Goranboyda polis faciəvi şəkildə öldü
oranboy rayonunda polis yol qəzasında dünyasını dəyişib. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Aktualtv.az-a bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Zeyvə kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub. Dərhal Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Rəşad Məhərrəmov idarə […]
“Rusiya törətdiyi cinayətlərə görə cavab verəcək” – Özəl
Rusiya Ukraynada törətdiyi hərbi cinayətlərə görə qanun qarşısında cavab verməlidir. Aktualtv.az xəbər verir ki, bu sözləri Polşanın prezidenti Andjey Duda Ukrayna prezidenti Volodimir Zelenski ilə Varşavadakı görüşü zamanı dilə gətirib. Duda onu da vurğulayıb ki, Ukrayna dərhal ehtiyacı olan dəstəyi almalıdır. Prezident Polşanın Ukraynaya göndərdiyi hərbi dəstəkdən də danışıb. Murad Həsənov / aktualtv.az
Sülh olmayacaq – Rusiyanın yeganə yolu müharibədir – Özəl
“Ukraynada müharibənin sülh yolu ilə həlli perspektivi yoxdur. Rusiyanın yeganə yolu döyüşləri davam etdirməkdir”. Aktualtv.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. O, həmçinin Çinin vasitəçilik potensialının mövcud olduğunu, lakin Ukrayna məsələsində vəziyyətin hələ də mürəkkəb olaraq qaldığını söyləyib. Peskov bildirib ki, NATO Rusiya sərhədlərinə doğru genişlənir: “Biz qitədə təhlükəsizlik arxitekturasının balanslaşdırılması […]
Aprel ayında gözlənilməz dolu yağışı – Özəl
Türkiyənin İzmir şəhərində dolu yağıb. Aktualtv.az xəbər verir ki, təbiət hadisəsi şəhərin bir neçə istiqamətində intensiv olub. Dolu yağması nəticəsində dəymiş ziyanla bağlı hələ ki, məlumat verilməyib. Murad Həsənov / aktualtv.az
İranda edam olunanların sayı kəskin artıb – Özəl
İranda son 2,5 ayda 138 nəfər barəsində çıxarılan edam hökmü icra olunub. Aktualtv.az xəbər verir ki, bu barədə İranın İnsan Hüquqları Təşkilatı məlumat yayıb. Bildirilib ki, bu, son illərin ən böyük göstəricisidir. Məlumata görə, onların 88-i narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün barələrində ölüm hökmü çıxarılıb. Vurğulanıb ki, martın 10-dan 24-dək İran həbsxanalarında […]
“Növbəti qurban Finlandiyadır” – Özəl
“NATO-nun hərəkətləri və bəyanatları onu göstərir ki, təhlükəsizlik və alyans bir araya sığmayan amillərdir. Artıq alyansın təqaüdə çıxmaq vaxtıdır”. Aktualtv.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. O bildirib ki, bütün Avropa təhlükəsizlik sisteminə qəsb etmək istəyən NATO yenidən Rusiyaya doğru genişlənir. Finlandiya isə Şimali Atlantika Alyansının növbəti qurbanıdır. Murad […]
İran və Səudiyyə Ərəbistanı arasında qarşılıqlı razılıq – Özəl
İran və Səudiyyə Ərəbistanı qarşılıqlı olaraq səfirlik açmaq niyyətlərini təsdiqləyiblər. Aktualtv.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və həmkarı Əmir Feysəl bin Fərhan Əl Səud birgə bəyanat veriblər. XİN başçıları iki ölkə arasında uçuşların bərpa olunacağını da açıqlayıblar. Səudiyyə Ərəbistanının xarici işlər naziri iranlı həmkarını Ər-Riyadda danışıqlar aparmağa dəvət […]
Rusiya ordusunda yeni istefalar – Qarabağdakı sülhməramlıların sabiq komandanı… – Özəl
Böyük Britaniya kəşfiyyatı Ukraynadakı uğursuz əməliyyatlara görə Rusiya ordusunda yeni istefaların olacağını proqnozlaşdırır. Aktualtv.az xəbər verir ki, məlumatda Rusiya Müdafiə Nazirliyinin Qarabağdakı Rusiya sülhməramlı kontingentinin sabiq komandanı general-polkovnik Rüstəm Muradovun da cəbhədəki uğursuzluqlara görə vəzifəsindən azad etdiyi güman edilir. Britaniya kəşfiyyatı Rusiyanın hələ də Donetsk bölgəsində öz məqsədlərinə nail ola bilməyəcəyi üçün belə halların daha […]
Rus xüsusi təyinatlılar Ermənistanda – Özəl
Rusiyanın Cənub Hərbi Dairəsinin Ermənistandakı hərbi bazasının xüsusi təyinatlı bölmələri Alagöz yüksək dağlıq poliqonunda təlimlərə başlayıblar. Aktualtv.az xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsindən məlumat verilib. Təlimdə xüsusi təyinatlılar “düşmən”in diversiya-kəşfiyyat qrupunun cəmləşdiyi yerləri müəyyən etmək üçün naməlum ərazidə kəşfiyyat aparıblar. Səbinə Kərimova / aktualtv.az
Rusiyanın ABŞ-dəki səfiri Dövlət Departamentinə çağırıldı – Özəl
Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov Dövlət Departamentinə çağırılıb və “The Wall Street” qəzetinin müxbirinin həbsi ilə əlaqədar ona etiraz bildirilib. Aktualtv.az xəbər verir ki, səfir Anatoli Antonovun nəzərinə çatdırılıb ki, müxbir Rusiyanın hərbi sənaye kompleksi barədə məxfi məlumatlar toplayaraq ABŞ-nin xüsusi xidmət orqanlarına ötürürmüş. ABŞ Dövlət Departamentinin siyasi məsələlər üzrə müşaviri Viktoriya Nuland isə səfirə […]