Türkiyə kəşfiyyatı İŞİD liderini məhv etdi – Özəl

“Türkiyə kəşfiyyatı Suriyada İŞİD liderini məhv edib”. Aktualtv.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. “Türkiyə kəşfiyyatı uzun müddət idi İŞİD-in qondarma lideri Əbu Hüseyn əl-Qureyşini izləyirdi. Bu şəxs dünən MİT-in (Milli İstihbarat Təşkilatı) Suriyada keçirdiyi əməliyyatla zərərsizləşdirilib”, – Türkiyə lideri deyib. “Güclü Türkiyə vətəndaşları üçün qürur mənbəyidir. Terrorçular artıq başlarını […]

SEPAH-ın mərkəzində partlayış – Ölən və yaralananlar var – Özəl

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Damğan şəhəri yaxınlığındakı hazırlıq və dəstək mərkəzində partlayış olub. Aktualtv.az xəbər verir ki, bu barədə SEPAH-ın Damğan Korpusu məlumat yayıb. Məlumatda bu gün axşam saatlarında SEPAH-ın Damğan şəhərindən kənarda yerləşən korpuslarından birində silah anbarında partlayış baş verdiyi bildirilir. Əl-Ərəbiyyə kanalı partlayışda 2 nəfərin öldüyü və çox sayda yaralının olduğu barədə […]

Ərdoğandan yeni ŞAD XƏBƏR – Özəl

Türkiyənin Cudi və Qabar dağlarında neft yataqları kəşf edilib. Aktualtv.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konyada çıxışı zamanı bildirib. O qeyd edib ki, həmin yataqlardan sutkada 100 min barel neft hasil ediləcək. Murad Həsənov / aktualtv.az

Sərnişin təyyarəsi qəzaya uğradı – Ölənlər var – Özəl

ABŞ-nin Kaliforniya ştatı yaxınlığındakı “Big Bear City” hava limanı yaxınlığında tək mühərrikli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində üç nəfər ölüb. Aktualtv.az xəbər verir ki, bu barədə yerli ABC7 telekanalı məlumat yayıb. Təyyarə yerli vaxtla saat 14:00 radələrində qəzaya uğrayıb. Təyyarədə üç nəfər olub, onlar ölüb. Digər təfərrüatlar hələlik verilməyib. Murad Həsənov / aktualtv.az

Ukraynada hərbi vəziyyət rejimi uzadıldı – Özəl

Ukraynada hərbi vəziyyət rejimi və ümumi səfərbərlik müddəti daha 3 ay, avqustun 18-dək uzadılıb. Aktualtv.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Ali Radası qərar qəbul edib. Qanunverici orqanın 324 deputatı “Ukraynada hərbi vəziyyətin müddətinin uzadılması haqqında” qanun layihəsinin lehinə səs verib. 333 deputat isə ümumi səfərbərliyin müddətinin uzadılmasını dəstəkləyib. Qeyd edək ki, Ukraynada […]

Rusiya ilə sərhəddə ABŞ bazaları yaradılır– Özəl

Finlandiya Birləşmiş Ştatlarla ölkə ərazisində Amerika hərbi bazalarının yerləşdirilməsinə imkan verəcək saziş hazırlayır. Aktualtv.az xəbər verir ki, müqavilə ABŞ ordusuna Finlandiya ərazisindən və bazalarından təlim üçün istifadə etməyə imkan verəcək. Finlandiya prezidenti Sauli Niiniste bu cür razılaşmaları ölkənin təhlükəsizliyinin yaxşılaşdırılması ilə izah edib. Murad Həsənov / aktualtv.az

Baxmut uğrunda döyüşdə SON DURUM – Özəl

Ukrayna Rusiya ordusunun Baxmutda döyüş qabiliyyətinə malik bölmələrini məhv edib. Aktualtv.az xəbər verir ki, bu barədə Ukraynanın Quru Qoşunlarının komandanı general-polkovnik Aleksandr Sırski rəsmi Telegram kanalında yayımladığı videoda bəhs edib. Sırskinin sözlərinə görə, Rusiya qüvvələri Baxmutdakı bəzi mövqelərdən sıxışdırılaraq çıxarılıb. Rusiyanın Vaqner qrupu isə, 86 döyüşçü itirsələr də tədricən irəlilədiklərini bildirib. Murad Həsənov / aktualtv.az

ABŞ atəşkəsin əldə edilməsinin tərəfdarıdır – Özəl

Sudanda böhran başlayandan bəri ABŞ hökuməti bu bölgədən vətəndaşların təhlükəsiz ərazilərə təxliyyəsi üçün yardımlar təşkil edib. Aktualtv.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, böhranın qarşısını almaq üçün Sudan rəsmiləri Səudiyyə Ərəbistanında keçirilən danışıqlara nümayəndələr göndərəcəklər. Danışıqlar ilk növbədə “sabit və etibarlı” atəşkəsin […]

İranda hicabla bağlı yeni qanun layihəsi – Özəl

“İranda iffət mədəniyyətinin və hicabın dəstəklənməsi ilə bağlı yeni qanun layihəsi hökumətə təqdim edilib”. Aktualtv.az xəbər verir ki, bunu İran ədliyyə sisteminin başçısı Qulamhüseyn Möhsüni-Ejei bildirib. Onun sözlərinə görə, digər qurumların rəhbərlərinin rəyləri də toplanaraq hökumətə göndərilib. Qulamhüseyn qanun layihəsinin hökumət və parlamentdə razılaşdırılmasından sonra təsdiqlənəcəyinə ümid etdiyini vurğulayıb. Səbinə Kərimova / aktualtv.az

Rusiya Polşaya NOTA verdi – Özəl

Rusiya Polşaya etiraz notası verib. Aktualtv.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, buna səbəb Polşanın paytaxtı Varşavada rus dilində tədris verən məktəbə hücum cəhdidir. Səbinə Kərimova / aktualtv.az