Ömər aşırımında qəza – Şirkət əməkdaşları öldü
Kəlbəcərdə minik maşını dərəyə aşıb. Hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun Ömər aşırımı adlanan hissəsində qeydə alınıb. Hərəkətdə olan “Mitsubishi” markalı minik avtomobili idarəetmənədən çıxaraq dərəyə aşıb. Qəza zamanı Türkiyə vətəndaşları 1977-ci il təvvəllüdlü İ.Cörgülüoğlu,1995-ci il təvəllüdlü S.Çelik hadisə yerində ölüblər. Xəsarət alan isə 1993-cü il təvəllüdlü M.Okumuşdur. Qeyd edək ki, dərəyə aşan avtomobil Kəlbəcərdə fəlayyət göstərən […]
Mehman Xəlilov: “Uşağı qəsdən öldürmək istəsəm, kameranın altında niyə edirdim?” – VİDEO
Məşq zamanı yeddi yaşlı Fərid Bakarovu xüsusi amansızlıqla öldürməkdə ittiham olunan idmançı Mehman Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. “Qafqazinfo”nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Müdafiə və zərərçəkmiş tərəf indiki mərhələdə hər hansı vəsatətlə çıxış etməyiblər. Dövlət ittihamçısı təqsirləndirilən şəxs barəsində […]
Abşeronda ər arvadını QƏTLƏ YETİRDİ
Avqustun 24-də 13:30 radələrində Abşeron rayonu Masazır qəsəbəsində 1998-ci il təvəllüdlü İsaqova Səkinəxanım Vaqif qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı, 1995-ci il təvəllüdlü Musayev Elnur Nurəli oğlu könüllü polisə gələrək təslim olub. O, saxlanılıb. Araşdırma aparılır.
Evlərindəki partlayışda yaralanan bacı-qardaş vəfat etdi
Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində fərdi yaşayış evində baş verən partlayışda yanıq xəsarətləri alan bacı-qardaş vəfat edib. Aktualtv.az Report-a istinadən xəbər verir ki, hadisə nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan 1998-ci il təvəllüdlü Quliyeva Fərəh Əbdül qızı və 1997-ci təvəllüdlü Quliyev Toğrul Əbdül oğlu xəstəxanada dünyasını dəyişib. Yaxınlarının məlumatına görə, hadisə zamanı onların nənə və […]
Rəşad şikayət hüququndan istifadə etmədi, “zona” köçürülür
Qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş meyxanaçı Rəşad Dağlı (Əmirov) apellyasiya şikayəti vermək hüququndan istifadə etməyib. “Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, bu günə qədər nə Rəşad Dağlı və vəkili, nə prokuror, nə də zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayəti verib. Meyxanaçıya ittiham olunduğu maddələrdə nəzərdə tutulan ən aşağı sanksiya […]
Bakıda evdə partlayış – Bacı-qardaş yaralandı – Video
Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində partlayış baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, əraziyə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı 1942-ci il təvəllüdlü Quliyev İmanqulu Əbdül oğluna məxsus ümumi sahəsi 250 m² olan ikimərtəbəli fərdi yaşayış […]
Prokurorluq Elşad Kəlbəliyevlə bağlı hökmdən protest verdi
Prokurorluq Bakıda 4 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Elşad Kəlbəliyevin hökmündən protest verib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. “Kəlbəliyev Elşad Məhərrəm oğlunun təqsirləndirildiyi əməlin Cinayət Məcəlləsinin daha yüngül maddəsinə tövsif edilməsi və cəzasının azaldılmasına dair Bakı Apellyasiya Məhkəməsinin 21 iyul 2023-cü il tarixli qərarından Baş Prokurorluq tərəfindən Ali Məhkəməyə kassasiya protesti verilib”, – […]
Şəkidəki ağır qəzada bir ailənin 4 üzvü həlak olub – ADLAR
Şəkidə ağır yol qəzasında həlak olan bir ailənin dörd üzvünün şəxsiyyəti məlum olub. Ata və üç övladı aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb, ana isə ağır vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Ölənlər: Ata – 1989-cu il təvəllüdlü Nicat Namiq oğlu Mirzəyev Şəki şəhər sakini. Övladları – 2012-ci il təvəllüdül […]
Hərbçimiz özünü güllələyib öldürdü
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Abbasov Asim Hamail oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Ağdam hərbi prokurorluğuna məlumat daxil olub. Daxil olmuş məlumat əsasında Ağdam hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə […]
Baş Prokurorluq və DGK-dan birgə ƏMƏLİYYAT: Vəzifəli şəxslər rüşvət alarkən yaxalandılar
Gömrük rəsmiləşdirilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs edilib. Bu barədə Azərbaycanın Baş Prokurorluğu və Dövlət Gömrük Komitəsinin birgə məlumatında bildirilib. Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Dövlət Gömrük Komitəsi tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə ölkəyə idxal edilmiş məhsulların gömrük rəsmiləşdirilməsi prosesində süni maneələr yaradaraq sonradan gömrük rəsmiləşdirilməsinin […]