Rusiya ilə sərhəddə Ukrayna PUA-sı – Özəl

Rusiyanın Bryansk vilayətinin Naytopoviç qəsəbəsi ərazisinə PUA düşüb. Aktualtv.az xəbər verir ki, PUA Ukrayna ilə sərhəddən 70 km aralıda tapılıb. Tələfat və dağıntının olmadığı bildirilib. Səbinə Kərimova / aktualtv.az

Polşa Avropa İttifaqına qarşı – “Onları” öz ölkəsinə buraxmayacaq – Özəl

Polşa Avropa İttifaqı ölkələrindən olan miqrantların öz ərazisinə məcburi köçürülməsinə razılıq verməyəcək. Aktualtv.az xəbər verir ki, bu açıqlama ilə Polşa hökumətinin mətbuat katibi Petr Müller çıxış edib. “Biz əvvəldən vurğulamışıq ki, Avropa İttifaqına üzv dövlətlər bu məsələdə qərar qəbul etmək azadlıqlarını qorumalıdırlar”, – deyə Petr Müller qeyd edib. Səbinə Kərimova / aktualtv.az

Müxalifətin seçki bloku dağıldı – Özəl

Türkiyədə müxalifətin seçki bloku dağılıb. Aktualtv.az xəbər verir ki, bu barədə İYİ Partiyanın baş katibi Uğur Poyraz telekanallara müsahibəsində bildirib. Onun sözlərinə görə, “Millət İttifaqı” seçki birliyi idi və mayın 28-dən blokun səlahiyyəti başa çatıb. Qeyd edək ki, mayın 14-də Türkiyədə Prezident və parlament seçkiləri keçirilib. Mayın 28-də keçirilən Prezident seçkisinin ikinci turunda “Cümhur İttifaqı”nın […]

“Şimali Koreyanın addımları təhlükəlidir” – Özəl

“Şimali Koreyanın addımları təhlükəlidir və sabitliyi pozur”. Aktualtv.az xəbər verir ki, bu sözləri ABŞ-nin müdafiə naziri Lloyd Ostin Yaponiyanın müdafiə naziri Yasukazu Hamada ilə Tokioda keçirdiyi birgə mətbuat konfransı zamanı deyib. Ostin ABŞ-nin azad və açıq Hind-Sakit okeana və Yaponiya ilə strateji əməkdaşlığın inkişafına sarsılmaz sadiqliyini bir daha təsdiqləyib. Görüşdə Şimali Koreya, Ukrayna və Çinə […]

NATO-nun Kosovoya əlavə qüvvə göndərməsinə səbəb nədir? – Özəl

“Kosovoya əlavə qüvvələrin göndərilməsi NATO-nun toqquşmaların siyasi həllindən imtina etməsi demək deyil”. Aktualtv.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Osloda keçirlən NATO XİN başçılarının iclasından əvvəl deyib. “NATO əsgəri artıq bizim Kosovadakı qüvvələrimizi dəstəkləmək üçün oraya göndərilib. Lakin bu, sülh yolu ilə nizamlanmanın rədd edilməsi demək deyil, NATO Aİ-nin himayəsi altında danışıqları […]

İran uran ehtiyatını artırır – Limitdən 23 dəfə artıq… – Özəl

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın uran ehtiyatlarının Birgə Hərtərəfli Fəaliyyət Planının icazə verdiyi limitdən 23 dəfə artıq olduğunu deyib. Aktualtv.az xəbər verir ki, Agentlik İrandakı nüvə proqramının vəziyyəti ilə bağlı hesabatında İranla bağlı iki vacib məsələnin həllini tapdığı təsdiqləyib. Onlardan biri Fordoda uran hissəciklərinin 83,7%-ə qədər zənginləşdirilməsi, digəri isə Abede şəhərindəki uran izləri ilə […]

ABŞ üçüncü dünya müharibəsinə qarşıdır – Ukraynanın Rusiya ərazisinə… – Özəl

ABŞ üçüncü dünya müharibəsinə qarşıdır, ona görə də Ukraynanın Rusiya ərazisinə zərbələrini dəstəkləmir. Aktualtv.az xəbər verir ki, bu barədə Ağ evin strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi brifinqdə bildirib. “Vaşinqton əmindir ki, Ukrayna ötürülməsi planlaşdırılan F-16 təyyarələrindən Rusiyaya zərbələr endirmək üçün istifadə etməyəcək. Biz təkcə Ukrayna Prezidenti Volodimir Zelenskidən deyil, həm də digər yüksəkrütbəli hərbi […]

Rusiyanın bu ölkədəki 4 konsulluğu bağlanır – Özəl

Almaniyada Rusiyanın 4 konsulluğu bağlanacaq, yalnız biri fəaliyyət göstərəcək. Aktualtv.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib. Vurğulanıb ki, Rusiyanın diplomatik nümayəndəlikləri ilin sonuna qədər öz işlərini başa çatdırmalıdırlar. Almaniya da öz növbəsində 5 ay ərzində Novosibirsk, Yekaterinburq və Kalininqraddakı konsulluqlarını bağlayacaq. Qeyd edək ki, Rusiyadan olan diplomatlar casusluqda şübhəli bilindiklərinə […]

Bu şirkətlər uşaqların hüquqlarını pozub – 25 milyon dollar… – Özəl

Amazon, Alexa səsli köməkçisi ilə uşaqların məxfilik hüquqlarını pozduğuna dair iddiaları həll etmək üçün 25 milyon dollar ödəyəcək. Aktualtv.az xəbər verir ki, şirkət valideynlərin tələbi ilə Alexa qeydlərini silməməkdə ittiham edildikdən sonra Birləşmiş Ştatların Federal Ticarət Komissiyasına pul ödəməyə razılaşıb. Araşdırma nəticəsində, Amazonun illərdir həssas məlumatları saxladığı aşkar edilib. Komissiyanın şikayətinə görə, şirkət Alexa alqoritmini […]

Makron Ukraynanın NATO-ya üzvlüyünə inanmır – Yeni təhlükəsizlik təminatı hazırlanmalıdır – Özəl

NATO ölkələri Ukraynanı yeni təhlükəsizlik arxitekturasına daxil etmək üçün ona etibarlı təhlükəsizlik təminatları hazırlamalıdır. Aktualtv.az xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron GLOBSEC-in Bratislava Forumunda deyib. Makron vurğulayıb ki, bu məsələ iyulun 11-12-də Vilnüsdə keçiriləcək NATO sammitinə qədər işlənməlidir. Fransa prezidentinin sözlərinə görə, Birləşmiş Ştatlar tərəfindən İsrailə təmin edilən təhlükəsizlik və ittifaqda tam […]