Üç ölkə Ukraynaya “Patriot” sistemləri göndərdi – Özəl
ABŞ, Hollandiya və Almaniyadan olan “Patriot” HHM sistemləri Ukraynaya çatdırılıb. Aktualtv.az xəbər verir ki, Ukraynanın Müdafiə nazirinin müavini general-leytenant Aleksandr Pavlyuk “Teleqram” kanalındakı açıqlamasında Ukraynanın Hava Hücumundan Müdafiə sisteminin gücləndirilməsi ilə əlaqədar bu ölkələrə təşəkkürünü bildirib. Pavlyuk yazıb: “Bu HHM sistemləri Rusiyanın qanadlı raketlərinin və silahlı dronlarının zərbələrindən müdafiə imkanı yaradacaq”. Etibar Məmmədov / aktualtv.az
10 dollar üstündə 78 nəfər həlak oldu – Özəl
Yəmənin paytaxtı Sənada bir məktəbdə Ramazan bayramı münasibətilə xeyriyyə ianələrinin paylanması zamanı izdiham yaşanıb. İzdiham zamanı azı 78 nəfər ölüb. Aktualtv.az xəbər verir ki, Yəmən Daxili İşlər Nazirliyinin məlumatına görə, aksiyanın təşkilatçıları olduğu ehtimal edilən iki yerli iş adamı saxlanılıb. İzdihamın səbəbi yerli hakimiyyət orqanlarının razılığı olmadan yardım paylanmasıdır. Paylanan zəkatın məbləğinin adambaşına 10 dollar […]
Kiyev səmasında görünən parıltı nədir? – Özəl
NASA Kiyev səmasındakı parıltı ilə bağlı açıqlama verib. Aktualtv.az “TASS”a istinadən xəbər verir ki, NASA-nın təmsilçisi Robert Marqetta Kiyev rəhbərliyinin şəhərin üzərində baş vermiş hadisə ilə bağlı sualın cavabında, NASA-nın peyklərinin, o cümlədən RHESSI aparatının çərşənbə günü Yerin atmosferinə daxil olmadığını deyib: “NASA-nın RHESSI aparatı orbitdə qalmağa davam edir, onun atmosferə daxil olması vaxtı yaxınlaşır. […]
Hindistan bu statistikada Çini ötməyə hazırlaşır – Özəl
Hindistan bu ilin ortalarına qədər təxminən 3 milyondan çox insanla dünyanın ən sıx məskunlaşdığı ölkə kimi Çini ötməyə hazırlaşır. Aktualtv.az “CNN”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Birləşmiş Millətlər Təşkilatı açıqlayıb. BMT-nin Əhali Fondunun 2023-cü il üçün “Dünya Əhalisinin Vəziyyəti Hesabatı”na görə, ilin ortalarına qədər Hindistan əhalisinin sayı Çini ötəcək. İki ölkə arasında fərq […]
Türkiyə vətəndaşlarını bu ölkədən çıxarır – Özəl
Türkiyə Sudanda döyüşən tərəflərlə atəşkəs üçün danışıqlar aparır. Aktualtv.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama yayıb. Nazirin sözlərinə görə, ölkəsinə qayıtmaq istəyən Türkiyə vətəndaşları bu gün hava məkanı açıldıqdan sonra Sudandan çıxarılacaq. Çavuşoğlu deyib ki, Avropa ölkələri də daxil olmaqla, bir çox ölkə vətəndaşlarının Sudandan çıxarılması üçün Türkiyədən kömək […]
ABŞ-dən Rusiya vətəndaşına 30 ilə qədər HƏBS – Kibercinayətlər… – Özəl
Boston məhkəməsi kibercinayətlərdə təqsirləndirdiyi Klyuşin üçün təyin etdiyi may iclasını ləğv edib. Aktualtv.az “TASS”a istinadən xəbər verir ki, Məhkəmənin saytında yeni tarixin bəlli edilmədiyi və daha sonra bildiriləcəyi vurğulanıb. Xatırladaq ki, bundan əvvəl jüri heyəti Klyuşini kompüterlərdən istifadə etməklə dörd maliyyə fırıldaqçılığı ittihamı ilə təqsirli bilib. Amerika qanunlarına görə, Rusiya vətəndaşını 30 ilə qədər həbs […]
Şimali Koreya hərbi kəşfiyyat peykini orbitə çıxarır– Özəl
“Pxenyan mövcud planlara uyğun olaraq hərbi kəşfiyyat peykini orbitə çıxaracaq”. Aktualtv.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bunu Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət Şurasının Sədri Kim Çen In bəyan edib. O, həmçinin ölkənin kəşfiyyat imkanlarını artırmaq üçün bir qrup oxşar kosmik gəminin yerləşdirilməsi barədə göstəriş verib. Bundan öncə Şimali Koreya peykin buraxılması ilə bağlı […]
ABŞ İrana “yaxın” şirkətləri “qara siyahı”ya saldı – Özəl
ABŞ tərəfindən İrana PUA üçün avadanlıq almağa kömək edən şirkətlərə sanksiya tətbiq olunub. Aktualtv.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanatda deyilir. Bildirilib ki, bu gün ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət İdarəsi pilotsuz uçuş aparatları (PUA) və silah istehsalı üçün elektronikanın alınmasında İrana dəstək verən altı hüquqi və bir fiziki şəxsə sanksiya […]
Müharibə gələn il də davam edəcək – “Rusiya sehrlə dağılmayacaq” – Özəl
Britaniyanın müdafiə naziri Ben Uolles hesab edir ki, Ukraynada hərbi əməliyyatlar gələn il də davam edəcək. Aktualtv.az xəbər verir ki, bu barədə “The New York Times“ qəzeti yazıb. Nəşr qeyd edib ki, Uolles Vaşinqtonda jurnalistlərə müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin planlaşdırılmış əks-hücum əməliyyatına başlayacağına əminliyini ifadə edib: “Mən optimistəm ki, bu il və ya gələn il […]
“ABŞ rusiyalı jurnalistlərə viza verməyə borcludur” – Özəl
ABŞ BMT Təhlükəsizlik Şurasındakı nümayəndə heyətinin işini işıqlandırmaq üçün rusiyalı jurnalistlərə viza verməyə borcludur. Aktualtv.az “TASS”a istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova qeyd edib ki, Vaşinqton BMT Təhlükəsizlik Şurasındakı Rusiya nümayəndə heyətinin işini işıqlandırmaq üçün rusiyalı jurnalistlərə viza verməyə borcludur. “Onlar Rusiyadan olan jurnalistlərə viza verməyə borcludurlar, çünki jurnalistlər ora […]