Ölkənin bütün bölgələrində həyəcan siqnalı verildi – Genişmiqyaslı raket hücumu – Özəl
Rusiya Silahlı Qüvvələri Ukraynanın bir sıra vilayətlərinə, o cümlədən Çerkassı vilayətinə genişmiqyaslı raket hücumu nəticəsində sözügedən regionun Uman şəhərində doqquzmərtəbəli yaşayış evi raket zərbəsinə məruz qalıb. Rusiya raketinin dəyməsi və ya qalıqlarının yaşayış binasına düşməsi nəticəsində 3 nəfər həlak olub, 8 nəfər yaralanıb. Aktualtv.az xəbər verir ki, bu barədə vilayətin administrasiya rəhbəri İqor Taburets teleqramda […]
CHP-nin seçki bürosu qarşısında havaya atəş açılıb – 6 nəfər saxlanıldı – Özəl
İstanbulun Ataşehir rayonunda CHP-nin Seçki Bürosu qarşısında tapança ilə havaya atəş açan 6 şübhəli saxlanılıb. Aktualtv.az xəbər verir ki, araşdırmalar nəticəsində şübhəlilərin müxtəlif cinayətlər törətdiyi müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir. Etibar Məmmədov / aktualtv.az
İran Oman körfəzində neft tankerini ələ keçirdi – ABŞ-dən ciddi XƏBƏRDARLIQ – Özəl
ABŞ Hərbi Dəniz Qüvvələri Mərkəzi Komandanlığının 5-ci Donanması Oman körfəzində İran tərəfindən kommersiya gəmisinin saxlanılması ilə bağlı bəyanat yayıb. Aktualtv.az xəbər verir ki, bəyanatda qeyd olunub ki, 27 aprel yerli vaxtla saat 13:15-də Marşal Adaları bayrağı ilə Oman körfəzində, beynəlxalq sularda üzən “Advantage Sweet” adlı neft tankeri İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) donanması tərəfindən […]
Erməni deputat xuliqanlıqla ittiham olunur – Özəl
Deputat Mher Saakyan barədə açılan cinayət işi baxılması üçün məhkəməyə göndərilib. Aktualtv.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Saakyan xuliqanlıq və sağlamlığa yüngül xəsarət yetirməkdə ittiham olunur. Xatırladaq ki, martın 31-də Saakyan hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı. Buna səbəb kimi parlamentin həmin gün keçirilmiş iclasına az qalmış Saakyan və “Vətəndaş […]
Türkiyə “Gökdemir” silahını uğurla sınaqdan keçirib – Özəl
Türkiyə “Gökdemir” Hava Hücumundan Müdafiə Sistemini uğurla sınaqdan keçirib. Aktualtv.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, sınaq zamanı “Gökdoğan” raketlərindən istifadə olunub. Qeyd edək ki, “Gökdemir” ASELSAN və TÜBİTAK-SAGE şirkətlərinin birgə istehsalıdır. Bu sistemin raketləri 70 kilometrdən daha çox məsafəyə çata bilir. Ehtimal olunur ki, yaxın vaxtlarda “Gökdemir” Hava Hücumundan Müdafiə Sistemində “Bozdoğan” raketlərinin də […]
Çin liderinin Zelenski ilə danışıq aparmasına Rusiyadan REAKSİYA – Özəl
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Si Cinpinlə Vladimir Zelenskinin söhbətini Çinlə Ukraynanın suveren işi adlandırıb. “Sin Cinpin Moskvaya gəldiyi zaman Putinlə Ukrayna ərazi bütövlüyünün 1991-ci il çərçivəsində bərpası ilə bağlı müzakirə aparmayıb. Si Cinpinlə Zelenskinin telefon danışığına gəldikdə isə, Rusiya Federasiyası Ukrayna konfliktinin bitməsinə və xüsusi əməliyyatın hədəflərinə çatmasına gətirib çıxaran hər şeyə müsbət […]
Ermənistan separatçılara külli miqdarda pul ayırdı – Özəl
Ermənistan Nazirlər Kabineti Qarabağdakı separatçılara pul ayırıb. Aktualtv.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, vəsaitin həcmi 3.5 milyard dram (təxminən 9 milyon dollar) olub. İrəvanın ayırdığı pul “müharibədən sonrakı sosial gərginliyi yumşaltmaq” üçün nəzərdə tutulub. Murad Həsənov / aktualtv.az
Hicaba görə iş yerləri bağlandı – Özəl
Şərqi Azərbaycan əyalətində məcburi hicab qaydalarının pozulduğuna görə 7 iş yerinin fəaliyyətinə qadağa qoyulub. Aktualtv.az xəbər verir ki, əyalətin polis qüvvələrinin komandiri Hüseyn Əbdi mediaya açıqlamasında bildirib ki, daha 65 iş yerinə xəbərdarlıq edilib. Hicab qaydalarını pozduqlarına görə isə 9 nəfərin avtomobili dövlətin xeyrinə müsadirə olunub. Murad Həsənov / aktualtv.az
Ukrayna minlərlə vətəndaşını Rusiya əsirliyindən azad edib – Özəl
Ukraynanın 2279 vətəndaşı Rusiya əsirliyindən azad edilib. Aktualtv.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. Onun sözlərinə görə, azad edilənlərin çoxu sıravi və çavuş hərbçilərdir. BMT-nin hesabatına əsasən, Ukraynanın 16 milyondan çox sakini öz evini tərk edib. Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi yanında fəaliyyət göstərən Hərbi Media Mərkəzindən bildirilib ki, Rusiya ordusu […]
“Problemlərin həllinə İrəvan da töhfə verməlidir” – Rusiya İrəvanı ittiham etdi – Özəl
“Biz rəsmi İrəvanın qarşılıqlı məqbul həll yollarının axtarışına töhfə verməsini prinsipial olaraq vacib hesab edirik”. Aktualtv.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib. Zaxarova qeyd edib ki, hazırda rəsmi Bakı ilə İrəvan arasında münasibətlərin 2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyanata uyğun normallaşdırılması üçün həm Rusiya sülhməramlı […]