“Haber Global”: Ərdoğandan İlham Əliyev və Paşinyan açıqlaması – VİDEO
Türkiyənin “Haber Global” kanalı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfərilə bağlı verdiyi şərhə diqqət çəkib. Bununla bağlı telekanalın efirində yayımlananın videomaterialda Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə danışdıqdan sonra məsələ ilə bağlı addımlar atılacağını bildirdiyi vurğulanıb. Həmçinin, Türkiyə Prezidentinin açıqlamalarına əsasən, qeyd olunub ki, dövlət başçısının Praqada keçirilən Avropa Siyasi […]
Maşın nömrələri elektron qaydada veriləcək – FƏRMAN
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi vasitəsilə mövcud dövlət qeydiyyat nişanlarının rəqəm və ya hərf kombinasiyaları üzrə dövlət qeydiyyat nişanları veriləcək. Bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mərkəzi informasiya sistemi haqqında Əsasnamə”də əksini tapıb. Sistem vasitəsilə nəqliyyat vasitələrinin dövlət […]
Məktəblərdə dərslik çatışmazlığı var? – Nazirlikdən açıqlama
Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri nazirlik tərəfindən nəşr edilən kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələrlə yerli təhsil orqanları tərəfindən təqdim olunan proqnoz tələbat əsasında təmin edilir. Bu barədə Aktualtv.az-a Elm və Təhsil Nazirliyindən bildirilib. “Mütəmadi olaraq dərsliklərin çatışmazlığı və bu kimi hallara dair edilmiş müraciətlər Regional Təhsil İdarələri tərəfindən araşdırılaraq aradan qaldırılır”, […]
Azərbaycanda iki yeni medal təsis edilir
Azərbaycanda 2 yeni medal təsis edilir. Bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilib. Belə ki, “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” və “Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi […]
“Heç vaxt imkan verə bilmərik bizim torpağımızda ikinci erməni dövləti yaradılsın” – Prezident
Laçın şəhəri bütün Laçın rayonu kimi, işğal altında olmuş bütün başqa yaşayış məntəqələri kimi erməni vandalizminə məruz qalmışdır. Erməni vandalizminin təzahürləri hər bir kənddə, hər bir şəhərdə var. Bunu Prezident İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldan zaman çıxışında bildirib.O, Qarabağda bütün yaşayış məntəqələrinin yerlə-yeksan edildiyini xatırladıb. “Ağdam şəhəri tamamilə yerlə-yeksan edilib, Füzuli […]
Türkiyə sonadək Azərbaycanla birlikdə olacaq – Baxçalı
Türkiyə sonadək Azərbaycanla birlikdə olacaq. Aktualtv.az xəbər verir ki, bu sözləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib. “Can qardaşlarımız nə vaxt və harada istəsələr, polad bilək olacağıq, eyni mövqedə ətdən divar çəkəcəyik. Ankara ilə Bakının taleyi eynidir. Türkü türkdən ayıracaq nə bir sərhəd, nə də bir maneə var. Biz bir millət, iki […]
QHT-lərin UNESCO-ya MÜRACİƏTİ səsləndirilib
13 sentyabr tarixində ölkə QHT-lərinin müraciəti əsasında Agentliyin ofisində Azərbaycan Respublikasında fəaliyyət göstərən elm, təhsil və mədəniyyət yönümlü qeyri-hökumət təşkilatlarının UNESCO-ya müraciəti ilə bağlı tədbiri keçirilib. Tədbirdə Agentliyin Müşahidə Şurasının üzvi, İlqar Orucov, elm, təhsil və mədəniyyət yönümlü qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər. Tədbiri açılış nitqi ilə başlayan Agentliyin Müşahidə Şurasının üzvi İlqar Orucov bildirib ki, Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın işğal altında saxladığı Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı rayonlar […]
Azərbaycan Respublikasında fəaliyyət göstərən ekoloji yönümlü qeyri-hökumət təşkilatlarının meşə yanğınları ilə bağlı aidiyyəti dövlət qurumlarına MÜRACİƏTİ səsləndirilib
09 sentyabr tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Azərbaycanda fəaliyyət göstərən ekoloji yönümlü qeyri-hökumət təşkilatlarının ölkənin müxtəlif bölgələrində baş verən meşə yanğınları ilə bağlı tədbiri keçirilib.Ölkə QHT-lərinin çoxsaylı müraciəti əsasında təşkil olunan tədbirdə Agentliyin Müşahidə Şurasının üzvü, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov, Agentliyin əməkdaşları, ekoloji yönümlü qeyri-hökumət təşkilatları və […]
Vilayət Eyvazov MDB nazirlər şurasının iclasında iştirak edib
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının (DİNŞ) növbəti iclasında iştirak etmək üçün Qırğız Respublikasında iki günlük rəsmi səfərdə olub. Aktualtv.az DİN-ə istinadən xəbər verir ki, sentyabrın 8-də Çolpan-Ata şəhərində keçirilən DİNŞ iclasında üzv dövlətlərin Daxili İşlər nazirliklərinin əməkdaşlığının prioritet istiqamətləri və cinayətkarlıqla mübarizədə dövlətlərarası […]
Bakıda bu yollar təmir ediləcək – Prezidentdən SƏRƏNCAM
Prezident İlham Əliyev Bakı şəhərinin Suraxanı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamla Suraxanı rayonunun Bülbülə, Əmircan, Hövsan, Qaraçuxur, Yeni Suraxanı və Zığ qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) […]