Hərbi helikopter qəzaya uğradı – Hərbçilərdən xəbər yoxdur – Özəl
Yaponiyada UH-60JA Black Hawk helikopteri havaya qalxdıqdan bir saat sonra radardan itib. Tezliklə Miyako adasının yaxınlığında dənizdə helikopterin qalıqları müşahidə olunub. Aktualtv.az xəbər verir ki, “Associated Press“in verdiyi məlumata görə, helikopterin göyərtəsində diviziya komandiri də daxil olmaqla 10 hərbçi olub, onların taleyi məlum deyil. Yaponiya Sahil Mühafizəsinin gəmiləri axtarışa çıxıb. Səbinə Kərimova / aktualtv.az
PKK-nın komandirlərindən biri məhv edilib – Özəl
Türkiyənin Hakkari vilayətinin Alandüz bölgəsi terrordan təmizlənib. Aktualtv.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib. O, PKK-nın sözdə komandirinin gizləndiyi mağarada zərərsizləşdirildiyini vurğulayıb. Etibar Məmmədov / aktualtv.az
Belarus sərhədə hərbi texnika yığır – Döyüş hazırlığı? – Özəl
Aprelin 6-na keçən gecə Belarus Litva ilə sərhədə hərbi texnika yerləşdirib. 20 texnikadan ibarət eşelon Litva sərhədindən 9 kilometr aralıda yerləşən Qudoqay stansiyasına gəlib. Aktualtv.az xəbər verir ki, , eşelona ən azı 10-15 ədəd T-72B/B3 tankı, zirehli transportyor, piyadaların döyüş maşınları və MT-LB daxildir. Qeyd olunur ki, Belarus Silahlı Qüvvələrinin Minskin Uruçça rayonuna dislokasiya olunan […]
“Çin kibertəhlükəsizliyə təhdiddir” – Özəl
Çin kiberməkanda ABŞ üçün bir nömrəli təhlükədir. Aktualtv.az xəbər verir ki, bu barədə cümə axşamı Amerika Birləşmiş Ştatlarının Daxili Təhlükəsizlik Departamentinin tərkibində fəaliyyət göstərən infrastruktur və kibertəhlükəsizlik agentliyinin rəhbəri Jan İsterli bildirib. “Mən Rusiyanı qasırğa, Çini isə iqlim dəyişikliyi kimi düşünürəm. Bu, bildiyimiz kimi, bizim öhdəsindən gəlməli olduğumuz əsas təhlükədir”, – o, Vaşinqtonda Atlantika Şurasında […]
Silahlı hücum nəticəsində 2 israil vətəndaşı öldürülüb – Özəl
İordan çayının qərb sahilinin şimalındakı Hamra qəsəbəsi yaxınlığında baş verən atışmada 2 İsrail vətəndaşı həlak olub. Aktualtv.az “Times of Israel”ə istinadən xəbər verir ki, təcili yardımın və yerli rəsmilərin məlumatına görə, hücuma məruz qalan üç nəfərdən ikisi hadisə yerində ölüb, bir nəfər isə ağır yaralanıb. Bildirilib ki, həlak olanlar 20 yaşlarında, yaralanan isə 40 yaşlarında […]
Ukrayna Krımın statusu ilə bağlı danışıqlarda əsas şərtlərini açıqladı – Özəl
“Danışıqlara başlamaq üçün Ukrayna Silahlı Qüvvələri yarımadanın sərhədlərinə çatmalıdırlar. Bununla belə Krımın hərbi yolla azad edilməsi variantı da istisna edilmir”. Aktualtv.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbər müavini Andrey Sibiqa “Financial Times” qəzetinə şərhində bildirib.“Əgər biz döyüş meydanında strateji məqsədlərimizə nail ola bilsək və Krımla inzibati sərhədə çata bilsək, bu məsələnin müzakirəsi […]
Makron Si Cinpinə qarşı səhvə yol verdi – Özəl
Fransa Prezidenti Emmanuel Makron Çin Prezidenti Si Cinpinlə birgə mətbuat konfransı zamanı diplomatik səhvə yol verib. Aktualtv.az lenta.ru-ya istinadən xəbər verir ki, fransız siyasətçi mətbuat qarşısında çıxış edərkən Çin liderindən iki dəfə çox danışıb. Bu zaman Si Cinpinin səbirsiz və əsəbi olduğu müşahidə edilib. O, bir neçə dəfə dərin nəfəs alıb və Makronun ona birbaşa […]
Livandan atılan raketlər vəziyyəti gərginləşdirib – Özəl
Livandan atılan raketlər vəziyyəti daha da gərginləşdirib. Aktualtv.az xəbər verir ki, bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu təhlükəsizlik kabinetinin iclasında danışıb. Onun sözlərinə görə, Livanın endirdiyi raket zərbələri nəticəsində iki nəfər yaralanıb və insanlar sığınacaqlara yerləşməyə məcbur qalıblar. Netanyahu israillilərin siyasi fikir ayrılıqlarının olmasına baxmayaraq, xarici təhdidlərə qarşı birlik olduqlarını vurğulayıb. Səbinə Kərimova / […]
Fransada etirazçılarla polis arasında toqquşma yaşanıb – Özəl
Fransada pensiya islahatı əleyhinə etiraz nümayişləri və tətillər davam edir. Həmkarlar İttifaqları Konstitusiya Şurasının qərarından sonra yenidən davamlı nümayiş və tətillərə çağırış olunub. Aktualtv.az xəbər verir ki, həmkarlar ittifaqlarının məlumatına görə, 11-ci etiraz aksiyalarında iki milyon fransız iştirak edib. Təkcə Parisdə etirazçıların sayı 400 min nəfər olub. Parisdə Prezident Emmanuel Makronun daim getdiyi restoranının yaxınlığında […]
Bakıda DƏHŞƏT: 2 yaşlı uşağın əli ətçəkən maşında qaldı
Bakıda dəhşətli hadisə baş verib. “Unikal”ın əldə etdiyi məlumata görə, 2021-ci il təvəllüdlü Qarayev Ümid Sahil oğlunun əli ətçəkən maşında qalıb. Sağ əlin natamam amputasiyası və əzilmiş-cırılmış yaraları diaqnozu ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib. Onun əməliyyat olunacağı bildirilir.