İsrail ordusu Qəzza zolağına zərbələr endirib – Özəl

İsrail ordusu çərşənbə axşamına keçən gecə başlayan “Qalxan və ox” əməliyyatı çərçivəsində Qəzza zolağında Fələstinin “İslami cihad” radikal qruplaşmasının 10 obyektini sıradan çıxarıb. Aktualtv.az “TASS”a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, İsrailin Müdafiə Qüvvələri radikallara məxsus 10 silah zavodu və hərbi obyektə zərbələr endirib. Hərbçilərin məlumatına görə, zərbələr […]

Çin və Kanada arasında gərginlik – “Arzuolunmaz şəxs” – Özəl

“Kanadalı diplomatın ölkədən çıxarılması “ədalətli və zəruri” addımdır”. Aktualtv.az xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin rəsmisi Van Venbin brifinqdə jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu addımla Çin “hüquq və maraqlarını” qoruyur. Qeyd edək ki, ötən gün Kanadanın kəşfiyyat agentliyi Çinli diplomat Çjao Veyin müxalifətçi parlament nümayəndəsi Maykl Çonqa və onun qohumlarına qarşı […]

ABŞ “əməkdaşlığını” genişləndirir – Özəl

ABŞ-nin Dövlət katibi Entoni Blinken Şimali Makedoniyanın baş naziri Dimitar Kovaçevski ilə ikitərəfli danışıqlar üçün Vaşinqtonda görüşüb. Aktualtv.az xəbər verir ki, onlar Ukraynadakı müharibə, regionda ərzaq və enerji təhlükəsizliyi və Şimali Makedoniyanın Avropa İttifaqına daxil olması ətrafında müzakirələr aparıb: “NATO-da dəyərli müttəfiqimiz olan Şimali Makedoniya ilə güclü tərəfdaşlığımız var. Onlara göstərdikləri həmrəyliyə, Ukraynaya Rusiyanın təcavüzündən […]

14 mindən çox insan kütləvi atışmaların qurbanı olub – Özəl

İlin əvvəlindən ABŞ-da gündə bir dəfədən çox kütləvi atışma halları qeydə alınıb, 14 mindən çox insan onların qurbanı olub. Aktualtv.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib. “ABŞ-də bu ilin ilk 128 günü ərzində orta hesabla gündə bir dəfədən çox olmaqla 200-dən çox kütləvi atışma olub. […]

Xəzərdən Kiyevə HÜCUM – Qanadlı raketlər atıldı – Özəl

Rusiya ötən gecə Xəzər dənizi üzərində uçan dörd bombardmançı təyyarədən Kiyevə qanadlı raketlər atıb. Aktualtv.az xəbər verir ki, bu barədə Kiyev şəhərinin rəhbər hərbi nümayəndəsi bildirib. Onun sözlərinə görə, hücum nəticəsində itki qeydə alınmayıb. Murad Həsənov / aktualtv.az

Ərdoğan infliyasiya haqqında danışıb – Özəl

“İnfliyasiyanın heç kəsə problem yaratmasına imkan verməyəcəyik”. Aktualtv.az xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, əksinə, daha irəli getmək üçün addımlar atılacaq: “Məmurlarımız rahat olsunlar, onların hüquqlarını təmin etmək bizim borcumuzdur. İyul ayında infliyasiya ilə bağlı hazırlıqlarımız var. Bu günə qədər olan çatışmazlıqların öhdəsindən necə gəlmişiksə, inşallah, bundan sonrakı […]

“Rusiya ilə Ukrayna arasında sülh şansı yoxdur” – Özəl

“İndi Rusiya ilə Ukrayna arasında sülh şansı yoxdur, çünki hər iki tərəf qalib gələ biləcəklərinə əmindir”. Aktualtv.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş İspaniyanın “El Pais” qəzetinə müsahibəsində deyib. “Təəssüf ki, hazırda sülh danışıqlarının mümkün olduğunu düşünmürəm. Hər iki tərəf qələbə qazana biləcəklərinə əmindir. Bu, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə zidd olan […]

NATO-nun “Dəmir canavar” təlimləri başlayır – Özəl

Litvada NATO-nun iki həftəlik “Dəmir canavar – 2023” təlimləri başlayıb. Aktualtv.az xəbər verir ki, bu barədə Litvanın dövlət teleradio kanalı məlumat yayıb. Manevrlərdə Litva və digər NATO ölkələrindən, o cümlədən Belçika, Kanada, Xorvatiya, Çexiya, Almaniya, Norveç, Portuqaliya, Lüksemburq, Polşa, Niderland, Norveç, Böyük Britaniya və ABŞ-dan 3 min 500-ə yaxın hərbçi və 600 hərbi texnika iştirak […]

Rusiya qüvvələri Baxmutda geri çəkilir – Özəl

Rusiya Müdafiə Nazirliyinin bölmələri Baxmutda 2 kilometr geri çəkiliblər. Aktualtv.az xəbər verir ki, bu barədə “Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin yayımladığı videoda deyib. O bildirib ki, “Vaqner”də tələb olunan silahların cəmi 10 faizi var. Priqojinin sözlərinə görə, tələb olunan silahlar təmin edilməsə, “Vaqner”çilər tutduqları mövqelərdən geri çəkiləcəklər: “Baxmutda daha bir neçə gün qalacaq, […]

Keçmiş Baş nazir həbs olundu – Terrorçuluq ittihamı – Özəl

Pakistanın keçmiş Baş naziri İmran Xan həbs olunub. Aktualtv.az xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb. Bildirilib ki, sabiq Baş nazir İslamabadda məhkəmə binasında saxlanılaraq nəzarətə götürülüb. Onun terrorçuluqda ittiham olunduğu deyilir. Həmçinin onun 17 köməkçisi və bir neçə tərəfdarına qarşı da ittiham irəli sürülüb. Səbinə Kərimova / aktualtv.az