Polkovnik-leytenanta 8 il yarım həbs verildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin sabiq rəisi Rahim Ağayevin məhkəməsi başa çatıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan edilib. Rafiq Abbasovun sədrlik etdiyi hakim heyəti təqsirləndirilən polkovnik-leytenantı külli miqdarda rüşvət almaqda təqsirli hesab edib. Törədilən ağır cinayətə münasibətdə Rahim Ağayevə 8 il […]

Tələbə 7-ci mərtəbədən yıxılıb öldü

Sumqayıtda 21 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb. Hadisə 9-cu mikrorayonda qeydə alınıb. 2003-cü il təvəllüdlü Fuad Şirin oğlu İsmayılov yaşadıqları binanın 7-ci mərtəbəsindən yıxılaraq vəfat edib. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir. F. İsmayılov universitet tələbəsi olub. Fakt araşdırılır.

Məşhur karate ustasının həbsi ilə bağlı – Yeni detallar

Bakının Yasamal rayonu ərazisində yerləşən “İnci” tədris mərkəzinin karate müəllimi Tərlan Cavadovun həbsinin detalları üzə çıxıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, tanınmış idman ustası mərkəzdə idman dərslərində iştirak edən 15-16 yaşlı 3 qızın valideynlərinin şikayəti əsasında həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 153-cü (On altı yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər) maddəsi ilə cinayət işi açılıb. […]

Toyda öldürülən 27 yaşlı İlkinin FOTOsu

Ağdaş rayonunda toy mərasimində bıçaqlanma hadisəsi baş verib. Hadisə axşam saatlarında rayon mərkəzində baş verib. İlkin məlumata görə, Qobustanın Nərmankənd sakini 27 yaşlı İlkin İsgəndərli ötən gün Ağdaşda keçirilən toy məclisində qonaq qismində iştirak edib. Mərasim zamanı onun digər şəxs və ya şəxslərlə baş verən mübahisəsi davaya çevrilib. Dava zamanı müxtəlif bıçaq xəsarətləri alan İlkin […]

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb

Azad olunan ərazilərdə xeyli silah-sursat tapılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, həyata keçirilən tədbirlərlə 31 avqust – 6 sentyabr tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 11 avtomat silahı, 1 pulemyot, 4 tapança, 6 tüfəng, 11 qumbara, 1 qumbaraatan, 3 alışdırıcı, 4 süngü-bıçaq, 200 patron darağı, 9786 ədəd […]

İsrailin milli təhlükəsizlik nazirinə çimərlikdə hücum – Saxlanılan var

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvir Təl-Əvivdə hücuma məruz qalıb. Bu barədə TASS məlumat yayıb. Nazir ailəsi ilə birgə çimərlikdə olarkən 27 yaşlı qadın siyasətçinin yanına qaçaraq ona qum atıb. Məlumata görə, şübhəli hadisə yerindən dənizə qaçmağa çalışsa da, polis onu saxlayıb. Qadın Təl-Əvivin mərkəzindəki polis bölməsinə aparılıb. O, dövlət qulluqçusuna hücum etməkdə şübhəli […]

AMEA-nın binasında ölüm

Azərbaycan Milli Elmlər Akademiyasının inzibati binasında ölüm hadisəsi baş verib. Sentyabrın 5-i saat 12 radələrində H.Cavid prospekti 23-də yerləşən binada akademiyanın əməkdaşı 1964-cü il təvəllüdlü Nəsir Köçəri oğlu Nəsirov dünyasını dəyişib. Bildirilib ki, N.Nəsirov qurumun təsərrüfat şöbəsində bağban kimi çalışırmış. Onun infarktdan öldüyü qeyd edilib. Faktla bağlı araşdırmalar aparılır.(Qafqazinfo”)

Gömrük Komitəsinin daha bir vəzifəli şəxsi həbs olundu

Aksizsiz malları və dərman vasitələrini qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməkdə təqsirləndirilən şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postunun böyük inspektoru Nəsibov Tural Yurik oğlu və digərlərinin qanunsuz əməlləri ilə bağlı həmin qurumdan Baş prokuror yanında Korrupsiyaya qarşı […]

Hərbçimiz odlu silahla özünü öldürüb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Abbasov Vəli Asəf oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olub. Faktla bağlı cinayət işi başlanıb. Daxil olmuş məlumat əsasında Şəmkir hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış […]

İsmayıllıda saxlanılan məmur polkovnik-leytenant imiş – FOTO

Xəbər verdiyimiz kimi, İsmayıllı rayonunda vəzifəli şəxslərə qarşı əməliyyat keçirilib. Baş Prokuror yanında Korrupsiya İdarəsinə rayonun bir sıra vəzifəli şəxslərinin qanun pozuntularına yol verməsi barədə məlumat daxil olub. Keçirilən əməliyyat nəticəsində Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlişir Süleymanov saxlanılıb.  Aktualtv.az-ın məlumatına görə, saxlanılan məmur İsmayıllı rayonunun Qoşakənd kəndinin sakinidir. O, 15 mart […]