Nüvə dövlətlərinin toqquşması riski artır – NATO Ukrayna münaqişəsində… – Özəl
NATO ölkələri faktiki olaraq de-yure Ukrayna münaqişəsində iştirak edir və bu, nüvə dövlətlərinin toqquşması riskini artırır. Aktualtv.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Qərb paytaxtları Rusiyanın nüvə güclərinin birbaşa toqquşmasının yolverilməzliyi barədə siqnallarına məhəl qoymur və ya bu siqnalları kobud şəkildə təhrif edir. Rusiya XİN başçısı bildirib ki, Moskva Brüssel […]
Dünyada enerji və ərzaq böhranlarını bu ölkələr yaradır – Özəl
“ABŞ və digər Qərb dövlətləri dünyada baş verən enerji və ərzaq böhranlarına şərait yaradırlar”. Aktualtv.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. O bildirib ki, dünyada qeyri-sabitlik artır, yeni gərginlik ocaqları yaranır. Putin Rusiyanın bütün dünyada müttəfiqlərinin olduğunu və əlaqələrinin daha da gücləndiyini xatırladıb. Etibar Məmmədov / aktualtv.az
İsrail İrana qarşı yeni müharibəyə hazırlaşır – Özəl
İsrail İran və onun tabeliyində olan hərbi qüvvələrə qarşı dəniz müharibəsinə hazırlaşır. Belə ki, Tehranın əsas regional “yedəkçi” hərbi-siyasi təşkilatı “Hizbullah” İrandan müasir sualtı qayıqlar və onlarla gəmi əleyhinə raket alıb. Aktualtv.az xəbər verir ki, bu barədə İsrailin “Walla” xəbər portalı ordudakı mənbələrə istinadən məlumat yayıb. Eyni zamanda qeyd olunur ki, dənizdə İsrail üçün əsas […]
“ABŞ təxribata hazırlaşır” – Kəşfiyyat Xidməti – Özəl
ABŞ Rusiyaya qarşı təxribata hazırlaşır. Aktualtv.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib. Onun sözlərinə görə, bu məqsədlə ABŞ-nin Suriya, İordaniya və İraqla sərhəddə yerləşən Əl-Tanf hərbi bazasından istifadə olunur. Narışkin bildirib ki, ABŞ Suriyanın şimal-şərqindəki qeyri-qanuni hərbi mövcudluğunu hələ də saxlayır. Etibar Məmmədov / aktualtv.az
“Qərbin bizdən tələbi ölkəni məhv edəcək” – Baş nazir – Özəl
“Qərb Gürcüstanın qarşısında ölkəni məhv edəcək tələblər qoyur”. Aktualtv.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qərbin Gürcüstandan Rusiyaya qarşı sanksiyalara qoşulmağı tələb edərkən, bununla da ölkə iqtisadiyyatının faktiki olaraq məhv ola biləcəyini anlamadıqlarını söyləyib. Qaribaşvili mayın 24-də Qətərdəki İqtisadi Forumda çıxış edərkən Qərbin Gürcüstandan Rusiyaya qarşı iqtisadi sanksiyalara qoşulma tələbinin yerinə yetiriləcəyi təqdirdə, […]
“Casus” jurnalistin həbs müddəti uzadıldı – Özəl
Rusiya məhkəməsi casusluqda ittiham olunan “Wall Street” Jurnalının müxbiri Evan Gershkoviçin həbs müddətini üç ay daha uzadıb. Aktualtv.az xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət departamentinin rəsmisi Metyu Miller danışıb. Onun sözlərinə görə, Moskvanın casusluq ittihamlarını təsdiqləyəcək sənədlər mövcud deyil, lakin yenə də jurnalisti azad etmək niyyətində deyil. Qeyd edək ki, 31 yaşlı ABŞ vətəndaşı […]
Qızıl Xaç Komitəsinin maliyyə problemi – İşçilərini ixtisar edir – Özəl
Beynəlxalq Qızıl Xaç Komitəsi maliyyə çatışmazlığı səbəbindən 1,8 minə yaxın əməkdaşını ixtisar edəcək və dünya üzrə 350 ofisindən 26-nı bağlayacaq. Aktualtv.az xəbər verir ki, bu barədə BQXK-nin Cenevrədəki qərargahı məlumat yayıb. Qeyd edək ki, təşkilatın 2023-2024-cü illər üçün büdcəsi 477 milyon dollar azalıb. Büllur Məmmədova / aktualtv.az
Biləsuvar sakini qohumunu güllələyərək öldürüb
Mayın 24-də saat 10 radələrində Biləsuvar rayonu Çinarlı kəndi ərazisində 1972-ci il təvəllüdlü Əsgər Musa oğlu Abdullayevin ov tüfəngindən açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1975-cü il təvəllüdlü Cavid İdrıs oğlu Həmidov saxlanılıb. Hadisə barədə polisi özü məlumatlandırıb. Onlar qohumdurlar, cinayət […]
Rusiya Finlandiyaya XƏBƏRDARLIQ ETDİ – Özəl
Federasiya əlavə hərbi təftiş haqqında qarşılıqlı razılaşmaya xitam verilə biləcəyini bildirib. Aktualtv.az “TASS”a istinadən xəbər verir ki, Finlandiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Rusiya iyunun birindən bu addımı atmaq niyyətindədir. Xatırladaq ki, 2000-ci ildə imzalanmış müqavilə ildə iki yoxlamanı nəzərdə tuturdu: Rusiyanın Qərb Hərbi Dairələrində Finlandiya hərbçiləri və Finlandiyadakı rus hərbi ekspertləri. Son yoxlamalar pandemiyadan […]
Rusiyanın Belqorod vilayətinə hücumları kim təşkil edib? – Özəl
Moskva iddia edir ki, Rusiyanın Belqorod vilayətində hücumlar təşkil etmək üçün Ukraynadan sərhədi keçən silahlı qiyamçılar məğlub olub. Aktualtv.az xəbər verir ki, bu barədə məlumatı BBC yayıb. Bildirilir ki, sərhədə yaxın kəndlər isə boşaldılıb. Rusiya 70 hücumçunun öldürüldüyünü bildirir və döyüşçülərin ukraynalı olduğu barədə təkid edir. Lakin Kiyev bu hadisədə iştirakını inkar edir və Rusiyanın […]