Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında yoxlama aparılıb. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən əməliyyatın təfərrüatları barədə ictimaiyyətə əlavə məlumat təqdim ediləcək: “Məsələ Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir”.

“Moon Kids”in direktorunun həbsi ilə bağlı – Rəsmi açıqlama

Xəbər verdiyimiz kimi, “Moon Kids” Uşaq Bağçasının təsisçisi və direktoru cinayət məsuliyyətinə cəlb edilib. Məsələ ilə bağlı Baş Prokurorluq da məlumat yayıb. Bildirilib ki, “Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Rüstəmova Havvaxanım İmamət qızı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə […]

Ayaqqabı bağı ilə özünü asdı

Ötən gün Sumqayıt şəhərində intihar hadisəsi baş verib. Hadisə şəhərin İnşaatçılar qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbədə yerləşən nömrəsiz fərdi evdə yaşayan Teymur Hümbətov hamam otağındakı borudan boyun nahiyəsinə düyünlədiyi ayaqqabı bağı ilə özünü asaraq intihar edib.  Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır. 

Beyləqanda ağır qəza – Ölənlər var

Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayon mərkəzində qeydə alınıb. “Hundai” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər- 66 yaşlı Nizami Hüseynov və 59 yaşlı Səbirə Məmmədova hadisə yerində ölüb. Qəzada xəsarət alan 5 nəfər xəstəxanaya çatdırılıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Dağıstanda terror: ölənlərin sayı 22-yə çatdı

İyunun 23-də Dağıstanda baş vermiş terror aktları nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb. Bu barədə Dağıstanın rəhbəri Sergey Melikov Mahaçqalada vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşündə deyib. “Təəssüf ki, Dağıstanda törədilən terror aktları nəticəsində 22 nəfər həlak olub: 21 nəfər terror aktları zamanı, bir gün sonra isə polis əməkdaşı ağır xəsarətlərdən ölüb”, – o vurğulayıb. […]

Qarpızla dolu yük maşını dərəyə aşdı – Foto

Şamaxıda yol qəzası baş verib. Hadisə bu gün günorta saatlarında Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunda qeydə alınıb. İlkin məlumata görə, Kürdəmirdən Şamaxı istiqamətində hərəkətdə olan yük avtomobili yoldan çıxaraq aşıb və dərəyə yuvarlanıb. Qəza nəticəsində qarpız dolu yük avtomobili yararsız hala düşüb. Hadisədən sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü və sərnişin Şamaxı Rayon Mərkəzi Xəstəxanasına […]

Sumqayıtda dənizdə batan qadının meyiti çıxarılıb

Sumqayıtda dənizdə batan qadının meyiti çıxarılıb. Hadisə Xəzər dənizinin şəhərin 1-ci mikrorayon istiqaməti istiqamətində qeydə alınıb. Dünən dənizdə batan 1962-ci il təvəllüdlü Şöyübova Şərahət Əsəd qızının meyiti çıxarılıb. Fakt araşdırılır.

Buzovnada qara maskalılar saxlanılıb

Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində bir evin həyətinə girən 2 maskalı şəxs ev sahibinə kəsici alətlə xəsarət yetirərək onun mobil telefonunu aparıblar. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, daxil olan məlumatla əlaqədar Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 1988-ci il […]

Əhmədin bacısının əri haradadır? – Şok detallar

Bakının Xətai rayonunda ailəsinin beş üzvünü qətlə yetirilən Əhməd Əhmədovun bu gün məhkəmə iclası başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində Əhməd Əhmədovun işi üzrə özü, vəkili, qətlə yetirilən şəxslərin hüquqi varisləri iştirak edib. Amma qətlə yetirilən azyaşlı Ülviyyə Niftəliyevanın atası Sərxan Niftəliyevin məhkəmədə iştirak etməməsi diqqət çəkib. Onun iclasa gəlməməsi sosial şəbəkələrdə də müzakirəyə səbəb olub. […]

Əhmədin xalası hüquqi varis olmaq istəyir – Yenilənib

İkisi azyaşlı olmaqla, ailəsinin beş üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun məhkəməsi başlayır. “Qafqazinfo”nun məlumatına görə, ilin ən dəhşətli cinayəti Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə araşdırılır. İş üzrə hazırlıq iclası keçirilir, yəni işə mahiyyəti üzrə baxılmır. Məhkəmə Əhmədin anket məlumatları ilə tanış olur, ilkin dinləmələr keçirilir. İclas bir qədər sonra […]