Ukrayna üçün kompensasiya mexanizmi – Özəl
Avropa Şurası Ukrayna üçün kompensasiya mexanizminin yaradılması istiqamətində ilk addımını atıb. Avropa Şurasının Reykyavikdə keçirilən sammiti çərçivəsində Rusiyanın Ukraynaya vurduğu zərərlərin reyestrinin təsis edilib. Razılaşmanı G7 ölkələri də daxil olmaqla 43 ölkə dəstəkləyib və ya dəstəkləyəcəyini bildirib. Aktualtv.az xəbər verir ki, “Ukrainska Pravda”nın məlumatına görə, Avropa Şurasının üzvü olan 7 ölkə Rusiya əleyhinə razılaşmaya qoşulmayıb. […]
Ukraynanın bərpası üçün lazım olan MƏBLƏĞ AÇIQLANDI – Özəl
BMT-nin hesablamalarına görə, beynəlxalq təşkilatların maliyyə yardımına baxmayaraq, Ukrayna iqtisadiyyatı 2023-cü ildə durğunlaşacaq. Aktualtv.az xəbər verir ki, bu barədə BMT-nin hesabatında deyilir. Bildirilir ki, 2022-ci ildə Ukrayna iqtisadiyyatı sənaye potensialının və enerji infrastrukturunun böyük hissəsini itirib, 2022-ci ildə 29,1% azalma olub. Hesabata görə, Ukraynanın bərpası üçün 411 milyard dollar lazımdır. Murad Həsənov / aktualtv.az
Baş nazir məhkəməyə verildi – 57 nəfərin ölümünə görə – Özəl
Fevralın 28-də Yunanıstanda baş verən qatar qəzasında yaxınlarını itirən şəxslər ölkənin baş naziri Kiriakos Mitsotakisi məhkəməyə verib. Aktualtv.az xəbər verir ki, qəzada həlak olan 57 nəfərin yaxın qohumu Mitsotakis və nazirlərlə bağlı məhkəməyə müraciət edib. Onlar qəzaya görə baş nazir və hökumətinin günahkar olduğunu iddia edirlər. Səbinə Kərimova / aktualtv.az
Dron-kamikadze-dən Moskva magistralına HÜCUM – Özəl
Dron-kamikadze Kaluqa yaxınlığındakı Moskva magistralına hücum edib. Aktualtv.az xəbər verir ki, ötən gecə Tarutino kəndi yaxınlığında Moskva Böyük Halqasının 380-ci kilometrliyində PUA düşüb və partlayıb. Hadisə yerinə gələn müstəntiqlər yolda alüminium parçaları, səpələnmiş torpaq və ağac budaqları aşkar ediblər. PUA magistral yoldan bir qədər aralıda meşəyə düşüb. Hadisə nəticəsində ölən və yaralananlar olmadığı bildirilib. Səbinə […]
ABŞ-nin Ermənistana “rusları öz ərazisindən qovmaq” TƏKLİFİ – Özəl
Qərb metodik olaraq Rusiya Federasiyasının postsovet məkanında ən yaxın müttəfiqlərini Moskva ilə əlaqələrinə görə çox narahat vəziyyətə salmağa çalışır. Aktualtv.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “Tsarqrad” telekanalına müsahibəsində bildirib. Lavrov ölkəsinin ABŞ-nin Ermənistana “rusları öz ərazisindən qovmaq” və təhlükəsizliyə kömək etmək təklifini açıq təxribat kimi qiymətləndirdiyini söyləyib. Səbinə Kərimova / […]
ABŞ Dövlət Departamentinin əməkdaşı Rusiyada həbs olundu – ABŞ-dən REAKSİYA – Özəl
Birləşmiş Ştatların Dövlət Departamenti Rusiyadakı Baş Konsulluğunda keçmiş əməkdaşı Robert Şonovun həbsini sərt şəkildə tənqid edib. Aktualtv.az xəbər verir ki, bildirilib ki, onun əcnəbilərlə qeyri-qanuni əməkdaşlıq etdiyi ilə bağlı iddialar tamamilə əsassızdır. “Birləşmiş Ştatların Rusiyadakı missiyasının keçmiş əməkdaşı Robert Şonovun həbsi ilə bağlı xəbərləri pisləyirik. Cənab Şonova qarşı bu ittihamlar tamamilə əsassızdır. Onun rolu əsasən […]
Rusiyaya qarşı sanksiyaların 11-ci paketi – Rusiya qazının idxalı… – Özəl
G7 ölkələri və Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların 11-ci paketinin bir hissəsi olaraq, Rusiya qazının idxalını qadağan etməyi planlaşdırır. Aktualtv.az xəbər verir ki, qərara əsasən Rusiyadan Polşa və Almaniyaya qaz ixracının qarşısı alınacaq. Həmçinin, sanksiyalar Polşa və Almaniya neft emalı zavodlarını xam materialla təmin edən Rusiyanın “Drujba” boru kəmərinin şimal hissəsinə də təsir edə bilər. […]
Terrorçularla polis arasında qarşıdurma – Ölən və yaralanan var – Özəl
Qırğızıstanın Çuy vilayətinin Dmitriyevka kəndində xüsusi təyinatlıların keçirdiyi əməliyyat nəticəsində silahlı terrorçu zərərsizləşdirilib, iki polis əməkdaşı yaralanıb. Aktualtv.az xəbər verir ki, məlumatı ölkənin Daxili İşlər Nazirliyinin Mətbuat xidməti yayıb. Ərazidə əməliyyat-istintaq qrupu fəaliyyət göstərir. Paytaxt Bişkekə gedən yol güc strukturlarının əməkdaşları tərəfindən bağlanıb. Yerli sakinlər bildirib ki, silahlılar barrikada qurub. Onların insanları girov götürdükləri də […]
Dünyada edamların sayı rekord həddə çatıb – Özəl
2022-ci ildə dünyada edamların sayı son beş ildə ən yüksək olub. Çin, İran, ABŞ və digər ölkələrdə edamların sayı kəskin şəkildə artıb. Aktualtv.az xəbər verir ki, bununla bağlı rəqəmləri beynəlxalq “Amnesty International” insan haqları təşkilatı təqdim edib. Məlumata görə, 2022-ci ildə 20 ölkədə 883 nəfərə ölüm hökmü çıxarılıb və hökm icra edilib. Bu, ötən illə […]
Ukrayna iqtisadiyyatı kiçilməyə doğru – Səbəb müharibədir – Özəl
Ukrayna iqtisadiyyatı müharibə səbəbindən 2022-ci ildə 29,1% azalıb. Aktualtv.az xəbər verir ki, BMT-nin hesabatına görə, xarici maliyyə yardımına baxmayaraq, bu il də Ukraynada durğunluq müşahidə oluna bilər. Ölkənin uzunmüddətli perspektivi münaqişənin müddəti və intensivliyindən, həmçinin bu günə kimi 411 milyard dollara başa gələcək yenidənqurma işlərinin maliyyələşdirilməsindən asılıdır. Etibar Məmmədov / aktualtv.az