“Hər an hazır olmalıyıq ki, öz hüququmuzu istənilən yolla təmin edək” – İlham Əliyev
“Bu altı ay ərzində hərbi sahədə də islahatlar aparılıb”. Bu fikirləri Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında deyib. Dövlət başçısı bildirib ki, struktur islahatları aparılıb, hərbi təhsildə islahatlar aparılıb: “Təlimlərlə bağlı ciddi addımlar atılıb. Yeni silahlı birləşmələr yaradılıb. Yeni kontraktlar imzalanıb, hərbi texnika, silah-sursatlar alınır və alınacaq. Biz ordu […]
Xarici işlər nazirlərinin görüşəcəyi ölkə məlum olub – YENİLƏNİB
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Tbilisidə görüşəcək. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, nazirlər iyulun 16-da Gürcüstan paytaxtında görüşəcək. Bu, Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin ilk ikitərəfli görüşüdür. Bundan əvvəl xarici işlər nazirləri Düşənbədə Rusiya xarici işlər naziri ilə üçtərəfli […]
Prezidentin general rütbəsi verdiyi şəxs kimdir? – DOSYE
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə İlqar Rza oğlu Abbasov Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edilib. Naxçıvan şəhərində anadan olmuş İlqar Abbasov Naxçıvan Muxtar Respublikasında, Lənkəran və Səbail rayon prokurorluqlarında işləyib. Bundan sonra Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsində çalışan İ.Abbasov Baş prokurorun köməkçisi vəzifəsinə yüksəlib. 2009-cu ildən […]
Xersonda rusların qərargahı məhv edildi
Ukrayna Silahlı Qüvvələri rusların Xerson vilayətinin Nova Mayaçka şəhərindəki qərargah və kazarmaları dağıdıb. Bu barədə Xerson vilayət hərbi administrasiyası rəhbərinin müşaviri, deputat Serxi Xlan məlumat verib. “Ukrayna Silahlı Qüvvələri Nova Mayaçkadakı Orkları əhatə edib. Orada işğalçılar keçmiş uşaq sanatoriyasının ərazisində qərargahlar və kazarmalar yaradıblar. Onlar artıq orada deyillər. Rəsmi hesablamanı gözləyirik”, – deyə o, bildirib.
Fuad Həziyev nədən bu qədər matah olub… – MÜRACİƏT
SOCAR-ın adının çəkilməsini istəməyən, faktiki olaraq şirkətdə çalışan və Hans Anderson adlı şikayətçi bu dəfə Prezident İlham Əliyevə və surəti SOCAR-ın rəhbəri Rövşən Nəcəfə, SOCAR Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarova, həmçinin Neftçilərin Hüquqlarının Müdafiəsi İB-nin sədri Mirvari Qəhrəmanlıya və «Təzadlar» qəzeti redaksiyasına ünvanlı müraciət qəbul edib. Hans Anderson yazır: «Cənab Prezident! Hörmətli cənablar! […]
Neft maqnatı Anar Əlizadənin naməlum biznesi
İş adamı Nihad Əliyevin mart ayında İstanbulda şübhəli şəraitdə ölümünün üstü aradan xeyli keçsə də, hələ açılmayıb. Dostları və daha bir neçə qızla otel nömrəsinə qalxan, bir neçə dəqiqə sonra baş nahisəyindən güllə yarası alıb 40 yaşında həyatını itirən Nihad Əliyev adi iş adamı deyil. O, SOCAR-la dərin biznes əlaqələrində olan Anar Əlizadənin qardaşıdır. Bu […]
Prezidentdən 1,4 milyonluq SƏRƏNCAM
Prezident İlham Əliyev “Abşeron rayonunun Bakı–Şamaxı–Yevlax (18 km)–Aşağı Güzdək avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Aktaultv.az xəbər verir ki, sərəncamla Bakı–Şamaxı–Yevlax (18 km)–Aşağı Güzdək avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 1,4 milyon manatı Azərbaycan […]
Özbəkistanda nə baş verir? – Kürşad Zorlu
Özbəkistan son dövrlərdə geosiyasi mövqeyi, əhalisi və etdiyi siyasi seçimlərə görə dünya təhlükəsizlik arxitekturasının yenidən müzakirəyə çıxarıldığı indiki dövrdə diqqəti daha çox cəlb edir. Daşkənd 2017-ci ildən sonra atdığı inteqrasiya addımları, Ukrayna müharibəsində qəti mövqeyi və Əfqanıstan probleminin həllində açar olması ilə, eyni zamanda TDT-nin üzvlərindən biri kimi xüsusi önəmə sahibdir. Bu sözləri Axar.az-a Özbəkistanın […]
“Palmali” Şirkətlər Qrupu şəhid Xudayar Yusifzadə və şəhid Əli Nəcəfovun adlarını daşıyan iki gəmini səfərə yola saldı
“Palmali” Şirkətlər Qrupu Vətən müharibəsi şəhidləri Xudayar Yusifzadə və Əli Nəcəfovun adlarını daşıyan iki nəhəng gəmini səfərə yola saldı. Təntənəli mərasim Yalovada “Doğruyol” tərsanəsində baş tutub. Hər iki ölkənin himnlərinin səsləndirilməsi və sayğı duruşu ilə başlayan mərasimdə “Palmali”nin prezidenti Mübariz Mənsimovun dəvəti ilə İstanbula gələn şəhid Xudayar Yusifzadənin və şəhid Əli Nəcəfovun valideynləri, qazilər, media […]
İlham Əliyev Berdiməhəmmədovla görüşdü – FOTO
İyunun 29-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.