Şəhid atası meşədə itkin düşdü

Daşkəsəndə meşəyə bitki toplamağa gedən şəxs itkin düşüb.Hadisə rayonun Bayan kəndinin yaxınlığına yerləşən meşəlik ərazidə qeydə alınıb. Belə ki, Kəlbəcər rayon sakini 1952-ci il təvəllüdlü K.Abdullayev ötən gün axşam saatlarında meşəlik ərazidə bitki toplamağa gedən zaman itkin düşüb. Məlumata görə, o sonuncu dəfə qızı ilə əlaqə saxlayıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional […]

Gədəbəydə 45 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb

Gədəbəy rayonunda qadının dəm qazından zəhərlənərək həyatını itirdiyi bildirilir. APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. 1980-ci il təvəllüdlü Y.M. yaşadığı evin vanna otağında ölü halda tapılıb. İlkin ehtimallara əsasən, qadının dəm qazından boğularaq öldüyü bildirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Şamaxıda məktəbliləri daşıyan avtobus aşdı – Xəsarət alanlar var

Şamaxıda mikroavtobus qəzaya uğrayıb.Hadisə ötən gün axşam saatlarında rayonun Hacıqədirli kəndi ərazisində baş verib. Belə ki, “Mercedes” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsindəki sərnişinlərdən 5-i oğlan, 2-si isə qız olmaqla 7 nəfər xəstəxanaya müraciət edib.  Həmin şəxslərin ikisində sınıq, digərlərində isə yüngül sıyrıq xəsarətləri qeydə alınıb.  Qeyd edək ki, xəsarət alan şəxslər Ağsu […]

Kürdəxanıda obyekt yanır

Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində obyekt yanır. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.  Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. 

Saxta kredit elanı verərək kartları talayan şəxs tutuldu

Sosial şəbəkədə saxta kredit elanı verərək bank kartlarını talayan şəxs saxlanılıb. Abşeron rayonunda bir nəfərin bank kartından oğurluq edilib. Belə ki, rayon sakini sosial şəbəkələrdə kredit vəd edən səhifələrin birinə müraciət ünvanlayaraq həmin səhifəyə bank kartı məlumatlarını göndərib. Həmin səhifə idarəçisi tərəfindən zərərçəkənin kartındakı 990 manat maddi vəsaiti talanıb. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri […]

Şəkidə ağır qəza nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb

Şəkidə ağır yol qəzası baş verib; ata ölüb, azyaşlı övladı isə ağır xəsarət alıb. Hadisə gecə saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən hissəsində baş verib. Belə ki, 1981-ci il təvəllüdlü Şəki şəhər sakini Təvəkkül İslam oğlu Şirəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itməsi səbəbindən maşını yolun kənarındakı ağaca […]

Tərtərdə ailə faciəsi – ata, ana və 2 övladı dəm qazından ÖLDÜLƏR

Tərtərdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib. Rayonun Kəlbəcərdən olan keçmiş məcburi köçkünlər üçün salınmış Sarov qəsəbəsində yaşayan Tağızadələr ailəsinin 4 üzvü vəfat edib. Qəsəbədə yaşayan əslən Kəlbəcər rayonundan olan Tağızadə Rüfət Mais oğlu, onun həyat yoldaşı Tağıyeva Əfsanə Fəqan qızı, onların övladları Tağızadə Ümid Rüfət oğlu və Tağızadə Sürəyya Rüfət qızı yaşadıqları evdə […]

Bakıda toyda 51 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqda araşdırma başlayıb

Bakıda şadlıq evində 50-dən çox şəxsin zəhərlənməsi faktı ilə bağlı araşdırmalara başlanılıb. Xətai rayonu “Venesiya” şadlıq evindəki kütləvi zəhərlənmə ilə bağlı Xətai rayon Prokurorluğunda araşdırmalara başlanılıb, müvafiq ekspertizalar təyin olunub. Qeyd edək ki, hadisə aprelin 18-də qeydə alınıb. Toy məclisi zamanı kütləvi zəhərlənmə olub. Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi […]

DTX terrorçuluqda şübhəli bilinən şəxsi saxlayaraq Azərbaycana gətirib

Bakı şəhər Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə saxlanılmış Nəcimov Ruslan Rafiq oğlu barəsində müstəntiqin vəsatəti və prokurorun təqdimatı əsasında həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Müəyyən edilib ki, sabit silahlı qrup tərkibində terrorçuluqla bağlı cinayət əməllərinin törədilməsində şübhəli bilinən, 1987-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Nəcimov […]