Naxçıvan şəhərinə yeni icra başçısı təyin edilib

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Qeyd edək ki, C.Musayev 1981-ci il yanvarın 10-da Naxçıvan şəhərində anadan olub. Ali təhsilinin Ankara şəhərində alıb, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2016-cı il aprelin 18-dən […]

Yağış axşama doğru tədricən kəsiləcək – FAKTİKİ HAVA

Noyabrın 4-ü saat 8:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında bildirilib. Qeyd edilib ki, Lənkəran-Astara bölgəsində yağıntılar leysan xarakterli intensiv olub. Gədəbəy, Kəlbəcər, Şahdağ, Quba, Xaltan, Xınalıq, Altıağac, Qusarda qar, digər bölgələrdə isə yağış yağır. Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, […]

Azərbaycanın Zəfər Günü münasibətilə Ankarada genişmiqyaslı tədbir keçiriləcək

Noyabrın 8-də Azərbaycanın Zəfər Günü münasibətilə Türkiyənin paytaxtı Ankarada genişmiqyaslı tədbir planlaşdırılır. “Salam Türkün Bayrağına” adlı tədbir Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Azərbaycanın Ankaradakı səfirliyi və Əhməd Cavad İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək. Əsas tədbir “ATO Congresium” zalında Prezident Simfonik Orkestrinin, Dövlət Opera Teatrının və TRT polifonik xorunun 120 musiqiçisinin iştirakı ilə möhtəşəm konsert olacaq. […]

Bakıda 31 avtobus marşrutunun istiqaməti dəyişir – SİYAHI

COP29 əməliyyatlarının həyata keçirilməsi ilə bağlı 4 noyabr 2024-cü il tarixindən 10 noyabr 2024-cü il tarixinədək “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi (Atletlər kəndi tərəf), Bakı Olimpiya Stadionu və ətraf ərazilər üzrə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, Bununla əlaqədar olaraq “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə (“Koroğlu” NMM) daxil […]

Əcnəbi və vətəndaşlığı olmayanlarla bağlı yeni qayda

Saxlanma Mərkəzində saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsi təhlükəsizlik hüququ ilə bağlı yeni qayda müəyyən edilir.  Bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.  Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin həyatına, sağlamlığına, yaxud şəxsiyyətinə qarşı Mərkəzdə saxlanılan digər əcnəbilər […]

Əməyin Mühafizəsi Mərkəzinə sədr müavini təyin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzinin İdarə Heyəti sədrinə müavin təyin edilib. Bu vəzifə Mürsəl Rüstəmova həvalə olunub. O, eyni zamanda Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) sədridir.

İran İsraillə bağlı bir neçə cavab variantı hazırlayıb

“İranın İsrailin mümkün zərbələrinə reaksiyası sözügedən hücumun ciddiliyindən asılı olacaq”. Bu barədə məlumatı öz mənbələrinə istinadən “The New York Times” yayıb. Dörd iranlı məmurun sözlərinə görə, İranın ali lideri Əli Xamenei hərbçilərə İsrailin hücumuna cavabla bağlı çox sayda hərbi plan hazırlamağı tapşırıb. Mənbələr vurğulayıb ki, İranın cavabının miqyası hücumların ciddiliyindən asılı olacaq. Belə ki, İsrail […]

Prezident həmkarı ilə görüşdü – Yenilənir

Azərbaycan Prezidenti İlham Əliyevin Kazanda Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit ilə görüşü olub. Aktualtv.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bakıda Neft Emalı Zavodunda yanğın başlayıb – Yenilənir 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

İstanbulda “3+3”ün iclası keçirildi – Fotolar – Yenilənib

İstanbulda Cənubi Qafqazda əməkdaşlığa dair “3+3” platforması çərçivəsində üçüncü görüş keçirilib. Bu barədə məlumatı Türkiyə XİN öz “X” hesabında paylaşıb. İclasda Türkiyə, Azərbaycan, Rusiya, İran və Ermənistanın xarici işlər nazirləri iştirak edib. *** Azərbaycan XİN Ceyhun Bayramovun “3+3” regional məşvərət formatının görüşündə iştirak və çıxışına dair məlumat yayıb. Bildirilib ki, çıxışda ölkəmizin təhlükəsizlik, iqtisadiyyat, ticarət, […]