İsveç terrorçunu Türkiyəyə verməkdən imtina etdi – Özəl
İsveç hökuməti Ankaranın terrorizmdə ittiham etdiyi şəxsi Türkiyəyə ekstradisiya etməkdən imtina edib. Aktualtv.az xəbər verir ki, 50 yaşlı şübhəli İsveç vətəndaşıdır. Ankara onu Türkiyədə “silahlı terror təşkilatı”nın üzvü hesab edir. Ekstradisiya sorğusu 2022-ci ilin noyabrında təqdim olunub. Ekstradisiyadan imtina barədə qərar isə Nazirlər Kabinetinin ötən həftə keçirilən iclasında təsdiqlənib. Etibar Məmmədov / aktualtv.az
Avropa İttifaqı sülhməramlılarının sayını artırır – Özəl
Avropa İttifaqının Bosniya və Herseqovinadakı sülhməramlı missiyasında hərbçilərin sayı artırılacaq. Aktualtv.az xəbər verir ki, Niderlandın Nazirlər Şurası missiyaya 160 hərbçinin göndərilməsi barədə qərar qəbul edib. Hərbçilərin 10-nu bölgəyə kəşfiyyat məlumatı toplamaq üçün iyunda, 150-si isə oktyabrda göndəriləcək. Ukraynadakı müharibədən sonra Avropa İttifaqının Bosniya və Herseqovinadakı sülhməramlı missiyasının əhəmiyyətinin daha da artdığı, 150 hərbçinin bir il, […]
Bayden Amerika qüvvələrinin Əfqanıstandan çıxarılmasından danışıb – Özəl
Bayden administrasiyası hesab edir ki, Amerika qüvvələrinin Əfqanıstandan çıxarılması barədə verilən qərar düzgündür. Aktualtv.az xəbər verir ki, bu, Vaşinqtona Ukraynaya yardım göstərmək üçün daha çox imkan yaradıb. Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin sözlərinə görə, ABŞ-nin mövqeyi indi daha güclüdür, Ukraynanı dəstəkləmək, habelə Çinlə rəqabət aparmaq üçün imkanı var, çünki […]
ABŞ və NATO-nun məxfi planı sosial şəbəkədə yayıldı – Özəl
ABŞ və NATO-nun Ukraynanın hücum hazırlığına dair planları sosial şəbəkədə yayılıb. Aktualtv.az xəbər verir ki, bu barədə “The New York Times” qəzetinə Ağ evdən anonim mənbə bildirib. Məxfi sənədlər martın 1-nə aid olsa da, indi çoxdan dəyişdirilib. Çünki tərəflər gələcək hücumun tarixini və yerini qeyd etmir. Ancaq onlarda Ukraynanın hücuma hazırlaşmağı planlaşdırdığı neçə briqada və […]
“Taliban”dan növbəti radikal qərar – Özəl
“Taliban” qadınların BMT-nin missiyasında işləməsini qadağan edib. Aktualtv.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsinin müavini Ramiz Ələkbərov de-fakto hakimiyyətin qərarını pisləyib və bunun BMT missiyasının fəaliyyətinə birbaşa təsir edəcəyini bildirib. Təşkilatın azərbaycanlı rəsmisinin sözlərinə görə, Əfqanistandakı böhran əsasən ən həssas qrup olan qadınlar ətrafında cəmlənib: “Son 18 ayda baş […]
UNICEF Türkiyəyə görə dünya ölkələrinə müraciət etdi – Özəl
Türkiyədəki zəlzələdən sonra əlavə olaraq 138 milyon dollar yardımla bağlı UNICEF dünya ölkələrinə müraciət edib. Aktualtv.az xəbər verir ki, Hazırda Milli Təhsil Nazirliyinin fəaliyyətinə dəstək verən UNICEF sökülən məktəblərin yenidən qurulması üçün də maliyyə yardımı göstərir. Xatırladaq ki, təbii fəalkətdən təxminən 4 milyon az yaşlı zərər çəkib. Büllur Məmmədova / aktualtv.az
Pentaqon Ermənistanı bu siyahıdan çıxardı – Özəl
Pentaqon Ermənistanı müttəfiqlərinin təlimlərində iştirak edən ölkələr siyahısından çıxarıb. Aktualtv.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi aprelin 22-də başlayacaq və iki ay davam edəcək və 10 Avropa ölkəsinin ərazisini əhatə edəcək “Defender 23” təlimini bir müddət əvvəl açıqlamışdı. İştirakçı ölkələrin ilkin siyahısına Ermənistan da daxil olunsa da, yeni siyahıda yer almayıb. Büllur Məmmədova / aktualtv.az
Fransadakı nümayişlərin miqyası böyüyür – Etirazçıların sayı durmadan artır – Özəl
Fransadakı pensiya islahatına qarşı nümayişlərdə Paris və Marsel başda olmaqla 370 ərazidə baş verən etirazlara görə 111 nəfər saxlanılıb. Aktualtv.az xəbər verir ki, Fransanın Daxili işlər nazirliyindən verilən məlumata görə, 154 təhlükəsizlik işçisi etirazlarda yaralanıb. Sindikatlar nümayişlərə 2 milyon nəfərin qatıldığını bildirib. Daxili işlər nazirliyi isə bu rəqəmin 570 minə bərabər olduğunu qeyd edir. Qeyd […]
İsrail raket zərbələrinə məruz qaldı – Hücumu kim edib? – Özəl
İsrail ordusu Fələstinin silahlı qruplaşmasını Livanın cənubundan İsrailin şimalına onlarla raket atmaqda ittiham edib. Aktualtv.az “BBC”yə istinadən xəbər verir ki, 34 raketin əksəriyyəti ələ keçirilib, altısı İsrail ərazisinə düşüb və binalara ziyan dəyib. Həkimlərin sözlərinə görə, bir nəfər qəlpələrdən yüngül yaralanıb. HƏMAS raketləri kimin atdığı barədə məlumatı olmadığını bildirib. Xatırladaq ki, HƏMAS-ın nəzarətində olan Qəzza […]
Ukrayna NATO-ya nə vaxt qəbul olunacaq? – Özəl
Ukraynanın NATO-ya üzvlüyü barədə təklifi Polşa və Baltikyanı ölkələri irəli sürüb. Aktualtv.az xəbər verir ki, bu barədə məlumatı “TASS” agentliyi yayıb. Bildirilir ki, Macarıstan, Almaniya və Birləşmiş Ştatlar isə Ukraynanın ən qısa zamanda NATO-ya daxil olması üçün yol xəritəsinin hazırlanması təklifinə qarşı çıxırlar. Alyansın 31 üzvü razıdır ki, Ukraynanın NATO-ya daxil olması qısamüddətli məsələ deyil […]