Minatəmizləmə problemi – Ukrayna istehsala başlayır – Özəl
Ukrayna minatəmizləmə avadanlıqları istehsal edəcək. Aktualtv.az xəbər verir ki, bunu Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin teleqramda yazıb. “Strateji Sənaye Nazirliyi humanitar minatəmizləmə üçün maşın və avadanlıqların yerli istehsalının işə salınmasına cavabdehdir”, – Kamışin bildirib. O, minatəmizləmə probleminin Ukrayna üçün bir müddət aktual qalacağını da vurğulayıb. Bundan əvvəl Kamışin deyib ki, Ukrayna və Polşa birgə […]
Seçkilərə az müddət qalmış AKP namizədlərini dəyişdi – Özəl
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının mayın 14-də keçiriləcək parlament seçkisindəki namizədlərinin 70%-i dəyişib. Aktualtv.az xəbər verir ki, bu gün AKP Mərkəzi Seçki Komissiyasına yenilənmiş siyahını təqdim edib. Belə ki, üç dəfədən artıq seçilmə məhdudiyyəti tətbiq olunub. Hazırkı siyahıda mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, eləcə də səhiyyə naziri Fahrettin Koca yoxdur. Ən gənc […]
Etirazçılar parlamentin qarşısına toplaşıb – İslahat tələbi – Özəl
Gürcüstan parlamentinin qarşısına minlərlə müxalifət tərəfdarı toplaşıb. Aktualtv.az xəbər verir ki, etiraz aksiyasını həbsdə olan keçmiş prezident Mixail Saakaşvilinin təsis etdiyi əsas müxalifət qrupu – Vahid Milli Hərəkat təşkil edib. Nümayişçilər Gürcüstan, Ukrayna və Avropa İttifaqının bayraqlarını dalğalandırıblar. Onlar Avropa İttifaqının Tbilisiyə namizəd statusu verilməsi üçün irəli sürdüyü tələbi hökumətdən yerinə yetirməyi istəyiblər. Bu siyasi […]
ABŞ-nin məxfi sənədləri aşkara çıxdı – Ukraynaya verilən hücum planı – Özəl
Birləşmiş Ştatların Müdafiə Nazirliyindən 20-dən çox xəritələr, qrafik təsvirlər və fotolardan ibarət məxfi sənədlər aşkara çıxıb. Aktualtv.az “BBC”yə istinadən xəbər verir ki, onlara Ukraynaya verilən təlim və avadanlıqların təfərrüatlı hesabatları daxildir, çünki sənədlər bir neçə həftə ərzində başlaya biləcək hücum üçün onlarla yeni briqadanı birləşdirir. Orada briqadaların nə vaxt hazır olacağı deyilir və Ukraynanın qərbli […]
İran və Suriya İsrailə qarşı – Özəl
Suriya prezidenti Bəşər Əsəd və İranlı həmkarı İbrahim Rəisi İsrailin Qüdsdəki Əl-Əqsa məscidi ətrafında hərəkətlərini pisləyiblər. Aktualtv.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Suriya prezidentinin ofisindən məlumat verilib. Əsəd və Rəisi vurğulayıblar ki, bu hücumlar İsrailin təcavüzkar siyasətini əks etdirir. Prezidentlər bir daha təsdiq ediblər ki, regionda sabitlik ölkələr arasında dialoqa, suverenliyə hörmətə və […]
Xaçmazda ailə faciəsi: Ərlə arvad yanaraq öldü
Xaçmazda yanğın olub, ər və arvad ölüb. Aktualtv.az xəbər verir ki, hadisə Yalama kəndində baş verib. Məlumata görə, kənd sakini 1963-cü il təvəllüdlü Taqverdiyev Aslan Balasultan oğlu və həyat yoldaşı 1965-ci il təvəllüdlü Taqverdiyeva Rumayə Atakişi qızı yaşadıqları evə yanmış halda tapılıblar. Faktla bağlı araşdırma aparılır.
Abşeron icra hakimiyyətinin vəzifəli şəxsi həbs edildi
Abşeron rayon icra hakimiyyəti başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Həsənovun qanunsuz əməlləri ilə bağlı keçirilən əməliyyat-axtarış tədbirləri davam Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Baş Prokurorluqdan verilən məlumata görə, istintaq zamanı Əli Həsənovun Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi yaşayış evlərinin tikintisinə icazələrin, […]
Azərbaycanda 27 yaşlı qadın itkin düşüb – FOTO
Goranboyda qadın itkin düşüb. Aktualtv.az xəbər verir ki, bu barədə apa-ya itkin düşən qadının atası Seymur Əhmədov məlum verib. O bildirib ki, qızı Goranboy rayonunun Faxralı kənd sakini 1996-cı il təvəllüdlü Əhmədova Rəvanə Seymur qızı martın 23 də saat 16:00 radələrində evdən çıxaraq naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb. Hadisə ilə bağlı Goranboy Rayon Polis Şöbəsinə […]
Qətlə yetirilən iş adamı Elnarə Bəkirovanın atası imiş
Aprelin 6-da paytaxtın Sabunçu rayonunda fərdi əmək fəaliyyəti ilə məşğul olan 1954-cü il təvəllüdlü Kamran Bəkirovun üzərində olan 300 min manatla itkin düşməsi barədə polisə məlumat daxil olub. Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin öldürülməsi və meyitinin gizlədilməsi məlum olub. OLAY-ın əldə etdiyi məlumata görə, sözügedən şəxs tanınmış iş xanımı, “Şərifzadə Art Center”in […]
İrana məxsus gəmi müsadirə edildi – Özəl
Yəmən hökuməti İrana məxsus 3 ton narkotik daşıyan gəminin müsadirə edildiyini bildirib. Aktualtv.az xəbər verir ki, Yəmənin informasiya naziri Müəmmər əl-İryani verdiyi yazılı açıqlamada sahil mühafizə qüvvələrinin ölkənin şərqindəki Mahra əyaləti sahillərində İran gəmisini müsadirə etdiyini açıqlayıb. Gəmidə 3173 kiloqram narkotik maddənin ələ keçirildiyini bildirən İryani, 7 İran vətəndaşından ibarət ekipajın saxlanıldığını bildirib. İnformasiya naziri […]