Şəmkir sakinini ildırım vuraraq öldürüb
Şəmkir sakinini ildırım vuraraq öldürüb. 2008-ci il təvəllüdlü İlham Qarayev heyvan otaran zaman ildırım vurub. Nəticədə İlham Qarayev ölüb. Araşdırma aparılır.
FHN-in keçmiş əməkdaşının güllələnmiş meyiti tapıldı – Foto
Qusarda bir neçə gündür itkin düşən 43 yaşlı Ramik Əhmədovun meyiti tapılıb. R.Əhmədovun üzərində zorakılıq əlamətləri olan meyiti rayonun Hil kəndində aşkar edilib. Onun odlu silahdan açılan atəşlə öldürüldüyü bildirilir. Ramik Əhmədov hadisədən bir müddət əvvəl FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar Rayon Şöbəsində işləyib. Faktla bağlı cinayət işi açılıb, polis tərəfindən əməliyyat-axtarış tədbirləri həyata […]
Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var – YENİLƏNİB
Sumqayıt şəhərində mənzildə partlayış nəticəsində 66 yaşlı şəxs ölüb, araşdırma aparılır. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, avqustun 16-da saat 11 radələrində 1958-ci il təvəllüdlü Truxin Sergey Valentinoviçin Sumqayıt şəhərində yaşadığı mənzildə əl qumbarasının partlaması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır. *** Sumqayıt şəhərində […]
Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb – YENİLƏNİB
Cəlilabad rayonunun Moranlı kəndində su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb. Xilasedicilər su quyusunda 2004-cü il təvəllüdlü Nəsibə Məmmədovanın meyitini aşkar ediblər. Daha əvvəl isə N.Məmmədovanın atası H.Məmmədovun meyiti su quyusunda aşkar edilərək çıxarılıb. Hər iki meyit müayinə olunması aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. *** Cəlilabad rayonunun Moranlı kəndində su quyusuna […]
Türkiyədə ağır yol qəzası olub, 22 nəfər yaralanıb
Türkiyənin Malatya şəhərində sərnişin avtobusu aşıb, 22 nəfər yaralanıb. Hadisə Akçadağ rayonunda baş verib. Onlardan üçünün durumunun ağır olduğu bildirilir. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Qəzanın səbəbi məlum deyil.
Kurskda vəziyyət gərgindir, əhali təxliyə olunur
“Hazırda Rusiyanın Kursk vilayətinin Belovski rayonunda vəziyyət çox gərgindir”. Bu barədə rayonun rəhbəri Nikolay Volobuyev bildirib. O, sakinləri könüllü təxliyəyə səsləyib: “Ərazidə hələ də kimsə qalırsa, rayonu tərk etmələrini xahiş edirəm”. Volobuyev, həmçinin bildirib ki, Oboyanski rayonunun bəzi kəndlərinə təxliyə üçün avtobuslar veriləcək. Qeyd edək ki, Kursk vilayətinin atəşə tutulması nəticəsində 69 nəfər yaralanıb.(Kommersant)
Şahbuzda şəxsin minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır – YENİLƏNİB
Avqustun 11-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş “Qanlıgöl” yaylağı adlanan ərazisində mina partlayışı hadisəsi baş verib. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində 2005-ci il təvəllüdlü Şərur rayon sakini Bəxtiyar Sultanov müxtəlif dərəcəli xəsarətlər alıb. O, dərhal xəstəxanaya çatdırılaraq zəruri tibbi yardımlar göstərilib, […]
Alimpaşa Məmmədova hökm çıxaran hakim Bakıya göndərildi
Bakı Ağır Cinayətlər Məhkəməsində hakimlərin sayı artırılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmov sözügedən məhkəməyə ezam edilib. Belə ki, Bakı Ağır Cinayətlər məhkəməsində iki hakim yaxın vaxtlarda təqaüdə çıxacaq. Onlardan biri Əhməd Quliyevdir. E.Rüstməov Ə.Quliyevin olduğu tərkibə daxil edilib. Binəqədidə mebel sexində baş verən yanğına görə ittiham olunan Tağı […]
Azərbaycanda qadının kartından 50 min manat oğurlanıb
Azərbaycanda qadının kartından 50 min manat oğurlanıb. Bu sözləri DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev deyib. O bildirib ki, diqqətsizlik, ehtiyatsızlıq və yalana inam 50 min manatın oğurlanması ilə nəticələnib: “İnvestiya adı ilə bank kartı məlumatlarını naməlum şəxsə verən xanımı inandırıblar ki, az yatırım etməklə daha çox qazanc əldə edə bilər. Danışıqlar Qazaxıstan nömrəsi ilə […]
İsveçdə 35 yaşlı azərbaycanlı qətlə yetirildi – Foto
İsveçin paytaxtı Stokholm şəhərinin Upplands-Bru adlanan hissəsində azərbaycanlı qətlə yetirilib. Aktualtv.az xəbər verir ki, hadisə iyulun 30-u baş verib. Belə ki, İsveçdə yaşayan Azərbaycan vətəndaşı 35 yaşlı Məhəmməd Xankişiyev evinin yaxınlığında naməlum şəxs tərəfindən açılan atəşlə öldürülüb. Hadisənin hansı səbəbdən və hansı zəmində baş verdiyi hələlik məlum deyil. Bölgənin prokuroru İsveç mətbuatına açıqlamasında bildirib ki, […]