İlham Əliyev onları təltif etdi – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan energetiklərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycanda energetika sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər: 3-cü dərəcəli “Əmək” ordeni ilə Əliyev Vüqar İsmayıl oğlu İbrahimov Hüseynqulu Xəlfə oğlu “Tərəqqi” medalı ilə Abbasova Alimə Səməd qızı Ağayev Xasay İspar oğlu Ağayev Nazim Mikayıl oğlu Babayev Rafiq Ənvər oğlu Cəfərov […]

Rüşvətə görə işdən çıxarılan direktor bu vəzifədə çalışır

Müəllimlərdən rüşvət tələb etdiyi üçün vəzifəsindən azad edilən Sumqayıt şəhər 32 saylı orta məktəbin sabiq direktoru başqa vəzifədə çalışır. Aktualtv.az “Trend”ə istinadən xəbər verir ki, eks-direktor Esmira İbrahimova Sumqayıt şəhər üzrə təhsil şöbəsində metodist vəzifəsində işləyir. Abşeron-Xızı Regional Təhsil İdarəsindən (AXRTİ) bildirilib ki, Esmira İbrahimova 08.05.2012-ci ildən Sumqayıt şəhər Təhsil Şöbəsində metodist vəzifəsində çalışır. Məktəb […]

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində Müşahidə Şurası yaradılır – FƏRMAN

Prezident İlham Əliyev Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi və “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Fərmanla müəyyən edilib ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla […]

Prezidentlə xanımı Cəbrayıl və Qubadlıya getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Cəbrayıl və Qubadlı rayonlarına səfər ediblər. Dövlətimizin başçısı Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun 14,2 kilometrlik Şükürbəyli–Cəbrayıl hissəsinin açılışında iştirak edib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksi ilə tanış […]

İranın vitse-prezidenti Azərbaycana səfər edib

İranın vitse-prezidenti, İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri Əli Səlaceqe bu gün Azərbaycana səfər edib. Bu barədə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib. Ə.Səlaceqe “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası”nın 6-cı Tərəflər Konfransında iştirak edəcək.

Əliyev niyə Praqada yox, Astanada darmadağın etdi? – İNCƏLƏMƏ…

Prezident İlham Əliyevin Astanadakı məşhur çıxışı və Fransa lideri Makronun ünvanına səsləndirdiyi sərt ifadələr bəzi azərbaycanlıları çox “narahat” edib: onlar artıq günlərdir cidd-cəhdlə Makronun müdafiəsinə girişiblər. Arqumentləri də budur: Bu, uzaqbaşı Makronun bir müsahibəsidir, o da düzgün tərcümə edilməyib; Makron Azərbaycandan daha çox, Rusiyanı ittiham edib – “Azərbaycanın Ermənistanla sərhəddə aqressiyasının səbəbi Rusiyadır” deməklə, Makron […]

“Təəssüf ki, Azərbaycan xalqı bunun acısını çəkib” – Dövlət başçısı

Biz uçurum kənarında idik, qonşu ölkənin hərbi təcavüzü nəticəsində təkcə əraziləri itirmirdik, həm də hərc-mərclik və qardaş qırğını, vətəndaş müharibəsi faciəsi ilə üz-üzə idik. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılış mərasimində bildirib. Ən ağır müharibənin vətəndaş müharibəsi olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Təəssüf ki, Azərbaycan […]

Zəngəzur dəhlizi niyə müzakirə olunmadı? – VİDEO

“Avropa siyasi birliyi” Zirvə toplantısı çərçivəsində keçirilən dördtərəfli görüşdə imzalanan bəyanatda Zəngəzur dəhlizi ilə bağlı məsələnin olmaması sual doğurub. Ekspertlərin fikrincə bu, onunla bağlıdır ki, məsələ üçtərəfli bəyanatla tənzimlənir. Bu da Praqa bəyanatına Zəngəzur dəhlizi ilə bağlı əlavə bəndin salınması zərurətini aradan qaldırır. Təbii ki, Azərbaycan bütün imkanlardan istifadə etməklə Ermənistanı üzərinə götürdüyü öhdəliklərin icrasına […]

“Drone X” komandası: “Mübariz Mənsimovdan örnək götürərək dronumuza “POLAD” adı verdik”

“Azərbaycanda II Teknofest festivalında və Türkiyədə “Teknofest Karadenizde” festivalında gənc azərbaycanlı soydaşlarımızdan ibarət “Drone X” komandasının təqdim etdiyi dron bundan sonra “POLAD” adını daşıyacaq”. Məlumatı “Drone X” komandasının üzvləri veriblər. Onlar bildiriblər ki, dronun adı şəhid generalımız Polad Həşimovun adından götürülüb. Komanda üzvləri xüsusilə vurğulayıblar ki, komanda bu qərarı “Palmali” şirkətinin prezidenti, azərbaycanlı iş adamı […]

Gələn ay İlham Əliyev, Paşinyan və Şarl Mişel arasında görüş keçiriləcək

Gələn ay Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə üçtərəfli görüş keçiriləcək. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü zamanı qeyd olunub. Bildirilib ki, söhbət zamanı gələn ay Brüsseldə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşün […]