Qisasa görə qəssabı öldürən şəxsə AĞIR CƏZA

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Cavad Kazımovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 12 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Şirvan Apellyasiya Məhkəməsi Cavad Kazımovun şikayətini təmin etməyib. Qeyd edək ki, hadisə ötən il dekabrın […]

16 milyonluq yeyintidə ittiham olunan Ramin İsayev həbs qərarından narazıdır

“SOCAR-AQŞ” MMC-nin sabiq baş direktoru Ramin İsayev barəsindəki həbs qərarından narazıdır. “Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, bununla bağlı sabiq baş direktor apellyasiya şikayəti verib. R.İsayev birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, məhkəmə zalından sərbəst buraxılmasını xahiş edib. Bakı Apellyasiya Məhkəməsi şikayəti əsasız sayaraq rədd edib, təqsirləndirilən şəxsin həbsinin davamına qərar verib. Qeyd edək ki, Ramin […]

Şağan bələdiyyəsinin sədri barəsində cinayət işi başlandı

Xəzər rayonu, Şağan kənd bələdiyyəsinin sədri Sevinc Atayeva və bir qrup keçmiş əməkdaşı barəsində cinayət işi başlanıb. “Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, təqsirləndirilən şəxslər sənəd saxtalaşdırmaqada və külli miqdarda dələduzluqda təqsirləndirilirlər. Sevinc Atayeva Cinayət Məcəlləsinin 320-ci (saxta sənəd hazırlama), Əli Cahangirov, Ruslan Məmmədov, Elçin Xalıqov və Elşan Xanlarov 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi […]

Bakıda kütləvi davada bir nəfər bıçaqlanıb

Bakının Nizami rayonunda dava zamanı bir nəfər bıçaq xəsarəti alıb. Aktualtv.az xəbər verir ki, hadisə metronun “Xalqlar Dostluğu” stansiyasının qarşısında qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Mirhakim Akif oğlu Həsənov tanımadığı şəxslərlə mübahisə edib. Mübahisə zamanı Həsənov iki bıçaq xəsarəti alıb. Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər. Faktla bağlı […]

Gəncədə intihar edən əsgərin – Fotosu

Xəbər verdiyimiz kimi, Gəncədə N saylı hərbi hissədə xidmət edən əsgər özünü yataqxana binasından ataraq intihar edib. Aktualtv.az-ın məlumatına görə, həyatına son qoyan əsgər, 2004-cü il təvəllüdlü Nurəddin Hüseynov Bakı şəhər Xəzər rayonu Mərdəkan qəsəbə sakini olub. Onun nəşi ailəsinə təhvil verilib və Mərdəkanda dəfn edilib. Mərhum əsgərin fotosunu təqdim edirik. Qeyd edək ki, əsgərin […]

Yaşayış binasında yanğın, 9 nəfər təxliyə edildi

Bakı şəhərinin Xətai rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 10 ədəd elektrik sayğacı,10 ədəd qoruyucu açar və 15 p.m elektrik kabeli yanıb. Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 9 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Tovuzda kişi arvadını bıçaqladı – YENİLƏNİB

Tovuz Rayon Polis Şöbəsinə rayon sakini 1970-ci il təvəllüdlü T. Bayramovanın çox saylı bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib. Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qadına bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən, həyat yoldaşı Nizami […]

Azərbaycanda zəlzələ olub

Hacıqabulda zəlzələ olub. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 09:51-də Hacıqabul rayonunda zəlzələ qeydə alıb. Zəlzələnin maqnitudası 3.4, dərinliyi 23 km olub.

Almaniyada azərbaycanlı qəzada öldü – Foto

Almaniyada yaşayan azərbaycanlı yol qəzasında həlak olub. Əslən Şəki rayonundan olan Fərhad Həsənov Koblenz şəhərində qəzaya düşüb. Həmyerlimiz hadisə yerində dünyasını dəyişib. Qeyd edək ki, F. Həsənov bir neçə il əvvəl Almaniyaya köçmüşdü.

DSX-nin əsgəri silahdan açılan atəşdən ölüb

İyul ayının 11-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Əliyev Cahid Müşfiq oğlu xidmətdə olarkən təhkim olunmuş silahdan açılmış atəş nəticəsində həyatını itirib. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Qeyd olunub ki, faktla bağlı Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.