Bu rayonda suyun verilməsində məhdudiyyətlər OLACAQ
Bu gün axşam saatlarından etibarən Bakının Səbail rayonunun Şıx, Bibiheybət qəsəbələri və 20-ci sahə ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. Məhdudiyyətlərə səbəb su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır. Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.
Azərbaycanın ən dəhşətli problemi: Çarə tapmalıyıq!
Halal kolbasa və sosisdən sonra dərmanların halallıq dərəcəsini müəyyən etməyin ölkəmizin milli təhlükəsizliyi ilə bağlı dəhşətli strateji addım olduğunu ifadə etməkdən qürur duyduğumu yazmaya bilməzdim! Əlbəttə, Qarabağ kimi ağır, taleyüklü, milli məsələni həll edəndən, bu qarayaranı kəsib atandan sonra milli-strateji hədəflərimiz istiqamətində baş sındırarkən tibb sahəsindən gələn həşəmətli təklif hamımızın ürəyincədir. Çünki tibbçilərimiz çox doğru […]
“Dinimizdə dinc əhalini öldürmək qadağandır” – HƏMAS
Fələstinin radikal HƏMAS hərəkatı İsraillə əsir mübadiləsi məsələsində “tam kompromis”ə hazır olduğunu açıqlayıb. Bu barədə hərəkat rəhbərliyinin nümayəndəsi Qazi Həməd “NBC News”a müsahibəsində bildirib. “Biz istəyirik ki, bu adamlar evə qayıtsınlar. Ona görə də hesab edirəm ki, indi biz tam kompromis əldə etməyə, bütün girovların, həm hərbçilərin azad edilməsinə dair razılaşmaya hazırıq”. Bütövlükdə münaqişə ilə […]
10 gündə 3-cü tələbə ürəktutmadan öldü
Azərbaycanda tələbə ürəktutmasından dünyasını dəyişib. Bununla əlaqədar “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb. Məlumata görə, Azərbaycan İqtisad Universitetinin (UNEC) Biznesin idarə edilməsi ixtisasının IV kurs tələbəsi olan Elmin Rzayev ürəktutmasından vəfat edib. Qeyd edək ki, son 10 gün ərzində üç tələbənin ürəktutmasından vəfat etdiyi haqqında xəbər yayılıb.
Azərbaycan vətəndaşlarının repatriasiyası və reabilitasiyası qaydaları təsdiqlənib
Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan vətəndaşlarının repatriasiyası və reabilitasiyası Qaydaları təsdiqlənib. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb. 1.1. Bu Qaydalar valideyninin və ya digər qanuni nümayəndəsinin müşayiəti olmadan xarici ölkədə aşkar edilmiş, çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan […]
“Laçında qalan evləri sadəcə olaraq bərpa etdik”
“Bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir və bunu təkcə mən yox, bir çox beynəlxalq ekspertlər qeyd edir. Xüsusilə, bildiyiniz kimi, Azərbaycanda iki dəfə Milli Şəhərsalma Forumu keçirilmişdir”. Aktualtv.az xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli Şəhəri Günündə […]
Prezidentin Xankəndidə bayrağımızı ucaltması xarici KİV-də – Fotolar
Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 15-də Xankəndidə ölkəmizin üçrəngli Dövlət Bayrağını ucaltması və çıxışı dünya KİV-lərinin diqqət mərkəzində olub.Müxtəlif beynəlxalq media orqanları Azərbaycan Prezidentinin çıxışından müxtəlif fikirləri öz auditoriyalarına təqdim ediblər.Yaponiyanın nüfuzlu NHK televiziya kanalı Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan Bayrağını ucaltması barədə süjet yayımlayıb.Süjetdə ötən ay Qarabağdakı erməni silahlı qruplarına qarşı keçirilmiş və qələbə […]
“Ona özüm kimi inanıram” – Heydər Əliyev İlham Əliyev haqqında
Rusiyanın köklü “Moskovski Komsomolets” nəşri Azərbaycan Prezidenti İlham Əliyev haqqında məqalə dərc edərək dövlət başçısının “azərbaycanlıların bir neçə nəslinin ərazi bütövlüyünü bərpa etmək diləyini həyata keçirdiyi” diqqətə çatdırıb, həmçinin onun prezidentliyinin 20 ili ərzində ölkədəki inkişaf prosesinə işıq salıb. Məqalə qəzetin saytında dərc olunub. “Xəyallar gerçək olur” epiqraflı məqalədə 2003-cü ilin oktyabrın 15-də “gənc lider […]
Mətbuat Şurası Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Mətbuat Şurasının İdarə Heyəti Prezident İlham Əliyevə Azərbaycanın dövlət başçısı seçilməsinin iyirmi illiyi ilə bağlı müraciət ünvanlayıb. Müraciətdə deyilir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə. Möhtərəm cənab Prezident! Sizin ölkəmizə rəhbərliyinizin 20 ili tamam olur. Siz ötən iyirmi ildə hər bir azərbaycanlının Prezidenti, lideri olmağı bacarmış dövlət başçısısınız. Bu, yalnız sözdə ifadə olunan deyim yox, […]
DMX və DTX əməliyyat keçirdi, 31 əcnəbi saxlanıldı (VİDEO)
Dövlət Miqrasiya Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin qanunsuz miqrasiyaya qarşı keçirdiyi birgə tədbirlər zamanı Bakı şəhərində müxtəlif ünvanlarda viza müddətindən artıq yaşayan 31 əcnəbi saxlanılıb. Bu şəxslərin xaricdə yerləşən turizm şirkəti vasitəsilə 2500 Amerika dolları müqabilində Azərbaycan Respublikasında əmək fəaliyyətiylə məşğul olmaq vədi ilə aldadılaraq ölkə ərazisinə gəlmələrinin təşkil edilməsi müəyyən olunub. Təşkilatçı əcnəbiləri Bakı […]