Sumqayıtdakı partlayışda yaralanan 4 nəfərdən 3-nün vəziyyəti ağırdır
Sumqayıtda partlayışda xəsarət alan 4 nəfərdən 3-nün vəziyyəti orta ağırdır. Bu barədə TƏBİB məlumat yayıb. Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında ilkin ehtimala görə qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayış nəticəsində 4 nəfər (2-si böyük, 2-si uşaq olmaqla) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan tibb müəssisələrinə yerləşdirilib. 1986-cı il təvəllüdlü (kişi cinsli) və […]
Baş prokurorun müavini hadisə yerindədir
Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında sexdə baş verən partlayışla bağlı hazırda Baş prokurorun müavini Elmar Camalov və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları hadisə yerindədirlər. Bu barədə Baş Prokurorluqdan bildirilib. Qeyd olunub ki, aidiyyəti dövlət orqanları ilə birgə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir. İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.
Mebel sexində partlayış – Ölənlər var
Bakı şəhərinin Binəqədi rayonu ərazisində yanğın başlayıb. Əraziyə yanğınsöndürənlər cəlb edilib. Fövqəladə Hallar Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, “112” qaynar telefon xəttinə Abay Kunanbayev küçəsində yerləşən mebel sexində yanğın baş verməsi barədə məlumat daxil olub: “Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub. Əlavə məlumat veriləcək”. […]
Yasamalda ər arvadını BIÇAQLADI
Bakıda kişi arvadını bıçaqlayıb. Hadisə Yasamal rayonu, Salatın Əsgərova küçəsi 62 ünvanında qeydə alınıb. Orada yaşayan Namiq Şirinov qısqanclıq zəminində arvadı Oleysa Şirinovanı bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb.
Müəmmalı şəkildə ölən Nihadın otaq yoldaşı danışdı
Mingəçevirdə dəm qazından boğularaq ölən tələbə şəhərə iki gün öncə gəlibmiş. Otaq yoldaşı Şahbaz Alızadə bildirib ki, Nihad İsayevin ölümündən səhər xəbər tutub: “Axşam mənə dedi ki, yatmağa gedirəm. Hamam otağına keçib. Xəbərim olmayıb. Səhər oyandım ki, yerində yoxdur. Onu otaqların heç birində tapmadım. Hamamın işığı yanırdı. Baxdım ki, qapısı bağlıdır. Qapını sökdüm. Vannada uzanıb […]
Bakıda çay evində dava olub, döyülən və saxlanılanlar var
Bakıda Nəsimi rayonu ərazisində yerləşən çay evlərinin birində şəxsiyyəti məlum olmayan 3 nəfər xuliqanlıq zəminində Laçın rayon sakini olan bir nəfəri döyüb. Bu barədə polisə məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Kərimli, Abşeron rayon sakinləri V.İsmayılov və E.Süleymanovb müəyyən olunaraq saxlanılıb.
MN qəzada ölən hərbçilərin adlarını açıqladı – YENİLƏNİB
Laçın rayonunda hərbi avtomobil qəzaya uğrayıb. Minkənd kəndində baş verən hadisə zamanı “Ural” markalı avtomobil qəzaya düşüb. Hadisə yanvarın 4-də səhər saat 09:30 radələrində baş verib. Qəza nəticəsində iki nəfər hərbçinin öldüyü, 9 nəfərin isə yaralandığı bildirilir. Yaralılar Bərdədəki xəstəxanaya aparılıblar. *** Yanvarın 4-ü Laçın rayonunda, çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması […]
Bakıdan Cəlilabadda toya gedən şəxsi maşın vurub öldürdü
Cəlilabadda yol qəzasında ölən piyadanın kimliyi məlum olub. Həmin şəxs 1985-ci il təvəllüdlü Balala Məmmədağa oğlu Abbasəliyevdir. Mərhum Bakı şəhərindən Cəlilabad rayonuna toy məclisinə gedibmiş. Faktla bağlı araşdırma aparılır.
Avtomobil məscidə çırpıldı, ölən və yaralananlar var – Foto
Bakıda avtomobil idarəetməni itirərək “Heydər” məscidinin divarına çırpılıb. Hadisə gecə saat 03 radələrində baş verib. Müslim Saidovun idarə etdiyi “Kia Rio” markalı avtomobil “Heydər” məscidinin divarına çırpılıb. Qəza nəticəsində sürücü və sərnişin Nihat Mehdizadə müxtəlifdərəcəli xəsarətlər alıblar. Digər sərnişin Ədalət Hətəmov hadisə yerində ölüb. Faktla bağlı Binəqədi RPİ-də cinayət işi başlanılıb.
Oğlunu acından öldürən ana Azərbaycana qaçdı – ŞOK OLAY
Kaluqada azyaşlı oğlan acından ölüb. Aktualtv.az Rusiya mediasına istinadla bildirir ki, anası onu müalicə etmək məqsədilə ac saxlayıb. Məlumata əsasən, Kaluqa Regional Məhkəməsi uşaqlarını müalicə etmək üçün yeməkdən məhrum edən qadına qarşı hökm çıxarıb. O, 2018-ci ilin may ayından 2019-cu ilin fevral ayına kimi azyaşlı övladlarını adekvat qidalanmadan məhrum etməkdə, nəticədə oğullarından birini qidalanmadan öldürüb, […]