Rüşvət alan gömrük əməkdaşlarına cinayət işi açıldı

Rüşvət müqabilində gömrük sərhəddindən malların keçirilməsinə şərait yaradan vəzifəli şəxslər ifşa edilib. Bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğu məlumat yayıb. “Sədərək” gömrük postundan müxtəlif adda dərman vasitələrinin Türkiyə Respublikasından ölkə ərazisinə nəzarətsiz keçirilməsi faktı ilə bağlı Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş material əsasında Muxtar Respublika Prokurorluğunda araşdırma aparılıb. Araşdırmalarla bir qrup gömrük əməkdaşının 25 […]

Qusarda əməliyyat – 5 nəfər saxlanıldı

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib. DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən ümumilikdə 5 nəfər saxlanılıb. Onlar rayon sakinləri Renad Vəlimətov, Samiddin İsabalayev, Zamir Şixəliyev, Namik Ağabəyov və Quba rayon […]

Şuşada maşın AŞDI – 5 nəfər öldü

Şuşa rayonunda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Daşaltı kəndində qeydə alınıb. Belə ki, Elvin Abbasovun idarə etdiyi “Nissan Navara” markalı avtomobil idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq aşıb və avtomobildən yanğın baş verib. Nəticədə avtomobildə olan sərnişinlər Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq […]

Ağsu aşırımında “Mercedes” dərəyə aşdı – Ölənlər var

Ağsu aşırımında ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub. “Unikal”ın məlumatına görə, hadisə bu gün saat 10:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı minik avtomobilinin yoldan çıxaraq dərəyə aşması nəticəsində 2 nəfər ölüb, bir nəfər ağır yaralanıb. Hazırda polis əməkdaşları və təcili tibbi yardım stansiyasının işçiləri hadisə yerindədir. Ölənlərin və […]

Lerikdə bələdiyyə sədrləri inzibati məsuliyyətə cəlb edildi

Lerikdə məişət tullantılarının qalaqlanmasına görə bələdiyyə sədrləri inzibati məsuliyyətə cəlb edilib. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının ətraf mühitin mühafizəsinin daha gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayonun Piran və Hamarmeşə kəndləri ərazisində məişət tullantılarının qalaqlanması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl […]

Nəcməddin Sadıkovla bağlı araşdırmalara başlanıldı

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı məhkəmə araşdırmaları davam edir. Hazırda məhkəməsi davam edən şəxslərin cinayət işindən əlavə Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və başqa bir neçə nəfər barəsində icraat ayrılıb. Onlarla bağlı istintaq orqanında araşdırma aparılır. Hazırda ittiham olunan polkovniklərin vəkilləri növbəti iclaslarda N.Sadıkovla bağlı vəsatət qaldıracaqlar. Qeyd […]

Nitq qüsurlu uşaq yol kənarına atıldı

Nitq qüsurlu uşaq yol kənarına atılıb. Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Facebook”da yazıb. Onun sözlərinə görə, təxminən 5 yaşı olan uşaq Post Patrul Xidmətinin əməkdaşları tərəfindən tapılıb və sığınacağa yerləşdirilib.

Daha bir vəzifəli şəxs rüşvətə görə həbs olundu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Amil Abdullayevin xidməti vəzifələrinin icrası zamanı vətəndaşdan rüşvət alması barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, istintaqla Amil Abdullayevin rəhbərlik etdiyi qurumun balansında olan […]

Evə basqın edən tanınmış idmançıya hökm oxundu

Tanınmış güləşçi, milli komandanın sabiq üzvü Elman Muxtarovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən E.Muxtarov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İttihamda deyilir ki, E. Muxtarov ötən il münasibətdə olduğu qadının evinə basqın edib. O, həmin […]

Rüşvət alan vəzifəli şəxs HƏBS EDİLDİ

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə rüşvət müqabilində dövlət əmlakını mülkiyyətə verən vəzifəli şəxsin qanunazidd əməlləri ifşa olunub. Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu və İqtisadiyyat Nazirliyi birgə məlumat yayıb. Məlumatda deyilir: “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi Şöbəsinin baş məsləhətçisi Seyran Məmmədovun sədrlik etdiyi […]