İsraildə etirazlar yenidən alovlanıb – Özəl
Benyamin Netanyahunun məhkəmə islahatlarına dair qanun layihəsini ən azı yay ayına qədər təxirə salmaq haqqında qərarına baxmayaraq, İsrail müxalifəti bu gecə növbəti dəfə məhkəmə islahatlarına qarşı kütləvi etiraz aksiyaları keçirib. Aktualtv.az xəbər verir ki, ən böyük nümayiş, əvvəlki həftələrdə olduğu kimi, Tel-Əviv şəhərində baş tutub. Nümayişçilər əvvəlcə şəhərin mərkəzi bulvarları boyunca böyük yürüş keçirib, hökumət […]
Pakistanın 4 əsgəri İranla sərhəddə öldürüldü – Özəl
️İranla sərhəddə Pakistanın 4 əsgəri öldürülüb. Aktualtv.az “Aljazeera”ya istinadən xəbər verir ki, bu barədə Pakistan ordusunun media orqanı ISPR məlumat yayıb. Bildirilib ki, İran tərəfdən fəaliyyət göstərən bir qrup terrorçu Pakistan təhlükəsizlik qüvvələrinin sərhəd patruluna hücum edib. Heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib. Qeyd edək ki, Pakistan-İran sərhədi 900 km uzunluğundadır. Daha əvvəl də İran […]
Tornado nəticəsində ölənlərin sayı artıb – Özəl
ABŞ-nin bir neçə ştatını vuran tornado nəticəsində ölənlərin sayı artıb. Aktualtv.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. Ölənlərin sayı 26 nəfərə çatıb. Səbinə Kərimova / aktualtv.az
Hicab taxmaqdan imtina etdi – Həbs və şallaq cəzası verildi – Özəl
İranın Qum şəhərində bankda hicab tələbinə tabe olmayan tibb bacısı həbs və şallaq cəzasına məhkum edilib. Aktualtv.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Bildirilir ki, Məryəm Bənirəzi adlı xanım “hicabını açmaq” və “ictimai asayişi pozmaq” ittihamı ilə 8 ay 10 gün müddətinə azadlıqdan məhrumetməyə və 74 şallaq cəzasına məhkum edilib. […]
“Çin müharibəni həll edə bilməz” – Özəl
“Çin Ukrayna müharibəsinin həllində vasitəçi ola bilməz”. Aktualtv.az Lenta.ru-ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel deyib. “El Espanol” tərəfindən təşkil edilən “Oyan, İspaniya!” tədbirində çıxışı zamanı Borrel bildirib ki, “bütün müharibələr danışıqlarla bitir”. Lakin o qeyd edib ki, Çin vasitəçi ola bilməz, vəziyyətin […]
Yeni səfir yoxsa keçmiş hərbçi? – İran ona “veteran” deyir – Özəl
İranın Ermənistana təyin etdiyi yeni səfir Azərbaycan, Pakistan, Suriya və Ukraynada diplomatik missiya keçib. Aktualtv.az xəbər verir ki, İranın Ermənistandakı səfirliyi yeni təyin edilən səfirin keçmiş hərbçi olduğunu bildirib. Bu məlumat İran tərəfindən təkzib olunmur. İran onu “veteran” adlandırıb. İran tərəfi bildirir ki, Ermənistandakı səfirin dəyişdirilməsinin səbəbi diplomatik missiyanın müddəti ilə bağlıdır. Etibar Məmmədov / […]
KTMT “Taliban”la danışıqlar aparır – Məqsəd nədir? – Özəl
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) regional təhlükəsizliyi gücləndirmək üçün “Taliban”la danışıqlar aparır. Aktualtv.az xəbər verir ki, bu açıqlama ilə KTMT katibliyinin nümayəndəsi Yuri Şuvalov çıxış edib. Y.Şuvalov bəyan edib ki, “Taliban”la danışıqlar mütəmadi olaraq aparılır və KTMT müsbət nəticəyə ümid edir. KTMT katibliyinin nümayəndəsi əlavə edib ki, təşkilat Əfqanıstan – Tacikistan sərhədinə olan ekstremistlərin fəaliyyətini […]
200 minə yaxın uşaq təhsildən uzaqlaşıb – Özəl
İranda 200 minə yaxın uşaq təhsildən kənarda qalıb. Aktualtv.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib. İranın Təhsil Nazirliyinin Məktəbəqədər və ibtidai məktəb təhsili idarəsinin rəisi Məhəmməd Məhəmmədi deyib: “Ölkədə təhsildən uzaqlaşmış 175.574 min uşaq var”. Qeyd edək ki, təhsildən kənarda qalanlar 6-18 yaş arası olan, təhsilə ehtiyac olmasına baxmayaraq, bir […]
Daha bir ərazidə güclü zəlzələ oldu – Özəl
İranın cənubunda yerləşən Fars əyalətinin Mehr şəhərindən 5,1 maqnituda gücündə zəlzələ baş verib. Aktualtv.az “Tasnim”ə istinadənxəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların ocağı 2 kilometr dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat verilməyib. Etibar Məmmədov / aktualtv.az
NATO “TikTok”u qadağan etdi – Özəl
NATO öz əməkdaşlarına Çin sosial şəbəkə tətbiqi “TikTok”u xidməti cihazlara yükləməyi qadağan edib. Aktualtv.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Televiziyanın məlumatına görə, NATO rəhbərliyi öz əməkdaşlarına bildiriş göndərib. Bununla da qadağa rəsmiləşib. Əslində daxili texniki məhdudiyyətlər səbəbindən əvvəllər də “TikTok” tətbiqi alyansın cihazlarında istifadə oluna bilməyib. Etibar Məmmədov / aktualtv.az