Prezident və xanımı idmançılarla görüşdü

Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşüblər. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Azərbaycanda un bahalaşacaq – Çörəyin qiyməti isə… (VİDEO)

Gələcək aylarda unun qiymətində müəyyən bahalaşmalar gözlənilir. İqtisadçı ekspert Asif İbrahimov “Xəzər Xəbər”ə bildirib ki, dünyanın 25 faiz taxıl ehtiyatını təmin edən iki ölkə arasında baş verən müharibə bu məhsulun qiymətinə ciddi təsir edir. Azərbaycan daxili tələbatını tam təmin edə bilmədiyindən taxıla olan tələbatımızı xaricdən tədarük edirik. Ekspert əlavə edib ki, Ukrayna məhsulunu dənizə çıxara […]

“Londonda səfirliyin binasında baş verən hadisələrə görə Britaniya hökuməti, hüquq-mühafizə orqanları məsuliyyət daşıyır” -Büllur Məmmədova

Bu gün Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. BMT-nin Diplomatik Münasibətlər və İmmunitetlər haqqında Vyana Konvensiyasına əsasən, (Vyana Konvensiyası (1961-ci il) maddə 22: 1)Nümayəndəlik binaları toxunulmazdır. […]

Yaşayış evləri ilə bağlı Komissiyanın tərkibi dəyişdi

Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə olan Komissiyanın tərkibi dəyişib. Bu, Prezident İlham Əliyevin sərəncamı ilə “Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, […]

Bu hallarda Şuşada nəqliyyat vasitələrinin hərəkəti QADAĞAN EDİLƏCƏK

Şuşa şəhərində hansı hallarda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacağı məlum olub. Bu, Nazirlər Kabinetinin ““Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının mühafizə rejimi”nin təsdiq edilməsi haqqında” qərarında əksini tapıb. Qərara əsasən, mühafizə zonasından keçən yollarda nəqliyyat vasitələrinin hərəkəti abidələr üçün təhlükə yaradarsa, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən həmin yollarda nəqliyyat vasitələrindən istifadəyə məhdudiyyət tətbiq edilə […]

Yoluxanların sayı 500-ü keçdi

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 531 yeni yoluxma faktı qeydə alınıb, 294 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada COVID-19-dan 4 nəfər vəfat edib.

Vətən Müharibəsi şəhidi Azər Mikayılovun doğum günüdür

Bu gün Rəşadətli Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Vətən Müharibəsi şəhidi, mayor Azər Əmrah oğlu Mikayılovun doğum günüdür. Aktualtv.az  xəbər verir ki, Azər Əmrah oğlu Mikayılov 1980-ci il avqustun 1-də Kəlbəcər rayonunun Quzeyçirkin kəndində ziyalı ailədə anadan olub.  2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən […]

AMEA məlumat yaydı: “Ağ yalandır”

“Bu gün bəzi xəbər saytlarında yayılan “AMEA-nın arxivi talanır” başlıqlı yazıda AMEA əməkdaşlarının fürsətdən istifadə edib nadir arxiv materiallarını, əlyazmaları və nadir çap nüsxələrini talaması və öz mənzillərinə daşıması ilə bağlı məlumat həqiqəti əks etdirmir, ağ yalandır”. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasından bildirilib. “Nəzərinizə çatdırırıq ki, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan xalqının […]

İlham Əliyev və xanımı 2 nömrəli doğum evindəki şəraitlə tanış oldu – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 2 nömrəli doğum evində aparılmış əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar. Dövlətimizin başçısına və birinci xanıma doğum evində yaradılan şərait barədə məlumat verildi. Azərbaycanda əhalinin sağlamlığı hər zaman dövlət siyasətinin mərkəzində dayanır. Bu baxımdan ölkəmizdə səhiyyə sisteminin inkişafı, maddi-teхniki […]