Azərbaycanda görülməmiş OLAY: 100 min manatlıq araq alıb, pulunu vermədi
Bakıda görülməmiş dələduzluq hadisəsi baş verib. Ağsu rayon sakini Əbilrəhim Ağayev polisə ərizə ilə müraciət edərək Astara rayon sakini Nazir Verdiyevin 2021-ci ilin sentyabrından bu günədək onu aldadıb 100 min manat dəyərində spirtli içki alaraq pulunu vermədiyini bildirib. Daxil olan şikayət polisi də şoka salıb. Dərhal hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsində araşdırmalara başlanılıb.lent.az
“Kiyevə sərt cavab verilməsi davam edəcək” – Şoyqu – Özəl
Rusiyanın Müdafiə Nazirliyi Kiyevin Belqorod vilayətində törədilən terror aktına bənzər hərəkətlərinə operativ və son dərəcə sərt cavab verməyə davam edəcək. Aktualtv.az xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib. Nazir Ukrayna müharibəsində iştirak edən hərbi qulluqçuların hüquqlarının təmin olunması haqqında da danışıb. Bildirib ki, Rusiyada xüsusi əməliyyatda iştirak edən hərbi qulluqçuların hüquqlarını əhəmiyyətli […]
Rusiyaya qarşı İKİNCİ CƏBHƏ – Gürcüstandan nə tələb olundu? – Özəl
Ukrayna Gürcüstandan Rusiyaya qarşı ikinci cəbhə açmağını istəyib. Aktualtv.az xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze deyib. O, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Katibi Aleksey Danilov və Prezident Vladimir Zelenskinin müşaviri Mixaylo Podolyakın Gürcüstandan Rusiyaya qarşı ikinci cəbhə açmaq istədiyini bildirib. Kobaxidze əlavə edib ki, beynəlxalq ictimaiyyət Gürcüstandan nə […]
“Türkiyə terrorun varlığına son qoymaqda qərarlıdır” – Özəl
“Rəsmi Ankara ölkə daxilində və sərhədləri boyunca terrorun varlığına son qoymaqda qərarlıdır”. Aktualtv.az xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar açıqlamasında deyib. Onun sözlərinə görə, ölkəsi Suriya ərazisində terror dəhlizinin yaradılmasının qarşısını alaraq, Suriyanın da ərazi bütövlüyünü qoruyub. Nazir eyni zamanda, F-16-ların modernizasiyasına dair ABŞ-dan müsbət addımlar gözlədiklərini də diqqətə çatdırıb. […]
Bakıda qohumlar arasında silahlı insident olub, güllələnən var
Mayın 24-də saat 18 radələrində paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində qohumlar arasında şəxsi münasibətlər zəminində silahlı mübahisə olub. DİN-in mətbuat xidmətindən bildirilib ki, 1967-ci il təvəllüdlü Əlməhəmməd Orucovu ov tüfəngindən atəş açmaqla xəsarət yetirməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Rəşad Cəfərov polisin əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb. Ondan özünə məxsus cinayət aləti olan ov […]
FHN-də intim videolar çəkən polkovnikə HÖKM OXUNDU
Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi, həbsdə olan polkovnik Zaur Mirzəyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü Z. Mirzəyev 1 il 6 ay dövlət orqanlarında vəzifə tutmaq qadağan olunmaqla 3 il 6 […]
Böyük Britaniyanın müdafiə naziri Kiyevdə – Putinə səsləndi – Özəl
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Kiyevə qeyri-rəsmi səfər edib. Aktualtv.az xəbər verir ki, ukraynalı həmkarı Oleksii Reznikov ilə görüşən nazir bildirib ki, ölkəsi Ukraynanı “Storm Shadow” uzaqmənzilli raketləri ilə təmin edir. Britaniya bu addımı Rusiyanın uzaqmənzilli silahlardan mülki əhalini və infrastrukturu hədəfə almaqda davam etdiyi üçün atır. Uolles Britaniyanın bu yay ukraynalı pilotlara F-16-larda […]
Fövqəladə vəziyyətin daha 2 ay uzadılması təklif olundu – Özəl
Moldova hökuməti ölkədə fövqəladə vəziyyətin daha 2 ay uzadılmasını təklif edib. Aktualtv.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin bu gün keçirilən iclasında bildirilib. Fövqəladə Hallar Komissiyasının qərarından sonra hökumət parlamentdən fövqəladə vəziyyətin bütün ölkə ərazisində 60 gün müddətinə uzadılmasını tələb edəcək. Qeyd edək ki, sonuncu dəfə Moldovada fövqəladə vəziyyət aprelin 5-dən başlayaraq 60 gün […]
Bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərildi
Ağstafa rayon Dağkəsəmən bələdiyyəsinin sabiq sədri Ariz Bayramovun qanunsuz əməlləri barədə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. İbtidai istintaqla Ariz Bayramovun 2019-2022-ci illər ərzində həmin vəzifədə işləyərkən səlahiyyətlərindən sui-istifadə edərək kənd yollarının təmiri üçün xərcləri daha artıq rəsmiləşdirməsinə, səlahiyyətlərini aşaraq iclas keçirilmədən bələdiyyə vəsaitləri hesabına kənd sakinlərinə maddi yardım verilməsi barədə müvafiq sənədlərə yalan […]
Ermənistan parlamentində növbəti DAVA – Özəl
Ermənistan parlamentində növbəti dəfə dava düşüb. Aktualtv.az xəbər verir ki, məlumata görə, parlamentin spikeri Alen Simonyan “Hayastan” partiyasından olan deputat Artur Sarkisyanın zaldan çıxarılmasını təhlükəsizlik xidmətindən xahiş edib. Qeyd olunub ki, buna səbəb Sarkisyanın çıxışı zamanı hakim partiyadan olan deputat Ovik Ağazaryanla söz davasına qalxması göstərilib. Səbinə Kərimova / aktualtv.az