu barədə Niderlandın baş naziri Mark Rutte bildirib. “F-16 ilə bağlı heç bir tabu yoxdur. Biz Belçika, Danimarka, Böyük Britaniya və digər tərəfdaşlarla bunu sona çatdırmaq üçün çox sıx işləyirik. Bu, çox həssas mövzudur”, – deyə o bildirib. […]

Rus ordusunda silah çatışmazlığı – Şoyqu və Gerasimov tənqid edilib – Özəl

“Orduda 70 faiz silah-sursat çatışmazlığı var”. Aktualtv.az xəbər verir ki, bu barədə Rusiyanın “Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin deyib. O, Rusiyanın müdafiə naziri Sergey Şoyqunu və Baş Qərargah rəisi Valeri Gerasimovu tənqid edib. Y.Priqojin rusiyalı məmurların bahalı klublarda əylənməsindən və məmur övladlarının eyş-işrətini əks etdirən videolar çəkdirməsindən, eləcə də həmin görüntüləri “youtube”da yayımlamalarından […]

Övladlarını satmaq istəyərkən saxlanıldılar – Özəl

İraqda iki övladını 150 min ABŞ dollarına satmaq istəyən valideynlər saxlanılıblar. Aktualtv.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə İraq Daxili İşlər Nazirliyinə bağlı İraq Federal Kəşfiyyat və Təhqiqat Təşkilatı məlumat yayıb. Qeyd olunub ki, hadisə Anbar şəhərində baş verib. Vurğulanıb ki, daxil olan operativ məlumat əsasında bir qız və bir oğlunu 150 min […]

Bolqarıstan ruslara verilən bu pasportları ləğv etdi – Özəl

Bolqarıstan investisiyalar müqabilində “qızıl pasportların” verilməsini dayandırdıqdan sonra 17 nəfərin vətəndaşlığını ləğv edib. Aktualtv.az xəbər verir ki, bunu Bolqarıstanın ədliyyə naziri Krum Zarkov deyib. Onun sözlərinə görə, Bolqarıstan vətəndaşlığı ləğv edilənlərdən dördü Misir, dördü Rusiya, dördü Qazaxıstan, üçü Çin, ikisi Pakistan, biri isə İordaniya vətəndaşıdır. “Dövlət Milli Təhlükəsizlik Agentliyi və ölkənin digər dövlət qurumları tərəfindən […]

Növbəti atışma hadisəsi – 8 ölü, 13 yaralı – Özəl

Serbiyada bir gəncin avtomobildən atəş açması nəticəsində 8 nəfər ölüb, 13 nəfər yaralanıb. Aktualtv.az xəbər verir ki, bu, Serbiyada son iki gündə ikinci kütləvi qətl hadisəsi olub. Hadisəni törədən şəxsin saxlanılması üçün keçirilən əməliyyata çoxlu polis maşını və helikopter cəlb edilib. Bildirilib ki, 21 yaşlı şəxs məktəbinin həyətində polis əməkdaşı ilə mübahisə edib. Mübahisədən sonra […]

İstanbulda vacib görüş – Rusiya, Türkiyə, Ukrayna və BMT arasında… – Özəl

Bu gün İstanbulda Rusiya, Türkiyə, Ukrayna və BMT arasında taxıl sazişi üzrə danışıqlara başlanılacaq. Gələn həftə isə nazir müavinlərinin görüşü olacaq. Aktualtv.az xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar hər iki iclasın gündəliyini açıqlayıb. Bildirib ki, Türkiyə taxıl təşəbbüsünün sürətli, təhlükəsiz və planlı şəkildə davamını təmin etmək üçün səylərini əsirgəməyəcək. Büllur Məmmədova / […]

Müharibənin qurbanı olan dinc sakinlər – Özəl

Apreldə Rusiya ordusu Ukraynada 207 dinc sakini qətlə yetirib. Aktualtv.az xəbər verir ki, Volodimir Zelenskinin sözlərinə görə, öldürülənlərdən 17-si uşaqdır. 400-dən çox mülki şəxs isə yaralanıb. ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel isə Rusiyanın təşkil etdiyi aviazərbələrin statistikasını açıqlayıb. Bildirib ki, mayın 1-dən Ukrayna ərazisinə 145-dən çox hava hücumu gerçəkləşdirilib: “Ukrayna hava hücumundan […]

Kremlə hücum – Vaşinqton dəstəyi yoxsa Rusiyanın bəhanəsi? – Özəl

BBC Kremlə pilotsuz təyyarə ilə hücumun təşkil olunmasından yazıb. Aktualtv.az xəbər verir ki, Ukraynanı iddia edilən hücumu törətməkdə ittiham edəndən bir gün sonra Putinin sözçüsü bunun Vaşinqtonun dəstəyi ilə edildiyini söyləyib. Birləşmiş Ştatlar isə Rusiyanın bu iddiasını təkzib edib. Amerikanın Milli Təhlükəsizlik sözçüsü Con Kirbi bunu “gülünc iddia” adlandırıb. Xatırladaq ki, Ukrayna da iddia edilən […]

Ağ Ev Kremlin iddialarına cavab verib – Özəl

“ABŞ Kremlə PUA hücumunda iştirak etmir”. Aktualtv.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Con Kirbi deyib. O, Vaşinqtonun bu məsələdə əli olmadığını vurğulayıb. Xatırladaq ki, daha əvvəl Kremin sözçüsü Dmitri Peskov sözügedən hücuma görə ABŞ-ni ittiham etmişdi. Büllur Məmmədova / aktualtv.az