Prezident ailəsi ilə “Sea Breeze”dəki layihələrlə tanış oldu

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən cari və perspektiv layihələrlə tanış olublar.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Ceyhun Bayramov sloveniyalı həmkarını Ermənistanla sülh prosesi barədə məlumatlandırıb

Sloveniyanın xarici işlər naziri Tanya Fayon Azərbaycanın Ermənistanla sülh prosesi barədə məlumatlandırılıb.Bunu Bakıda mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. O qeyd edib ki, ikitərəfli görüş zamanı Qafqzda gedən proseslər müzakirə edilib. “Həmkarıma Azərbaycan torpaqlarının işğaldan azad olunandan sonra bölgədə yaranan yeni imkanlar, fürsətlər barədə məlumat verdim. Sülh sazişi ətrafında gedən proseslər, mart […]
Azərbaycan və Gürcüstan prezidentləri mətbuat bəyanatlarla çıxış ediblər – YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili aprelin 16-da mətbuata bəyanatlarla çıxış ediblər. Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib. Prezident İlham Əliyevin bəyanatı -Hörmətli cənab Prezident. Hörmətli qonaqlar, xanımlar və cənablar. Hörmətli cənab Prezident, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Sizi prezident vəzifəsinə seçilməyiniz münasibətilə bir daha ürəkdən təbrik edirəm, Sizə […]
Onların təhsil haqqını dövlət ödəyəcək – Prezident TƏSDİQLƏDİ

Qarabağdakı peşə məktəblərində oxuyanların təhsil haqqını dövlət ödəyəcək.Prezident İlham Əliyev bununla bağlı “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara dəyişikliyi təsdiqləyib. Belə ki, təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən şəxslər sırasına işğaldan azad edilən ərazilərdə məskunlaşan və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə […]
Prezident və xanımı Türkiyədədir

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 4-cü Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyəyə işgüzar səfərə gedib.Antalya Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər qarşıladılar.
Sabah Bakıda intensiv yağış yağacaq, şimşək çaxacaq, güclü külək əsəcək – PROQNOZ

Bakıda və Abşeron yarımadasında aprelin 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhərdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat verilib. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi, şimşək çaxacağı, gecə və səhər bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-11° isti, gündüz […]
Azərbaycan Prezidenti iranlı nazirlə Araz çayı üzərində avtomobil körpüsünün inşasını müzakirə edib

Azərbaycan Prezidenti İlham Əliyevlə İranın yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqi Araz çayı üzərində avtomobil körpüsünün tikintisi layihəsi ilə bağlı fikir mübadiləsi aparıblar. Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi layihəsi və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq […]
DTX-nin terrorçuluqda təqsirli bildiyi şəxsə məhkəmə ağır cəza verib

[center][img]https://azadmedia.az/uploads/posts/2025-04/1744089529_1a09d084-9fcf-347a-a1a8-941bb62673d4_850.jpg[/img][/center]Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd hazırlamaqda təqsirləndirilən Elşən Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son sözünü demək üçün prosesin qapalı davam etdirilməsini və məhkəmə zalında olan şəxslərin çıxarılmasını xahiş edib. Təqsirləndirilən şəxsin vəsatəti təmin edilib. Daha sonra […]
İran XİN: Tehran heç vaxt nüvə silahı yaratmayacaq

İran nüvə silahı hazırlamayacaq, çünki bu, ölkə rəhbərliyi tərəfindən qadağan edilib. Bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib. İ.Bəqai bununla iranlı deputat Məhəmməd Qasım Osmaninin Qərblə danışıqlarda “bərabərliyi” təmin etmək üçün nüvə silahı yaratmaq təklifinə şərh verib: “İran heç vaxt və heç bir şəraitdə nüvə silahı yaratmaq yoluna getməyəcək. Bu, ayətullah Əli Xameneinin […]
Sabah 31 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında aprelin 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-16° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil […]