DTX hərbçilərinin maaşı ilə bağlı – Qərar
“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”ndə dəyişikliklər təsdiq edilib. Bu barədə Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb. Bu Qərar 2024-cü il iyunun 5-dən tətbiq edilir.
Bakı-Qazax yolunda yanacaq daşıyan maşın aşdı – Yanğın başladı
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonu, Müsüslü kəndi ərazisindən keçən hissəsində qəzaya düşmüş yanacaqdaşıyan yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb. Hadisə ilə əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən […]
Çempionlar Liqasında 2-ci tur başlayır
Bu gün Çempionlar Liqasında Liqa mərhələsinin II turuna start veriləcək. Diqqətçəkən görüşlərdən biri “Arsenal”la PSJ arasında keçiriləcək. “Milan” Almaniyada “Bayer”in qonağı olacaq. Çempionlar Liqası Liqa mərhələsi, II tur 1 oktyabr 20:45. “Zalsburq” (Avstriya) – “Brest” (Fransa) 20:45. “Ştutqart” (Almaniya) – “Sparta” (Çexiya) 23:00. “Arsenal” (İngiltərə) – PSJ (Fransa) 23:00. “Barselona” (İspaniya) – “Yanq Boyz” (İsveçrə) […]
“Bu təqdirdə NATO üçün ən böyük risk yaranacaq” – Stoltenberq
“NATO üçün ən böyük risk Rusiyanın Ukraynadakı münaqişədə qalib gələcəyi təqdirdə yaranacaq”. Bunu “Reuters” agentliyinə müsahibəsində NATO-nun Baş katibi Yens Stoltenberq deyib. “Rusiya hərbi güc tətbiq edəndə və NATO müttəfiqlərini təhdid edəndə istədiyinə nail oldu və bu, hamımızı daha həssas vəziyyətə saldı”, – Y. Stoltenberq əlavə edib.
Fazil Mustafa onun da ömürlük həbsini istəyir
Fazil Mustafa cinayətində təqsirli bilinən dəstə üzvlərinin apellyasiya şikayətləri üzrə baxış başlayıb. Bakı Apellyasiya Məhkəməsində keçirilən ilk iclasda hakimlər müttəhimlərin anket məlumatları ilə tanış olublar. Onlara hüquq və vəzifələri izah edilib. Zərərçəkmiş millət vəkili Fazil Mustafa da hökmdən şikayət verib. F.Mustafa onu güllələyən Səbuhi Şirinova verilmiş 20 il azadlıqdan məhrumetmə cəzasından narazıdır. O, Şirinovun ömürlük […]
Prezidentdən Naftalan neftinin rolunun artırılması ilə bağlı – Sərəncam
Prezident İlham Əliyev Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncam Naftalan neftinin çıxarılması, emalı, təchizatı proseslərinin təkmilləşdirilməsi, Naftalan neftindən və ondan hazırlanan preparatlardan istifadənin genişləndirilməsi, eləcə də Naftalan şəhərinin sağlamlıq turizmi şəhəri kimi dünyada tanıdılması məqsədilə imzalanıb. Nazirlər Kabineti altı ay müddətində Naftalan neftinin və ondan hazırlanan […]
Prezident Fərman imzaladı
Prezident İlham Əliyev “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi”nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb. Fərmanda deyilir: 1. “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur). 2. Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət […]
Cənazəsi 27 gün sonra Türkiyəyə gətirildi – Foto
“Yeşilçam”ın unudulmaz aktrisası Ahu Tuğbanın cənazəsi 27 gün sonra Türkiyəyə gətirilib. Yenixeber.org xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Belə ki, onun nəşinin Amerikadan Türkiyəyə gətirilməsi uzun müddətdir gözlənilirdi. Bu gün aktrisa ilə Beyoğlu Atlas Kinoteatrında vida mərasimi keçiriləcək. O, Zincirlikuyu qəbiristanlığında torpağa tapşırılacaq. Qeyd edək ki, Tuğa sentyabrın 1-i Mayamidə evində vəfat edib.
“Soydaşlarımız arasında Azərbaycan dilinin təbliği” layihəsinin icrası ilə bağlı tədbir keçirib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Dünya Azərbaycanlılarının Vətənpərvərləri ictimai birliyi “Soydaşlarımız arasında Azərbaycan dilinin təbliği” layihəsinin icrası ilə bağlı tədbir keçirib.Ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğaldan azad olunması missiyasını həyata keçirərkən haqq dünyasına qovuşan Şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edildikdən və himnimiz səsləndirildikdən sonra layihə rəhbəri Nəsimi Qarabağlı tədbiri açıq […]
Nazirlərin qəbuluna düşmək istəyənlərin nəzərinə!
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin oktyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb. Yenixeber.org xəbər verir ki, vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır.