Siyavuş Kərimi vəzifəsindən azad olundu
Siyavuş Əşrəf oğlu Kərimi Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, Xalq artisti Siyavuş Kərimi 2001-ci ildən rektor idi.
Məktəblərdə istlik mövsümü daha tez başlamalıdır!
Respublikamızın bir sıra bölgələrində soyuqların daha tez düşməsi nəticəsində orta məktəblərin, məktəbəqədər təhsil və digər uşaq müəssisələrinin soyuq olmasının uşaqlar arasında xəstəliyin artmasına səbəb olur. Bunu Ombudsman Səbinə Əliyeva Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrində 2025-ci ilin dövlət büdcəsinin müzakirələri zamanı deyib. “Eyni zamanda qeyd […]
İran şahının oğlu Trampdan Xamnei rejimini bitirməyi İSTƏDİ
İranın devrilmiş şahının mühacirətdəki oğlu Rza Pəhləvi ABŞ-da prezident seçkilərinin respublikaçılardan olan qalibi Donald Trampı təbrik edib. Bu barədə Rza Pəhləvi sosial şəbəkədəki paylaşımında bildirib. “Sizi ABŞ prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm. İlk prezidentlik dönəminizdə nəinki Yaxın Şərqi, hətta Amerika xalqını terror, qeyri-sabitlik, xaosla təhdid edən İslam Respublikasına qarşı cəsarətlə İran xalqının yanında durdunuz. İndi […]
Məcnun Məmmədov: “Hər bir addım qlobal iqlim dayanıqlılığını gücləndirir”
Hər bir addım qlobal iqlim dayanıqlılığını gücləndirir. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29 çərçivəsində təşkil olunmuş “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün işə salınması: fermerlərin iqlim dəyişikliyinə qarşı dayanıqlığının artırılması üçün imkanların genişləndirilməsi” adlı tədbirdə bildirib. “Qlazqodan Şarm əl-Şeyxə, Dubaydan Bakıya qədər hər bir addımımız qlobal iqlim dayanıqlılığının təməlini gücləndirən vacib bir qat əlavə […]
Erik Oyare: “Çaylar, göllər və bataqlıqlar iqlim böhranı ilə mübarizədə diqqətdən kənarda qalıb”
Çaylar, göllər və bataqlıqlar iqlim böhranı ilə mübarizədə vacib olsa da, hər zaman diqqətdən kənarda qalıb. Bunu “Afrikanın Mavi Qəlbi Təşəbbüsü”nün rəhbəri Erik Oyare BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən “Su Fəaliyyəti: İqlimə uyğun addımlar üçün su həlləri” mövzusunda tədbirdə deyib. Onun sözlərinə görə, çaylar, göllər və bataqlıqlar […]
İstanbul boğazında gəmilərin hərəkəti ikitərəfli dayandırılıb
İstanbul boğazında gəmilərin hərəkəti ikitərəfli dayandırılıb. Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib. Qeyd olunub ki, buna səbəb əlverişsiz hava şəraiti, o cümlədən qatı dumandır.
Rəsmi Bakı: İtkin düşmüş şəxslərin məsələsinin həllini tapması istiqamətində səylər davam etdiriləcək
Azərbaycan itkin düşmüş şəxslər məsələsinin həllini tapması istiqamətində beynəlxalq səylərin səfərbər edilməsini prioritet qaydada davam etdirəcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının “İtkin düşmüş şəxslər” adlı BMT qətnaməsinin qəbul olunmasına dair birgə mətbuat məlumatında qeyd olunub. Bildirilib ki, son illərdə, itkin düşmüş şəxslərin axtarışı […]
Muxtar Babayev: “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün üç məqsədi var”
Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün üç məqsədi var. Bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev COP29 çərçivəsində keçirilən “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün işə salınması: fermerlərin iqlim dəyişikliyinə qarşı dayanıqlığının artırılması üçün imkanların genişləndirilməsi” tədbirində bildirib. O bildirib ki, Azərbaycanda əhalinin 50 %-i kənddə yaşayır: “Məşğulluğun 46 %-i kənd əhalisinin […]
Minimum pensiya məbləği nə qədər olacaq?
“Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “2025-ci ilin Dövlət Büdcəsi layihəsi” birinci oxunuşda müzakirə edildi. Mətbuatda ən çox yer alan məsələlərdən biri də Hesablama Palatasının təqdim etdiyi rəydə “2025-cü il üzrə proqnozlara əsasən, minimum pensiya məbləğinin (280 manat) minimum əmək haqqı məbləğinə (400 manat) nisbətinin 70% olacağının nəzərdə tutulmasının” qeyd edilməsidir”. […]
COP29-da iştirak edən məşhurların Bakı ilə bağlı PAYLAŞIMLARI – VİDEOSÜJET
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) uğurla davam edir. Dünyanın bir çox ölkələrindən nümayəndələr COP29-da iştirak etmək üçün paytaxtımıza gəlməyə davam edirlər. Onların sırasında dünya liderləri ilə yanaşı, tanınmış simalar da var. Dünyaca məşhur olan həmin şəxslərin bir çoxu sosial şəbəkə hesablarında Bakı ilə bağlı paylaşımlar ediblər. Bizim.Media-nın mövzu ilə […]