Tovuzda kütləvi dava olub, iki nəfər bıçaqlanıb

Tovuzda kütləvi dava olub. Hadisə ötən gün qeydə alınıb. 2000-ci il təvəllüdlü Səfərov Samir Elburus oğlu və 1988-ci il təvəllüdlü Xanmirzəyev Canpolad Çapay oğlu aralarında yaranmış şəxsi münasibətlər zəmnində Məmmədov Xalid Məhəmməd oğlu və 1993-cü il təvəllüdlü İsmayılov Aqil Yusifəli oğluna bıçaqla çoxsaylı bədən xəsarətləri yetiriblər. Faktla bağlı araşdırma aparılır.

Kəlbəcərdə mövqelərimiz atəşə tutuldu

Sentyabrın 5-i saat 09:55 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Nazirlər Kabineti büdcəyə artıq ödəmələrlə bağlı qərar verib

Nazirlər Kabineti “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nda dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra, büdcəyə artıq ödəmələr işsizlikdən sığorta haqqı ilə bağlı borcların, hesablanmış faizlərin və işsizlikdən sığorta haqlarını ödəməkdən yayınma və […]

Rəsmi Bakı: Fransadan Azərbaycana qarşı qarayaxma kampaniyasını dayandırmağı tələb edirik

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycanda guya Fransa vətəndaşlarının saxlanıldığı və hədəf alındığı barədə əsassız iddiaları səbəb gətirirək, Azərbaycana dair açıqladığı sərt səyahət xəbərdarlığını qətiyyətlə pisləyirik. Bu barədə Azərbaycan XİN sözçüsü Ayxan Hacızadənin Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı bəyanatına dair şərhində deyilib. O bildirib ki, Fransa tərəfindən verilmiş […]

“Söz oyunu yaxşı nəticəyə gətirib çıxarmaya bilər”

“Rusiya KTMT çərçivəsində Ermənistanla tərəfdaşlığın tam bərpa ediləcəyinə ümid edir”. Bunu həftəlik brifinqdə çıxışı zamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.  Onun sözlərinə görə, Ermənistan de-yure KTMT-nin tamhüquqlu üzvü olaraq qalır və müvafiq hüquq və öhdəliklərə sahibdir: “Ermənistan rəhbərliyi bu cür qarşılıqlı fəaliyyətdən uzaqlaşmaq xəttində qalmağa davam edir ki, bu da, zənnimizcə, […]

Mübariz Mənsimovdan Türkiyədə təhsil alan tələbələrə müjdə

Azərbaycanlı iş adamı, “Palmali Holding”in sahibi Mübariz Mənsimovun qurucusu və rəhbəri olduğu vəqf Türkiyədə təhsil alan 100-dən çox azərbaycanlı tələbəyə 2024-2025-ci tədris ilində təqaüd verəcək. Aktualtv.az bildirir ki, bu barədə Holdinqin açıqlamasında deyilir. Təqaüd proqramı Türkiyədə oxuyan tələbələrə təhsillərini davam etdirmələri üçün maddi dəstək göstərmək məqsədi daşıyır. Təqaüd üçün tələbələr aşağıda qeyd olunan meyarlar əsasında […]

Bakıda bu yollarda sıxlıq var – SİYAHI

Bakıda sıxlıq olan bəzi küçə və prospektlər açıqlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 4. Heydər […]

Prezidentlə xanımı Toğanalı-Kəlbəcər-İstisu yolundakı görülən işlərlə tanış oldu

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunun Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə tanış olublar. Aktualtv.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib. Bildirilib ki, […]

Türkiyədə fransız məktəblərinə qeydiyyat dayandırılıb

Türkiyədə fransız məktəblərinə qeydiyyat dayandırılıb. Bu barədə Türkiyənin təhsil naziri Yusuf Tekin “Anadolu”nun efirində deyib. Onun sözlərinə görə, altı ay müddətində fransız məktəblərinə qeydiyyata şərait yaradılmayacaq: “Bu müddət ərzində isə beynəlxalq sazişin imzalanması məsələsi gündəmdə olacaq”.

Diplomatiyadan parlamentə…

Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərinin son nəticələrini açıqlanıb. “Qafqazinfo”nun məlumatına görə, 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsinin də lider namizədi məlum olub. Belə ki, bu dairədən 55.9 faiz səslə deputat seçilmiş namizəd Polad Bülbüloğludur. O, YAP-dan namizəd Leyla Babışovanı və Azad Vətən Partiyasının namizədi Akif Nağını qabaqlayıb. Xalq artisti Polad Bülbüoğlu bir neçə gün əvvəl Azərbaycanın […]