Dövlətlər buna reaksiya verməlidirlər – İlin ilk 3 ayında 441 ölü – Özəl

2023-cü ilin ilk üç ayında 441 miqrant Aralıq dənizi sularında həlak olub. Aktualtv.az xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb. Təşkilat qeyd edir ki, bu, 2017-ci ildən bəri miqrantlar arasında ən yüksək ölüm sayıdır. Təşkilatın baş direktoru Antonio Vitorino bildirib ki, son doqquz il ərzində Aralıq dənizi sularında həlak olan miqrantların sayı […]

Bakıda ər arvadını gözəllik salonunda ÖLDÜRDÜ

Bakıda gözəllik salonunda qadın qətlə yetirilib. Bu barədə DİN mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu gün saat 12:40 radələrində paytaxtın Binəqədi rayonu Rəsulzadə qəsəbəsində gözəllik salonlarından birində 1986-cı il təvəllüdlü Aygün Qərib qızı Yusifovanın kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Qeyd edilib ki, cinayət əməlini şəxsi münasibətlər zəminində törətməkdə şübhəli bilinən […]

ABŞ Ermənistana xəbərdarlıq etdi – Özəl

ABŞ Maliyyə Nazirliyi Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyalarla bağlı Ermənistan tərəfinə xəbərdarlıq edib. Aktualtv.az xəbər verir ki, söhbət Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan yan keçmək cəhdindən gedir. Belə ki, ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanata əsasən, Amerikanın maliyyə nazirinin birinci müavini Adevale Adeyemo Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan ilə görüşüb. Onlar Ermənistandakı son iqtisadi […]

Çin döyüş hazırlığını gücləndirir – Bu əraziyə qoşun göndərə bilər – Özəl

Çin Xalq Respublikasının sədri Si Cinpin real döyüş əməliyyatlarına hazırlığın gücləndirilməsinin vacibliyini ölkə ordusunun diqqətinə çatdırıb. Aktualtv.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb. Televiziyadan o da bildirilib ki, ABŞ kəşfiyyatının hesablamalarına görə, Çin 2027-ci ildə Tayvanı işğal edə bilər. Həmçinin o da əlavə olunub ki, ABŞ-nin nüfuzlu konqresmenləri Tayvana qoşun […]

ABŞ-dən Ermənistana SANKSİYA – Özəl

ABŞ Ticarət Departamenti Ermənistan da daxil olmaqla 10 ölkədən 28 firmanın ixracına məhdudiyyətlər qoyub. Aktualtv.az xəbər verir ki, bu barədə Departamentin son pres-relizində bildirilib. Sənəddə göstərilir ki, sözügedən şirkətlər Rusiya Silahlı Qüvvələrinə və hərbi-sənaye kompleksinə ABŞ sanksiyalarından yan keçməyə şərait yaradıb. Səbinə Kərimova / aktualtv.az

Pentaqon bilərək yalan məlumat yayır? – AÇIQLAMA – Özəl

Pentaqonun məxfi sənədlərinin sızdırılması feyk ola bilər. Aktualtv.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. Onun sözlərinə görə, ABŞ-də sənədlərin sızması saxta, məqsədli şəkildə ortalığa atılmış ola bilər. “Moskvanın Pentaqonun sənədlərinin sızması məsələsində mövqeyi yoxdur, lakin bunun Rusiyanı çaşdırmaq üçün ortalığa atılması da istisna edilmir”-deyə, Rusiya Xarici işlər nazirinin müavini […]

Sərhəddəki vəziyyət yoxlanılır – Aİ sorğu göndərib – Özəl

Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı mövcud məlumatlar Avropa Xarici Fəaliyyət Xidmətində yoxlanılır. Aktualtv.az xəbər verir ki, bunu Avropa Parlamentində Ermənistan üzrə daimi məruzəçisi Andrey Kovaçev deyib. O bildirib ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Borrellin ofisində Avropa Xarici Fəaliyyət Xidmətinə sorğu göndərilib. Fevral ayından orada yerləşən diplomatik missiya ilə maraqlanılıb. Kovaçev əlavə […]

ABŞ vətəndaşlarına çağırış etdi – Bu ölkəyə ayaq basmayın – Özəl

Birləşmiş Ştatlar insanları Rusiyaya ayaq basmaqdan belə çəkinməyə çağırıb. Aktualtv.az xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət Katibi Entoni Blinken amerikalı jurnalist Evan Qerşkoviçin Rusiyada saxlanmasına münasibət bildirərkən danışıb. O, Moskvanın Vaşinqtonla imzaladığı konsulluq konvensiyasını pozduğunu bildirib. Qeyd edək ki, Qerşkoviçi Rusiyanın müdafiə şirkəti haqqında dövlət sirri olan məlumatları toplamaqda ittiham olunur. Rusiyanın təhlükəsizlik xidməti […]

UKRAYNANIN KÖMƏYƏ EHTİYACI VAR – Özəl

Hazırda döyüşlərin əvvəlkindən daha az intensiv olmasına baxmayaraq, ölkənin hələ də köməyə ehtiyacı var. Aktualtv.az xəbər verir ki, bu sözləri Ukraynanın prezidenti Volodimir Zelenski bildirib. O, keçən illə müqayisədə bir çox yerlərdə sakitlik olduğunu deyib. Ukrayna prezidenti bu prosesin müharibənin şiddətinin azaldığı anlamına gəlmədiyini qeyd edib. Murad Həsənov / aktualtv.az

Rusiya Çinin müstəmləkəsi olacaq – Özəl

Rusiya Çinin iqtisadi müstəmləkəsi ola bilər. Aktualtv.az xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Hyustondakı Rays Universitetində keçirilən tədbirdə danışıb. Qeyd edək ki, Ukrayna müharibəsindən sonra Qərbdən təcrid olunması və sanksiyaların tətbiqi Rusiyaya iqtisadi çətinliklər yaradıb. Bu da Rusiyanın əsas ticarət əlaqələrini Çinə yönəltməsinə səbəb olub. Murad Həsənov / […]