İsrail İranı Suriyadan qovacaq – Özəl
İsrail tərəfi İranın öz sərhədlərində mövqelərinin möhkəmlənməsinə imkan verməyəcək və lazım bildiyi zaman İslam Respublikası qüvvələrini Suriyadan geri atacaq. Aktualtv.az “TASS”a istinadən xəbər verir ki, bunu bazar günü müdafiə naziri Yoav Qalant İordan çayının qərb sahilində İsrail Müdafiə Qüvvələrinin briqadalarından birinin yerləşdiyi əraziyə baş çəkərkən deyib. “İranlıların və “Hizbullah”ın bizə zərər vurmasına icazə verməyəcəyik. Biz […]
Bayden silah satışını qadağan etmək istəyir – Özəl
ABŞ prezidenti Co Baydenin administrasiyası ölkə vətəndaşlarına hücum silahlarının satışını qadağan etmək niyyətindədir. Aktualtv.az xəbər verir ki, bu barədə dövlət başçısı “Twitter” səhifəsində yazıb. Bayden xatırladıb ki, o, silahların qeyri-qanuni dövriyyəsinin qarşısını almaq və onları satanları məsuliyyətə cəlb etmək üçün addımlar atıb. “Bu irəliləyişi davam etdirməyin vaxtıdır. Hücum silahlarını qadağan etməyin vaxtıdır”, – Bayden yazıb. […]
“Dünya bu dəhşətə son qoymaq üçün əlindən gələni etməlidir” – Özəl
Çin Ukrayna ilə Rusiya arasında vasitəçi olsa belə dünya Rusiyanın Ukraynaya təcavüzünü dayandırmaq üçün bütün diplomatik vasitələrdən istifadə etməlidir. Aktualtv.az xəbər verir ki, bunu Çexiyanın müdafiə naziri Yana Çernoxova deyib. Onun sözlərinə görə, NATO Ukraynada vəziyyətin gərginləşməməsi üçün hər şeyi edir. “Alyans münaqişəyə qarışmaq istəmir. Ona görə də Ukraynaya silah və humanitar yardım göstərməyi daha […]
Putin nüvə silahını Polşa ilə sərhədə yerləşdirəcək – Özəl
“Belarusdakı nüvə silahları Polşa ilə sərhəd yaxınlığında yerləşdiriləcək”. Aktualtv.az xəbər verir ki, bunu Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov deyib. Onun sözlərinə görə, iyulun 1-dək Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi üçün anbar hazırlanacaq. “O, bizim Birlik Dövlətimizin qərb sərhədlərinə köçürüləcək və təhlükəsizliyimizi təmin etmək imkanlarını artıracaq. Bu, Avropa və ABŞ-dəkı səs-küyə baxmayaraq həyata keçiriləcək” – deyə […]
Kafedə partlayış – “Bomba hədiyyə edilib” – Özəl
Sankt-Peterburqda kafedə partlayış baş verib. Bildirilir ki, tanınmış rusiyalı hərbi bloger Vladlen Tatarski həlak olub. Aktualtv.az BBC-yə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Daxili İşlər Nazirliyi təsdiqləyib. Kafedə bombanın partlaması nəticəsində azı 25 nəfər yaralanıb. Partlayışa kimin cavabdeh olduğu bəlli deyil. Vladlen Tatarski Rusiyanın Ukraynadakı müharibəsinin fəal tərəfdarı idi. Bomba işə düşən zaman […]
Fazil Mustafaya sui-qəsdə görə saxlanılanlar hazırda DTX-da dindirilir
Millət vəkili Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədər 4 nəfər saxlanılıb. Aktualtv.az Trend-ə istinadən xəbər verir ki, cinayət işi üzrə saxlanılanların hazırda Dövlət Təhlükəsizliyi Xidmətində dindirildikləri və ünvanlarda baxış aparıldığı məlum olubdur. Xatırladaq ki, 28 mart 2023-cü il tarixdə saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” […]
Rusiyanın BMT Təhlükəsizlik Şurasının sədrliyinə başlaması tənqid olundu – Özəl
Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrliyinə başlamasını tənqid edib. Aktualtv.az xəbər verir ki, bu barədə Cozep Borrell “Twitter” hesabında bildirib. “Rusiyanın bu gün BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi aprel zarafatları (1 aprel) gününə uyğundur. Rusiya, Təhlükəsizlik Şurasının daimi üzvü olmasına baxmayaraq, BMT-nin qanunvericilik […]
İrana ağır zərbə – SEPAH müşaviri öldürüldü – Özəl
Suriyada SEPAH-ın daha bir müşaviri öldürüldü. Aktualtv.az xəbər verir ki, bu barədə “Sabrin News” və “Sepah”a bağlı teleqram kanalları məlumat yayıb. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriyadakı hərbi müşaviri Meqdad Mehqani İsrailin hücumu nəticəsində öldürülüb. Meqdad Mehqani Milad Heydəri ilə birlikdə İsrail ordusunun raket zərbələrinə məruz qalmışdı. Qeyd edək ki, cümə günü İsrail Suriyanın […]
Hava şəraiti səbəbindən bağlanan yollar açılıb – Özəl
Türkiyənin Van və Bitlis vilayətində əlverişsiz hava şəraiti səbəbindən bağlanan 163 yaşayış məntəqəsindən 155-nin yolu açılıb. Aktualtv.az xəbər verir ki, bildirilib ki, qarla mübarizə qrupları Vanda yolu bağlanan 83 məhəllədə dünəndən etibarən 75 yolu açılmasına nail olub. Qarın təsirli olduğu İran sərhədində də qar səbəbiylə bağlı olan məhəllələrin yollarını açılıb. Bitlisdə də ötən gün 80 […]
Şimali Koreya ABŞ və Cənubi Koreyanı nüvə silahı ilə təhdid etdi – Özəl
Şimali Koreya ABŞ və Cənubi Koreya tərəfindən keçiriləcək bir sıra hərbi təlimlərə cavab olaraq, nüvə silahı potensialının “boş səs-küy” olmadığı barədə xəbərdarlıq edib. Aktualtv.az xəbər verir ki, bu barədə Koreya Xalq Demokratik Respublikasının Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb. “ABŞ və onun əlaltıları heç vaxt unutmamalıdırlar ki, onların düşməni həqiqətən nüvə hücumu potensialına malikdir, həmçinin Şimali […]