İlham Əliyev Fərman imzaladı

Diplomatik korrespondensiyanın daşınması qaydası hazırlanacaq.Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti diplomatik korrespondensiyanın daşınması qaydasını iki ay müddətində müəyyən edib Azərbaycan Prezidentinə məlumat verməlidir.
İlham Əliyev Polşa Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev polşalı həmkarı Andjey Dudaya təbrik məktubu göndərib. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Polşa Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm. İnanıram ki, Azərbaycan Respublikası ilə Polşa Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətləri daim xalqlarımızın maraqlarına uyğun inkişaf edəcək və […]
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 30-da Sumqayıt Kimya Sənaye Parkında olub, “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərinin və “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodlarının açılışında iştirak edib.Əvvəlcə “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərinin istehsalı zavodunun açılışı oldu. İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına ölkədəki sənaye zonaları və Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti […]
Prezident İlham Əliyev Qusarda bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 30-da Qusar rayonunda “İsmikhanlı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bağçılıq və soyuducu anbar kompleksi ilə tanış olub.İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına kompleksin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, cəmiyyət tərəfindən Qusarda 330, Ağsuda isə 30 hektar ərazidə ən son texnologiyalar əsasında intensiv bağlar salınıb. Hazırda burada 230 hektar sahədə alma, […]
Prezidentdən Naxçıvanla bağlı – Sərəncam

Prezident İlham Əliyev 5 iyun 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edib.Bununla bağlı dövlət başçısı yeni Sərəncam imzalayıb. Sərəncama əsasən, Dövlət Proqramının Tədbirlər Planında rayon mərkəzlərinin və kəndlərin içməli su təminatının artımı ilə bağlı tədbirlər görülməsi üzrə əsas və icraçı qurumların yerləri […]
Gürcüstandakı səfirliyimizdə yeni vəzifə təsis edildi – Sərəncam

Azərbaycanın Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsi təsis edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Həmçinin Azərbaycanın Almaniya və Fransadakı səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifələri ləğv edilib.
Prezidentdən Anar Quliyevlə bağlı – Sərəncam

Prezident İlham Əliyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək 13-cü sessiyasının (WUF13) milli koordinatoru təyin edilməsi barədə Sərəncam imzalayıb. Sənədə əsasən, milli koordinator Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Adil oğlu Quliyev təyin edilib. Sərəncamda qeyd edilib ki, milli koordinatora Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq […]
Prezident İlham Əliyevin Çinə dövlət səfəri başa çatıb

Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri aprelin 24-də başa çatıb. Pekin Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar.
İlham Əliyev Çin kanalına müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində CGTN (China Global Television Network) telekanalına müsahibə verib.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Pekində rəsmi qarşılanma mərasimi olub

Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 23-də rəsmi qarşılanma mərasimi olub.Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Çin Xalq Respublikasının Sədri Si Cinpin və birinci xanım Pen Liyuan Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşıladılar. Çin nümayəndə heyəti Azərbaycan […]