Rusiya Ermənistandan bu sahədə istifadə edir – Özəl

Rusiya Ermənistan vasitəsi ilə Qərbdən silahlar üçün mikrosxemlər alır. Aktualtv.az xəbər verir ki, “Nyu York Tayms” qəzeti Rusiyanın Ermənistan vasitəsilə Qərbdən silahlar üçün mikrosxemlər aldığını yazıb. Qəzetin yaydığı məlumata görə, Rusiya silah istehsalı üçün zəruri olan çipləri və digər elektron hissələri digər ölkələr, o cümlədən Ermənistan vasitəsilə alaraq Qərbin sanksiyalarından yayınır. Büllur Məmmədova / aktualtv.az

Bakıda qadının evinə basqın edildi

Bakıda naməlum şəxs evə basqın edib. Hadisə paytaxtın Nərimanov rayonunda baş verib. Məmmədova Səliqə Əli qızı DİN-nin “102” xidmətinə məlumat verərək, həmin gün saat 01 radələrində naməlum şəxsin onun Bakı şəhəri, Nəsimi rayonu, İlqar ismayılov küçəsində kirayə yaşadığı mənzilə daxil olaraq qışqırmaması üçün ağzını tutub, 100 (yüz) manat pulunu və təqaüd kartını götürərək getməsini bildirib. […]

Nyu-Yorkda Çinin gizli polis idarəsi… – İNANILMAZ HADİSƏ – Özəl

ABŞ səlahiyyətliləri Nyu-Yorkda gizli Çin polis idarəsi tapıblar. Aktualtv.az xəbər verir ki, bunu ABŞ Ədliyyə Nazirliyinin sözçüsü bildirib. Onun sözlərinə görə, idarə 2022-ci ilin fevral ayından fəaliyyət göstərir. Onun iki əməkdaşı həbs edilib. Onlar qanunsuz olaraq Çin sənədlərini təqdim etməkdə, müxtəlif “dövlət xidmətləri” göstərməkdə, həmçinin dissidentləri təqib etməkdə şübhəli bilinirlər. “Şübhəlilər Çin hökumətinin milli polisi […]

Baydendən Ukrayna ilə bağlı açıqlama TƏLƏB EDİLDİ – Özəl

ABŞ-də respublikaçı konqresmen Mett Qets ölkə Prezidenti Co Baydenə tələblə bağlı qətnamə təqdim edib. Aktualtv.az Gazeta.ru-ya istinadən xəbər verir ki, qətnaməyə Ukrayna tərəfinə planlaşdırılan yardımın təfərrüatının açıqlanması və Pentaqondan ABŞ ordusunun bu ölkədə olmasının detallarını qanunvericilərlə bölüşmək tələbi daxildir. Qətnamədə, həmçinin Pentaqonun rəhbəri Lloyd Ostinə konqresin icazəsi olmadan Ukrayna ərazisinə yerləşdirilən hərbçilərin, o cümlədən xüsusi […]

Ermənilər hərbçilərinin qalıqlarına sahib çıxmırlar – Özəl

“Ermənistan tərəfi 44 günlük II Qarabağ müharibəsində həlak olan hərbçilərinin bir qisminin qalıqlarını hələ də dəfn etməyib”. Aktualtv.az xəbər verir ki, bunu jurnalistlərə ölkənin səhiyyə naziri Anait Avanesyan deyib. “44 günlük müharibədə həlak olan hərbçilərin bir qisminin qalıqları hələ də basdırılmayıb. Təəssüf ki, ölənlərin yaxınları DNT nəticələrini tanımaq istəmirlər, halbuki qalıqların kimə məxsus olduğuna dair […]

“Müharibədə Rusiyaya kömək edənlər əvəzini ağır ödəyəcəklər” – Özəl

“Ukraynaya qarşı müharibədə Rusiyaya kömək edənlər bunun əvəzini ağır ödəyəcəklər”. G7 xarici işlər nazirləri bununla bağlı xəbərdarlıq ediblər. Aktualtv.az xəbər verir ki, bu barədə Yaponiyanın Karuidzava şəhərində keçirilən görüşün yekunlarında deyilir. İki gün davam edən danışıqlardan sonra dünyanın yeddi ölkəsindən olan diplomatlar bəyan ediblər ki, Rusiyaya sanksiyalardan yayınmağa kömək edənlər və silah dəstəyi göstərənlər bunun […]

İsraildən ÇAĞIRIŞ – “İRANI DAYANDIRIN” – Özəl

İsrailin xarici işlər naziri İranın atom bombası əldə etməyə çalışdığını bildirərək Çindən Tehranı dayandırmasını istəyib. Aktualtv.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Kohen deyib: “İran qeyri-sabitlik mənbəyidir və onun regional fəaliyyətləri bütün Yaxın Şərqə zərər verir”. Xatırladaq ki, Çin İsraillə Fələstin qarşıdurmasının tənzimlənməsində vasitəçi rolu oynamaq istədiyini bəyan edib. Murad Həsənov / […]

Polşa Rusiya ilə sərhədə elektron sədd çəkir – Özəl

Polşa Rusiyanın Kalininqrad vilayəti ilə sərhədində elektron hasarın tikintisinə başlayıb. Aktualtv.az xəbər verir ki, bu barədə Polşa Daxili İşlər Nazirliyinin rəhbəri Mariuş Kaminski məlumat verib. “Bu gün Polşa-Rusiya sərhədində elektron hasarın tikintisi ilə bağlı torpaq işlərinə başlanılıb”-deyə, nazir bildirib. Kaminskinin sözlərinə görə, “bu, indiyə qədər görünməmiş ən müasir hasar olacaq”. Çünki ona “çoxlu gecə-gündüz görmə […]

Çin İran və Şimali Koreya nüvə arsenalını sürətlə gücləndirir – Özəl

“Qlobal təhlükəsizlik təhdidlərlə də üzləşir, Çin öz imkanları barədə heç bir şəffaflıq təmin etmədən nüvə arsenalını sürətlə gücləndirir, İran və Şimali Koreya açıq şəkildə nüvə proqramlarını inkişaf etdirir”. Aktualtv.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Silahlara Nəzarət, Silahsızlanma və Kütləvi Qırğın Silahlarının Yayılmaması üzrə 18-ci NATO Konfransında çıxışı zamanı deyib. O bildirib […]

Paşinyan dövlətə xəyanətə görə dindirilib – Özəl

Ermənistanın Baş naziri Nikol Paşinyan dövlətə xəyanət faktları ilə bağlı dindirilib. Aktualtv.az xəbər verir ki, bu barədə Paşinyan parlamentdə hökumətin 2022-ci il üçün proqramının icrası ilə bağlı hesabatın müzakirəsi zamanı çıxışında bildirib. “Bəli, məni hərtərəfli şəkildə dindiriblər və nə qədər lazımdırsa, məni də o qədər dindirəcəklər”, – Paşinyan təsdiqləyib. O həmçinin müxalifət deputatlarını 44 günlük […]