Prezident “Euronews”a müsahibə verib – Tam mətn

Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibə verib.Dövlət başçısının müsahibəsindən bir hissə martın 14-də həmin televiziya kanalında yayımlanıb. İndi müsahibənin tam variantını təqdim edirik. Müxbir: Cənab Prezident, Qlobal Bakı Forumu artıq 12-ci ildir ki keçirilir. Builki tədbirin nəticələri ilə bağlı gözləntiləriniz nədən ibarətdir?Prezident İlham Əliyev: Ümid edirəm ki, iştirakçılar […]

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib – YENİLƏNİB-2

Martın 13-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib. Əvvəlcə xatirə fotosu çəkdirildi. Dövlətimizin başçısı açılış mərasimində çıxış etdi: -Xanımlar və […]

Azərbaycanda enerji təchizatı çatışmazlığı yoxdur

COP29-da olan işlər, onun Azərbaycanda keçirilməsi qərarı düşünürük ki, çox məsuliyyətli, ölkəmizin enerji resurslarına məsuliyyətli yanaşmasından xəbər verdi. Bu barədə Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib. Dövlətimizin başçısı qeyd edib: “Mən bir daha qeyd etmək istəyirəm ki, ölkədə nəinki enerji təchizatı çatışmazlığı yoxdur, əksinə, bu gün ölkəmiz onlarla ölkələrə enerji […]

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb. Ankaranın Esenboğa Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Türkiyənin maliyyə naziri Mehmet Şimşek və digər rəsmi şəxslər yola salıblar.

Prezidentlə xanımı “Ana harayı” abidəsində

XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 33-cü ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva soyqırımı qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər. Dövlətimizin başçısı Xocalı soyqırımı abidəsinin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib. Birinci xanım Mehriban Əliyeva […]

Xocalı Soyqırımı Memorial Kompleksi yaradılacaq

Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksi yaradılır. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.  Sərəncam Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının beynəlxalq səviyyədə tanıdılması və Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır.  Sərəncama əsasən, Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün […]

Prezident İlham Əliyev Küveytin Əmirini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Küveytin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu ünvanlayıb.  Mətndə deyilir:  “Əlahəzrət, 25 Fevral – Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Biz Azərbaycan-Küveyt dövlətlərarası əlaqələrinə xüsusi əhəmiyyət veririk. […]

İlham Əliyev Estoniya Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev estoniyalı həmkarı Alar Karisi bu ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə Estoniya arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində […]

Prezident İlham Əliyev İran İslam Şurası Məclisinin sədrini qəbul edib – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.Azərbaycan Prezidenti iki ölkənin xalqlarının ortaq tarixi, mədəni və dini köklərinin olduğunu, xalqlarımızın yaxınlığını vurğulayıb. Son dövrlərdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında müxtəlif səviyyələrdə ikitərəfli səfərlərin intensiv xarakter daşımasını məmnunluqla qeyd edən Prezident […]