“Global Media Group” və BMT-nin Qlobal Sazişi arasında memorandum imzalanıb

Oktyabrın 9-da “Global Media Group”un İdarə Heyətinin sədri Elnur Abdullayev və BMT-nin Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri Samir Məmmədov arasında Anlaşma Memorandumu imzalanıb. Aktualtv.az xəbər verir ki, sənədə əsasən müvafiq qurumlar dayanıqlı biznes təcrübələrinin və BMT-nin Qlobal Sazişinin 10 prinsipinin cəmiyyətdə təbliği istiqamətində birgə tədbirlər həyata keçirəcəklər. Bir müddət öncə Qlobal Sazişə üzv kimi qoşulan “Global Media […]

Vətən Müharibəsi Qəhrəmanı nazir müavini təyin olundu

General-leytenant Namiq İslamzadə müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı təyin olunub. Bu barədə  Müdafiə Nazirliyindən bildirilib. Təyinatla bağlı Azərbaycan Prezidenti İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Fransada keçirilən Beynəlxalq Frankofoniya sammiti Ermənistanın baş naziri Nikol Paşinyan üçün sözün əsl mənasında fiasko ilə nəticələnib. Bu iddia və fikir Rusiya, yaxud Qərb deyil, Ermənistan mediasında səslənib. Xəbərlər və şərhlərdə bildirilir ki, Paşinyanın xarici siyasətdəki uğursuzluqlar seriyası davam edir. Söhbət hakim komandanın birtərəfli qaydada Birləşmiş Ştatlara “stavka” etməsindən gedir. Frankofoniya sammitində baş nazir soyuq […]

Azərbaycanlı vəkilə 5 il həbs cəzası verildi

Güney azərbaycanlı vəkil və hüquq müdafiəçisi Məhəmmədrza Fəqihi həbs cəzasına məhkum edilib. Bu barədə onun vəkili Zəhra Minuyi məlumat yayıb. Onyn sözlərinə görə, Tehranın İnqilab Məhkəməsinin 15-ci bölməsi Fəqihini 5 il azadlıqdan məhrum edib. “Ölkənin milli təhlükəsizliyinə zərbə vurmaq məqsədilə toplaşmaq və əlbir olmaq”da ittiham olunan azərbaycanlı vəkil barədə əlavə cəza da verilib. Belə ki, […]

“Belarus Ukraynanın bərpasında iştiraka hazırdır”

“Belarus Ukraynanın bərpa edilməsinə iştirak etməyə hazırdır”. Bunu Brest vilayətinə səfəri zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. Onun sözlərinə görə, ABŞ bunu etməyəcək: “Ukrayna rəhbərliyi anlamalıdır ki, onlar hər şeydən əvvəl ölkəni bərpa etməli olacaqlar”.(Belta)

Minasyan vəzifəsindən azad edildi

Ermənistanın ədliyyə naziri Qriqor Minasyan vəzifəsindən azad edilib. Bu barədə ölkə Prezidenti Vaaqn Xaçaturyan Baş nazir Nikol Paşinyanın təklifi əsasında sərəncam imzalayıb.  Xatırladaq ki, oktyabrın 1-də Q.Minasyan istefa ərizəsini təqdim edib. Bundan əvvəl isə Ermənistanın hakim “Vətəndaş müqaviləsi” fraksiyası Minasyanın vəzifəsindən uzaqlaşdırılması ilə bağlı imza toplanmasına başlayıb. Ermənistan mediası yazır ki, Minasyanın 2022-ci ildə sözügedən […]

“Ermənistanda buna görə hələ bir nəfər belə məsuliyyətə cəlb olunmayıb”

“Torpaqlarımızın işğaldan azad edilməsindən sonra meydana çıxmış yeni faktlar itkin düşmüş azərbaycanlılara qarşı törədilən vəhşiliklərlə bağlı şahidlərin ifadələrini bir daha təsdiq edib. Həmin ərazilərimizdə aşkar olunmuş kütləvi məzarlıqlarda ekshumasiya işlərinin aparılması nəticəsində Ermənistan tərəfindən əsir və girov götürülmüş şəxslərin işgəncələrə, zorakılığa və qeyri-insani rəftara məruz qalaraq qətlə yetirildiyi barədə təkzibedilməz sübutlar toplanıb”. Bu, Prezident İlham […]

Bakının üç rayonunda suyun verilməsində fasilə yaranacaq

Oktyabrın 3-ü saat 10:00-dan 00:00-a qədər Bakının Xətai, Səbail, Nəsimi rayonlarının bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq. Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Məlumata görə, 00:00-dan etibarən suyun mərhələli şəkildə verilməsi həyata keçiriləcək. Suyun verilməsində fasilə xətlərdə aparılacaq təmir işləri ilə əlaqədardır.

DTX hərbçilərinin maaşı ilə bağlı – Qərar

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”ndə dəyişikliklər təsdiq edilib. Bu barədə Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb. Bu Qərar 2024-cü il iyunun 5-dən tətbiq edilir.