Rusiyada hərbi vəziyyətdə seçkilər keçirilə biləcək – Özəl

Rusiyada hərbi vəziyyət şəraitində seçkilərin keçirilməsinin mümkünlüyünü nəzərdə tutan qanun qəbul edib. Aktualtv.az xəbər verir ki, qanun Dövlət Duması, Mərkəzi Seçki Komissiyası, Müdafiə Nazirliyi və Federal Təhlükəsizlik Xidməti arasında məsləhətləşmələrdən sonra qəbul olunub. Mövcud qanunvericiliyə görə, hərbi vəziyyətin tətbiq olunduğu ərazidə referendum və dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarına seçkilər keçirilmir. Murad Həsənov / aktualtv.az

Faciəvi şəkildə ölən uşaqların – Fotosu

Xəbər verdiyimiz kimi, ötən gecə Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində iki azyaşlı quyuya düşərək ölüb. “Qafqazinfo”nun məlumatına görə, bədbəxt hadisə nəticəsində ölən 2013-cü il təvəllüdlü uşaqların fotoları sosial şəbəkələrdə yayılıb. Qeyd edək ki, azyaşlıların cəsədləri skinlər və FHN-nin xilasedicilərinin köməyi quyudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Azyaşlıların yaxınları həmin quyu da daxil olmaqla, ərazidə […]

Ermənistan Baş Qərargah rəisinin sabiq müavini ittiham olunur – Özəl

Ermənistan Baş Qərargah rəisinin sabiq müavini ölkənin Müdafiə Nazirliyindən torpaq sahəsi alan zaman maxinasiyada ittiham olunur. Aktualtv.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb. Qeyd olunur ki, general-mayor rütbəli hərbçi haqqında sözügedən torpaq sahəsini 2011-ci ildə güzəştli qiymətə alıb, bir ildən sonra isə həmin yeri bankda təxminən 100 min dollardan yuxarı məbləğ […]

Bu ölkə Avropa Şurasına üzvlük ərizəsini geri götürəcək – SƏBƏB – Özəl

Belarus Avropa Şurasına üzvlük ərizəsini geri götürə bilər. Aktualtv.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz bildirib. Onun sözlərinə görə, Belarusun üzvlük müraciətinə baxılması hələ 1990-cı illərdə Avropa Şurası tərəfindən dondurulub. “Avropa Şurası və Qərb Belarus dövlətinə qarşı destruktiv xətti davam etdirsə, ölkəmiz bu təşkilata qoşulmaq üçün ərizəsini geri […]

“ABŞ və Çin sülhə və bəşəriyyətin mövcudluğuna əsas təhlükədir” – Özəl

ABŞ və Çin sülhə və bəşəriyyətin mövcudluğuna əsas təhlükədir. Çünki onlar bir-biri ilə münaqişə yolunu seçiblər. Aktualtv.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş dövlət katibi Henri Kissincer deyib. O bildirib ki, iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti son dərəcə təhlükəlidir. “Tərəflərdən heç birinin siyasi güzəşt fikri yoxdur və istənilən balanssızlıq fəlakətli nəticələrə səbəb ola bilər. […]

Təbrizdə ETİRAZ AKSİYASI – Özəl

Təbrizdə etiraz aksiyası keçirilib. Aktualtv.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Məlumata görə, aksiya Şərqi Azərbaycan əyalətinin Təhsil İdarəsinin qarşısında təşkil edilib. Aksiyaçılar təhsil sahəsində olan çatışmazlıqlara və imtahanlarla bağlı Təhsil Nazirliyinin verdiyi yeni qərarlara etiraz ediblər. Səbinə Kərimova / aktualtv.az

Böyük Britaniyada inflyasiya problemi – 11 milyona yaxın insan… – Özəl

Kommunal ödənişlər və kreditlərin ödənilməsində problem yaşayan britaniyalıların sayı son bir ildə 40% artaraq 10,9 milyona çatıb. Aktualtv.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Maliyyə Bazarlarında Davranış Normasına Nəzarət Təşkilatının hesabatında deyilir. Məlumata görə, Böyük Britaniyada təxminən 5,6 milyon insan son altı ayın ən azı üçündə kommunal ödənişlər və ya kredit ödənişlərini gecikdirib. İl […]

Rusiya qüvvələri bu istiqamətdə təşəbbüsü itirib – Özəl

Rusiya qüvvələri Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərində təşəbbüsü itirib. Aktualtv.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb. Bildirilib ki, Rusiya Müdafiə Nazirliyi də Ukrayna ordusunun Baxmutdakı uğurlarını təsdiqləyib: “Ukrayna qoşunları xüsusilə şəhərin Boqdanovka və İvanovski rayonları istiqamətində irəliləyir”. Qərb analitiklərinin fikrincə, Ukraynanın əks-hücumları məhdud olsa da, qarşı tərəfin hücum əməliyyatlarının qarşısını […]

Bu ərazidə “TikTok” tamamilə qadağan edildi – Özəl

ABŞ-nin Montana ştatının qubernatoru Qreq Canforte ştatda “TikTok”u qadağan edən qanun layihəsini imzalayıb. Aktualtv.az xəbər verir ki, bu barədə Qreq Canforte özünün “Twitter” səhifəsində yazıb. “Montana sakinlərinin şəxsi məlumatlarını Çin Kommunist Partiyasından qorumaq üçün “TikTok”u qadağan etdim”, – deyə qubernator bildirib. Beləliklə, Montana tətbiqi qadağan edən ilk ABŞ ştatı oldu. Etibar Məmmədov / aktualtv.az

Rusiya bu ölkənin yük maşınlarının ərazisindən keçməsini QADAĞAN EDİR – Özəl

Dövlət Duması Polşa yük maşınlarının iyunun 1-dən Rusiya ərazisindən qadağan etməyi təklif edib. Aktualtv.az xəbər verir ki, belə bir təkliflə Rusiya Dövlət Dumasının Nəqliyyat üzrə Komitəsinin rəhbəri Yevgeni Moskviçev çıxış edib. O bildirib ki, yükdaşıyıcıların Polşadan Rusiyaya girişinə qadağa qoyulması üçün hökumətə müraciət göndərib. Bu tədbir Rusiyanın Varşavadakı səfirliyindəki məktəbin ələ keçirilməsinə cavab olaraq qiymətləndirilir. […]